III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə noyabrın 15-16-da Bakıda "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.ABA-dan Azərtac-a bildiriblər ki, forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.Xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı otuza yaxın mövzu ətrafında təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə mübadiləsi aparılacaq.Bu il sayca üçüncüsü baş tutacaq Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.xeber100.com

Oktyabr 29, 2018 11:28

“Caspian Energy Forum Kvemo Kartli”yə qeydiyyat başlayıb

2018-ci il noyabrın 14-15-də Tbilisidə keçiriləcək VIII Beynəlxalq “Caspian Energy Forum Kvemo Kartli”yə qeydiyyat başlayıb.Bu barədə Azərtac-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.Forum Kvemo Kartli regionunun qubernatorunun, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və “Caspian European Club”un dəstəyilə keçiriləcək. Təşkilatçı “Caspian Energy Georgia” şirkətidir.“Caspian Energy Forum Kvemo Kartli”də sıralarında Gürcüstan və Azərbaycanın dövlət qurumlarının rəhbərlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin nəhəng beynəlxalq şirkətlərin və maliyyə institutlarının başçılarının yer aldığı 100-dən artıq nümayəndə iştirak edəcək.Proqrama əsasən, tədbirin ilk günündə Gürcüstan hökumətinin üzvlərinin və biznesmenlərin iştirakı ilə plenar sessiya keçiriləcək. İkinci gün sahibkarları regionun investisiya imkanları və artıq fəaliyyətdə olan müəssisələr ilə tanış etmək məqsədilə Kvemo Kartli regionu üzrə tur təşkil olunacaq. “Caspian Energy Forum Kvemo Kartli”nin əsas mövzusu kənd təsərrüfatı, qida və içki məhsullarının istehsalı, turizm və iqtisadiyyatın digər sahələrini əhatə edir.xeber100.com

Oktyabr 24, 2018 3:11