Əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə İran arasında nəqliyyat və telekommunikasiya sahələrində əməkdaşlıq müzakirə olunub.İran İslam Respublikasının Tehran şəhərində keçirilən 24-cü Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (ELECOMP) sərgisində ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Nazirlikdən Azərtac-a bildirilib ki, sərgidə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları şirkətləri iştirak edib. Bir sıra yerli İKT şirkətləri ölkəmizə məxsus milli pavilyonda öz məhsul və həllərini nümayiş etdirib.İrana səfəri çərçivəsində nazir Ramin Quluzadə İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi, yollar və şəhərsalma naziri Abbas Əhməd Axundi və informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşlər keçirib.Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşdə sərhədyanı ərazilərdə mobil şəbəkələrin, radio və televiziyaların birgə radiomonitorinqi, qanunsuz trafikin ötürülməsinin qarşısının alınması sahəsində əməkdaşlıq, yayım kanallarının koordinasiyası, interferensiya hallarının qarşısının alınması məqsədilə tezlik resurslarının koordinasiyası məsələləri müzakirə olunub. Qərara gəlinib ki, bu sahədə əməkdaşlıq üçün birgə komissiya yaradılsın.İran İslam Respublikasının yollar və şəhərsalma naziri ilə keçirilən görüşdə beynəlxalq daşımalarda İran ilə sərhəd-keçid məntəqələrində mövcud çətinliklərin aradan qaldırılması, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində beynəlxalq daşımaların artırılması kimi məsələlər müzakirə olunub.İranın informasiya-kommunikasiya texnologiyaları naziri ilə görüşdə telekommunikasiya, poçt, startap layihələrinin və startap ekosisteminin inkişaf etdirilməsi sahəsində təcrübə mübadiləsi və s. məsələlər müzakirə mövzusu olub.Müzakirələr çərçivəsində İran şirkətləri “BakuTel-2018” beynəlxalq sərgi-konfransına dəvət olunub.xeber100.com

İyul 31, 2018 12:21

“Kasko Butik” layihəsi Qafqaz Motor Şouda iştirak edib

Yarandığı qısa müddət ərzində sürücülərin və avtomobil sahiblərinin rəğbətini qazanan “Kasko Butik” layihəsi 21-22 iyul tarixlərində Azərbaycanda 15-ci dəfə təşkil olunan Qafqaz Motor Şouda iştirak edib. Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhərində təşkil olunan sərgiyə 2 gün ərzində yüzlərlə ziyarətçi baş çəkib. “Kasko Butik” komandası sərgidə hər kəsi maraqlandıran suallara cavab verməklə yanaşı bir sıra ziyarətçiləri hədiyyələrlə sevindirib.Gecənin sonunda isə sevinən tərəf “Kasko Butik”in özü olub. Belə ki, avtomobil sektorunda təqdim edilən nüfuzlu ‘’Qızıl çarx’’ mükafatına ‘’İlin təklifi’’ nominasiyasında “Kasko Butik” layiq görülüb.Məlumat üçün bildiririk ki, ötən ilin sonlarında ‘’Öz ölçünü seç’’ devizi ilə fəaliyyətə başlayan “Kasko Butik” bir sıra inqilabi yeniliklər etməklə, qısa müddətdə yüzlərlə sürücünün sevimli brendinə çevrilib. Xüsusilə də: zərərin 59 dəqiqə ərzində ödənilməsi; sürücülərin taksi xidməti ilə təmin olunması; pulsuz evakuasiya; təmir məntəqəsinin sürücünün özü tərəfindən seçilməsi; avtomobilin istehsal ilinə məhdudiyyət qoyulmadan sığortalana bilməsi; köhnəlmə əmsalı tətbiq olunmadan zərərin tam ödənilməsi; bütün proseslərin müasir onlayn platforma vasitəsilə operativ həll olunması; 24/7 dəstək imkanı və onlarla digər maraqlı imtiyazlar sığortalıların marağına səbəb olub. Layihə Azərbaycanın ən böyük və yeganə Lloyds broker şirkəti olan “Zaman Broker” tərəfindən ərsəyə gətirilib və uğurla icra olunur.xeber100.com  

İyul 25, 2018 1:56