“Kapital Bank” növbəti hədiyyəli aksiya keçirir

Hər zaman müştərilərə müxtəlif aksiya və kampaniyalar təqdim edən "Kapital Bank" "BirKart" sahibləri üçün növbəti hədiyyəli aksiya keçirir. Şərtlərə görə, taksitlə alış-veriş edən "BirKart" sahibləri 50 manatlıq hədiyyə kartı qazana biləcək.Oktyabrın 20-dək davam edəcək aksiya çərçivəsində hər 50-ci taksit əməliyyatı edən müştəri, avtomatik olaraq "BirKart" tərəfdaşlarında keçərli olan 50 manatlıq hədiyyə kartı qazanacaq. Müştərinin istəyindən asılı olaraq bu kart onun "BirKart" hesabına mədaxil olunacaq 50 manatla da əvəzlənə bilər.Bu aksiya ilə paralel olaraq, sentyabrın 15-dək partnyor mağazalar şəbəkəsində "BirKart" ilə taksit əməliyyatı edən müştərilər, həmçinin lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilər. Hər ay keçirilən tiraj zamanı 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkədaxili səyahət sertifikatı və 1 nəfər “iPhone X” əldə edəcək. Sentyabrın 22-də baş tutacaq son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 min manat qazanacaq.Qeyd edək ki, "BirKart"ı artıq məvacib və pensiyasını "Kapital Bank"dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər "Kapital Bank"ın istənilən filialına kart üçün müraciət edə bilər. "BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin 1,5 faizdən 30 faizədək Cashback imkanı. Visa kartları əsasında olan "BirKart" 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.xeber100.com

Avqust 20, 2018 3:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı

Əmək münasibətləri əmək müqaviləsi əsasında həyata keçirildikdə bu, işçiyə onun həyatının, sağlamlığının, əməyinin mühafizəsini təmin edən əmək şəraitində və qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq hüququ yaradır. İşçiyə minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, məcburi dövlət sosial sığortasına cəlb edilərək gələcəkdə sosial təminat hüququ əldə etmək imkanı verir.Milli.az bildirir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, İmişli rayonunda İmişli, Sabirabad, Saatlı, Fizuli, Beyləqan rayonlarından olan ayrı-ayrı işəgötürənlərin iştirakı ilə keçirdiyi seminarda vurğulanıb. Seminar "Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları" və "Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularına həsr olunub.Qeyd olunub ki, əmək müqaviləsi olmadan işləmək işçini bütün əmək hüquqlarından və gələcək sosial təminatdan məhrum edir. Belə halda işçi qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq və ya onun verilməsini tələb etmək, istirahət və məzuniyyət hüquqlarını itirmiş olur. Bağlanan hər bir əmək müqaviləsi isə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməklə rəsmiləşdirilir və əks halda hüquqi qüvvəyə minmir.Seminarda hər iki mövzuda tədbir zamanı iştirakçıların sualları da cavablandırılıb.xeber100.com

Avqust 18, 2018 10:36

Qida Təhlükəsizliyi Agentliyinin müraciəti…

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib.Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Azərtac-a bildiriblər ki, AQTA bayram ərəfəsində vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə dini ayinlərlə yanaşı, həm də müvafiq qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçirməsini tövsiyə edir. Bayram günlərində heyvan kəsimi ilə məşğul olan şəxslərdən şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini, baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılmış kəsim məntəqələrində həyata keçirmələri xahiş olunur.“Bununla bağlı lazımi şəraitin yaradılması üçün AQTA-nın səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilib. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir”, - deyə agentliyin məlumatında bildirilir."Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının 4-cü bəndinə əsasən küçələrdə, yol kənarlarında heyvan kəsiminin qarşısının alınması və tələblərə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması yerli icra hakimiyyəti orqanlarının öhdəliyinə düşür. Qurban bayramında heyvan kəsiminin normalara uyğun şəraitdə təşkil olunması, hər il küçə və yol kənarlarında baş verən antisanitar vəziyyətin təkrar olunmaması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər edilib.xeber100.com

Avqust 14, 2018 12:21