“Azəriqaz” İstehsalat Birliyi səyyar xidmətlər həyata keçirir

“Azəriqaz” İstehsalat Birliyi (İB) Maştağa qəsəbəsində səyyar formada xidmətlər həyata keçirir.İB-dən Azərtac-a bildirilib ki, oktyabrın 2-dən etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir. Maştağa qəsəbəsində mədəniyyət və istirahət parkının ərazisində keçirilən xidmətin müddəti 1 ay nəzərdə tutulub.İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari il sentyabr ayının 21-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda Goranboy rayonundan başlayaraq Göyçay, Ağstafa, Xaçmaz, Tovuz, Ağdam, Hacıqabul, Cəlilabad, Şəki, Ağsu, Şirvan, Biləsuvar və Yevlax rayonlarında xidmətlər göstərməyə başlanılıb.Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.xeber100.com

Oktyabr 2, 2018 12:12

Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Nyu-Yorkun Harvard Klubunda Transxəzər ölkələrinin nümayəndələrinin, ABŞ-ın dövlət rəsmilərinin və işgüzar dairələrinin iştirakı ilə Xəzər Biznes Forumu keçirilib.Xarici İşlər Nazirliyindən Azərtac-a bildiriblər ki, Xəzər Siyasət Mərkəzi, ABŞ Ticarət Palatası, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Əfqanıstanın bu ölkədəki səfirlikləri tərəfindən birgə təşkil edilmiş forumda Transxəzər regionunun iqtisadi inkişafının və sərmayə potensialının gücləndirilməsi üçün imkanlar, bölgədə həyata keçirilən irimiqyaslı layihələr və gələcək əməkdaşlıq perspektivləri, həmçinin ABŞ və iştirakçı ölkələr arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi və ABŞ şirkətləri ilə yeni tərəfdaşlıq imkanları müzakirə olunub.Forumda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın regionda lider dövlət olduğunu, ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində indiyədək həyata keçirilmiş və hazırda reallaşdırılan enerji və nəqliyyat bağlantıları layihələrinin, xüsusilə dünyanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin bölgənin, həmçinin qitənin dayanıqlı inkişafına və iqtisadi yüksəlişinə əvəzsiz töhfə verdiyini qeyd edib. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı və biznes mühitinin stimullaşdırılması istiqamətində həyata keçirilən struktur islahatlar barədə məlumat verən E.Məmmədyarov biznes strukturlarını ölkəmizdəki mövcud imkanlardan fəal yararlanmağa dəvət edib.Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdiyini vurğulayan nazir sözügedən işğalın regional təhlükəsizliyə və sabitliyə təhdid olmaqla tammiqyaslı regional əməkdaşlığa maneə törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən Xəzər Biznes Forumu 2016-cı ildən etibarən hər il ABŞ-da təşkil olunur.xeber100.com

Sentyabr 27, 2018 2:05