03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,95 dollar ucuzlaşaraq 68,20 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.xeber100.com

Noyabr 14, 2018 12:58

“World Energy Outlook 2018” hesabatında

Qlobal neft istehsalının 2040-cı ildə sutkada 103 milyon 400 min barrelə çatacağı gözlənilir.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “World Energy Outlook 2018” hesabatında deyilir.Hesabata görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qlobal neft hasilatındakı payı təxminən 45 faizə çatacaq.Asiyanın payına düşən qlobal neft və qaz ticarətinin isə 2040-cı ilə qədər üçdəiki nisbətində artacağı proqnozlaşdırılır.Qeyd edək ki, hazırda OPEC-in dünya neft istehsalındakı payı 33 faiz civarındadır.xeber100.com

Noyabr 13, 2018 12:56

“Ferrero” şirkəti əməkdaşlığı genişləndirmək üçün təkliflər verib

İtaliyanın məşhur şokolad və digər qənnadı məmulatları istehsalçısı olan “Ferrero” şirkətinin nümayəndəsi Domeniko Manfredi Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlığın qurulması yolları müzakirə olunub.Azərtac-ın bölgə müxbiri xəbər verir ki, institutun direktoru İlham Qurbanov qonağa Azərbaycanda fındıqçılığın inkişaf etdirilməsi, yeni fındıq tingliyi sahələrinin salınması barədə məlumat verib.Təmsil etdiyi şirkətin Azərbaycanda fındıqçılığın inkişafına önəm verdiyini bildirən Domeniko Manfredi bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yeni əməkdaşlıq layihələrinin hazırlanması ilə bağlı təkliflərini verib və bu istiqamətə kömək göstərəcəyini bildirib.Görüşdən sonra Quba rayonu ərazisində yeni salınan fındıq bağına baxış keçirilib.xeber100.com

Noyabr 13, 2018 12:46

Neft İxrac Edən Ölkələr Təşkilatının XII iclası Vyanada keçiriləcək

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələrinin (OPEC+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti XII iclası dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.Azərtac OPEC-ə istinadla xəbər verir ki, bu barədə noyabrın 11-də JMMC-nin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən XI iclasında qərar qəbul olunub.Xatırladaq ki, JMMC-nin IX iclası bu il iyunun 21–də Avstriyanın paytaxtı Vyanada, X yığıncağı isə sentyabrın 23-də Əlcəzairdə keçirilib. Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılan Monitorinq Komitəsinin iclası iki aydan bir təşkil olunur.xeber100.com

Noyabr 12, 2018 2:24

Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb

Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb.Azərtac xəbər verir ki, uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla "Paşa Holidays" şirkəti və Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həyata keçiriləcək.İki ölkə arasında birbaşa aviareysin açılması turist mübadiləsinin artmasına və turizm əlaqələrinin möhkəmlənməsinə təkan verərək, işgüzar əlaqələrin inkişafı üçün də zəmin yaradacaq. Qeyd edək ki, Beynəlxalq Şarm əl-Şeyx hava limanı ("Sharm el-Sheikh International Airport") turistlərə yerindəcə viza əldə etmək imkanı yaradır.xeber100.com

Noyabr 12, 2018 12:59

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə…

"Azəriqaz" İstehsalat Birliyi smart kart qaz kartlarının balansının onlayn artırılması sisteminin tətbiqinə başlayıb.Milli.az bildirir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.Onun sözlətinə görə, hazırda smart kartların balansını kart-riderlər vasitəsilə onlayn qaydada artırmaq olur:"Bununla yanaşı, mexaniki qaz sayğaclarından istifadə edən abonentlər "Azəriqaz" İstehsalat Birliyinin saytına daxil olmaqla onlayn qaydada borcunu ödəyə və öyrənə bilərlər. Abonentlər onlara təqdim edilən bildirişdə göstərilən abonent kodu vasitəsilə bu prosesi həyata keçirə bilirlər".xeber100.com

Noyabr 9, 2018 9:32

Türk Hava Yolları birbaşa reyslərə başlayacaq

Türk Hava Yolları 2019-cu ilin fevral ayından Bakıdan Ankaraya birbaşa reyslərə başlayacaq.Azərtac xəbər verir ki, bu barədə Türk Hava Yollarının satış direktoru Harun Baştürk deyib.O bildirib ki, Türk Hava Yolları Bakıdan Türkiyənin İzmir, Antalya və Ankara şəhərlərinə birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır və bu istiqamətdə danışıqlar aparılır.xeber100.com

Noyabr 8, 2018 3:13

Neftin qiyməti ucuzlaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 71,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar geriləyərək 61,85 dollar olub.xeber100.com

Noyabr 7, 2018 12:26

Dövlət Neft Fondu gəlirlərini açıqlayıb

2007-ci ildən cari il noyabr ayının 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirləri 2 milyard 506 milyon ABŞ dolları olub.Bu barədə Azərtac-a ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.Xatırladaq ki, bu ilin əvvəlində “Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən Neft Fonduna 108 milyon dollar əlavə bonus ödənilib.xeber100.com

Noyabr 7, 2018 12:24

Londonun ICE birjasında neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 72,88 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar geriləyərək 62,97 dollar olub.xeber100.com

Noyabr 6, 2018 1:14
    Page 141 of 380« First«...102030...139140141142143...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az