19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar ucuzlaşaraq 56,34 dollar olub.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar bahalaşaraq 56,31 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,32 dollar artaraq 47,41 dollar təşkil edib.xeber100.com

Yanvar 4, 2019 12:12

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Bu günədək Bakı-Gəncə-Bakı sürət qatarı ilə 309 sərnişin daşınıb.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, dekabrın 30-dan sərnişin daşınmasına başlayan Bakı-Gəncə-Bakı qatarı ilə bu vaxtadək 309 sərnişin daşınıb.Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə günaşırı, Bakıdan dekabrın 30-dan etibarən ayın cüt günlərində, Gəncədən isə dekabrın 31-dən etibarən ayın tək günlərində “Stadler Rail Group” şirkətinin istehsalı olan KISS markalı ikimərtəbəli 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı fəaliyyət göstərir.xeber100.com

Yanvar 4, 2019 12:10

Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə…

Nobel prospektində baş verən çökmə ilə bağlı tədbirlər görülür.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azərtac-a bildirilib ki, Nobel prospektində çökmə baş verən kimi dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub və çökmənin səbəbləri araşdırılıb. Aidiyyəti qurumların mütəxəssislərinin də cəlb olunduğu araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edilib. Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib.Hazırda ərazidə aidiyyəti qurum tərəfindən tədbirlər görülür, qrunt suların kollektora sızmasının qarşısını almaq üçün izolyasiya işləri aparılır. İşlər yekunlaşdıqdan və qrunt sularının sızmasının qarşısı tam alındıqdan sonra agentlik tərəfindən çökmüş hissə bərpa olunacaq.Qeyd edək ki, ərazidə təhlükəsizliyin təmin olunması üçün müvəqqəti olaraq çökmüş hissə üzrə hərəkət zolağı ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.xeber100.com

Yanvar 3, 2019 12:24

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, yanvarın 3-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 975,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76 təşkil edib.xeber100.com  

Yanvar 3, 2019 12:20

SOCAR qazpaylayıcı şəbəkə sisteminə daxil olmağı hədəfləyir

Türkiyə iqtisadiyyatında ən iri investorlardan olan SOCAR bu ölkənin qazpaylayıcı şəbəkə sisteminə daxil olmağı hədəfləyir.Türkiyə mətbuatı xəbər verir ki, şirkət illik 54 milyard kib metr qaz istifadə edilən bu ölkənin təbii qaz bazarında 20 faiz paya sahib olmağı planlaşdırır.Mənbə qeyd edir ki, SOCAR Almaniyanın EWE şirkətinin Türkiyədə təbii qaz paylayıcı sisteminə daxil iki bölgəni satın almaq üçün fəaliyyətə keçib. "Satınalmanın 2019-cu ilin ilk aylarında həyata keçirilməsi gözlənilir", - mənbə yazır.Satınalmanın son hədəfinin Almaniya şirkətinin Türkiyədəki bütün mülkiyyətinin olduğu qeyd edilir.Məlumata görə, EWE Türkiyə bazarına 2007-ci ildə daxil olub. Şirkətin 1 milyon 440 min abunəçisi var. Ölkənin dördüncü ən iri təbii qaz tədarükçüsü olan şirkət ötən il 4,1 milyard kub metr qaz tədarük edib.xeber100.com

Yanvar 1, 2019 9:44

Vergilər Nazirliyinin məlumatı əsasında…

Vergilər Nazirliyi öz rəsmi internet səhifəsində gələn ildən əmək haqqından tutulmaların hesablanması kalkulyatorunu yerləşdirib.Kalkulyatordan istifadə etmək üçün siz müvafiq xanaya əmək haqqınızın hesablanmış (GROSS), yaxud xalis (NETT) məbləğini daxil etməlisiniz.Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 2019-cu il yanvarın birindən etibarən qeyri neft-qaz və dövlət sahəsində işləyənlər 8000 manata kimi əmək haqqından gəlir vergisi ödəməyəcəklər.8 min manatdan yuxarı əmək haqqı alanlar isə 8 mindən artıq hissəsindən 14 faiz gəlir vergisi ödəyəcəklər.Eyni zamanda, dövlət və neft sektoru da daxil olmaqla bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.Hazırda 2500 manata kimi olan əmək haqqından 14 faiz, 2500 manatdan yüksək olan əmək haqqından 25 faiz gəlir vergisi tutulur.Gələn il yanvarın 1-dən tətbiq ediləcək dəyişiklik isə 7 illik bir dövrü nəzərdə tutur və bu təklifin tərəfdarları hesab edirlər ki, belə bir vergi mühiti əmək haqlarının "ağardılması"na, qeyri-leqal məşğulluğun leqallaşdırılmasına, əmək müqavilələrinin geniş tətbiqinə, "kölgə iqtisadiyyatı"nın payının azalmasına səbəb olacaq.xeber100.com

Yanvar 1, 2019 9:38

Azərbaycanın kapital bazarında dövriyyə iki dəfə artıb

Azərbaycanın kapital bazarında dövriyyə 2018-ci ildə ötən ilə nisbətən təxminən iki dəfə artıb.Bunu Trend-ə "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" (AFBIA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov bildirib.İdarə Heyəti sədrinin sözlərinə görə, ümumilikdə Azərbaycanın kapital bazarında, xüsusilə istiqraz bazarında artım var, həmçinin ikinci səhm bazarında, istiqrazların ilkin yerləşdirmə bazarında, REPO əməliyyatlarında və CFD-lərdə inkişaf müşahidə olunur.C.İbrahimov deyib: "Buna baxmayaraq, bizim əsas məqsədimiz korporativ qiymətli kağızlar bazarında aktivliyin artırılması və bu sahədə fiziki şəxslərin iştirakının təmin edilməsidir. Bu nöqteyi-nəzərdən, biz yerli kapital bazarının potensialının daha böyük olduğunu düşünürük və bu potensialın səmərəli istifadəsi üçün gələn il əhalinin maliyyə savadlılığının artırılması üçün tədbirlərin artırılmasına ehtiyac var".Assosiasiyanın rəhbəri qeyd edib ki, ümumilikdə Azərbaycanın kapital bazarının 2018-ci ildə inkişafı qənaətbəxş hesab edilə bilər.xeber100.com

Dekabr 30, 2018 10:07

Türkiyənin Ceyhan limanında Azərbaycan neftinin qiyməti…

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 28-i 53,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır.Milli.az bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 28-i 52,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,52 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 28-i 49,91 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,51 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 28-i 50,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,38 dollar/barel çoxdur.xeber100.com

Dekabr 29, 2018 10:45

Azərbaycan Dəmiryolları QSC-nin məlumatı

Gələn il Bakı-Tbilisi-Qars istiqamətində sərnişin qatarı istifadəyə veriləcək.Milli.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında verib. Sədr bildirib ki, hazırda vaqonların hazırlanması gecikir:"Ona görə də biz bunu aça bilmirik. Fevralın sonu, martda qatarlar təhvil veriləcək. Verilən kimi də qatar işə salınacaq".xeber100.com

Dekabr 29, 2018 10:39

Banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 29 dekabr – 2 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.Palatanın mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 23 bankın 118 filial və şöbəsi (9 bank üzrə 12 satış nöqtəsi 24 saat rejimində olmaqla) 29 dekabr – 2 yanvar tarixlərində müştərilərə xidmət göstərəcək.Bayram günlərində palata tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə palataya müraciət etmək mümkün olacaq.xeber100.com

Dekabr 28, 2018 11:56
    Page 135 of 381« First«...102030...133134135136137...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az