28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Doha-Bakı-Doha aviareysi ləğv edilib

Yanvarın 10-da həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.Azərtac Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Qatar Airways” aviaşirkətinin Doha vaxtı ilə saat 11:35-də “QR 351” saylı Dohadan Bakıya olan uçuşu ləğv olunub.Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.xeber100.com

Yanvar 10, 2019 12:59

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.Azərtac Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları yanvarın 1-nə 5 milyard 622,5 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə 31,6 milyon dollar çoxdur. İlin əvvəlinə nisbətən valyuta ehtiyatları 287,9 milyon dollar artıb.xeber100.com

Yanvar 10, 2019 12:57

“Şahdəniz” yatağı üzrə gəlirlər açıqlanıb

2019-cu il yanvarın 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağı üzrə gəlirlər açıqlanıb.Milli.az-ın məlumatına görə, AÇG üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 138 206 mln. dollar təşkil edib.Ötən ilin yanvarın 1-dən bu ilin yanvarın 1-dək AÇG yatağından 9 720 mln. dollar gəlir əldə olunub. "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 245 mln. dollar olub. "Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 2 506 mln. dollar təşkil edib.xeber100.com

Yanvar 9, 2019 3:53

“Dünya iqtisadiyyatının perspektivləri” hesabatında…

Dünya Bankı 2019-cu ildə Azərbaycanda 3,6 faiz həcmində iqtisadi artım proqnozlaşdırır.Trend bu barədə Bankın yeni “Dünya iqtisadiyyatının perspektivləri” hesabatına istinadən məlumat verir.Proqnozlara əsasən, 2020 və 2021-ci illərdə Azərbaycanda bu göstərici müvafiq olaraq 3,3 və 2,7 faiz təşkil edəcək.Azərbaycanın daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda isə artım tempi bu il 2,3 faiz, 2020 və 2021-ci illərdə 2,7 və 2,9 faiz səviyyəsində proqnozlaşdırılır.Ümumilikdə proqnozlara əsasən, 2019-cu ildə dünya iqtisadiyyatının artım tempi 2,9 faizədək azalacaq. 2020 və 2021-ci illərdə iqtisadi artım tempi 2,8 faiz həcmində gözlənilir.xeber100.com

Yanvar 9, 2019 3:50

“Azeri Light” markalı neftin bir barelinin qiyməti…

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,42 dollar və yaxud 2,44% artıb.Milli.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 59,69 dollar təşkil edib.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.xeber100.com

Yanvar 8, 2019 8:15

Mərkəzi Bank manatın məzənnəsini açıqlayıb

Yanvarın 8-nə manatın məzənnəsi açıqlanıb.Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 08.01.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.Qeyd edək ki, 2019-cu il yanvarın 7-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib. xeber100.com

Yanvar 7, 2019 8:54

Beynəlxalq Avtovağzal Kompleksinin məlumatına görə…

Yanvarın 11-dən hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə gecə reysi həyata keçiriləcək.Bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib.P.Məmmədova bildirib ki, sərnişinlər Bakı-Naxçıvan-Bakı reysinə biletləri Bakı Beynəlxalq Avtovağzalının qabaqcadan satış kassalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 41 ünvanında yerləşən aviakassadan əvvəlcədən ala bilərlər:"Avtobus Bakıdan saat 21:00-da hərəkət edəcək, Naxçıvandan isə saat 19:30-da yola düşəcək. Biletin bir istiqamət üzrə qiyməti 25 AZN təşkil edir.5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub".xeber100.com

Yanvar 7, 2019 8:45

İranın Milli Neft Şirkəti neft satışı üçün mexanizmlər hazırlayıb

ABŞ-ın təzyiqinə baxmayaraq, İran neftinin potensial müştərilərinin sayı əvvəlki illərlə müqayisədə daha da artıb.Trend-in məlumatına görə, bunu İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmir Hüseyn Zamaniniya deyib.Nazir müavininin sözlərinə görə, İranın Milli Neft Şirkəti dörd onillik sanksiyalar dövründə neft satışı üçün peşəkar mexanizmlər hazırlayıb. Yaxın aylarda İran və Pakistan neft nazirlərinin görüşünün baş tutması və müqavilənin imzalanması gözlənilir:"Başqa ölkələrlə müqayisədə İrandan qaz almaq Pakistan üçün daha sərfəlidir. Lakin təəssüflər olsun ki, ABŞ-ın təzyiqi və maliyyə nüfuzu elə bir səviyyədədir ki, bir sıra ölkələr hətta bir barel artıq nefti İrandan almaq istəmirlər".xeber100.com

Yanvar 5, 2019 7:53

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar ucuzlaşaraq 56,34 dollar olub.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar bahalaşaraq 56,31 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,32 dollar artaraq 47,41 dollar təşkil edib.xeber100.com

Yanvar 4, 2019 12:12

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Bu günədək Bakı-Gəncə-Bakı sürət qatarı ilə 309 sərnişin daşınıb.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, dekabrın 30-dan sərnişin daşınmasına başlayan Bakı-Gəncə-Bakı qatarı ilə bu vaxtadək 309 sərnişin daşınıb.Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə günaşırı, Bakıdan dekabrın 30-dan etibarən ayın cüt günlərində, Gəncədən isə dekabrın 31-dən etibarən ayın tək günlərində “Stadler Rail Group” şirkətinin istehsalı olan KISS markalı ikimərtəbəli 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı fəaliyyət göstərir.xeber100.com

Yanvar 4, 2019 12:10
    Page 134 of 381« First«...102030...132133134135136...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az