Əmlak Məsələləri Dövlət Komitəsi hərrac keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 31-də keçiriləcək. İnvestorların özəlləşmə prosesinə marağını nəzərə alaraq iyulun son hərracına müxtəlif çeşidli 73 dövlət əmlakı çıxarılıb.Komitənin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, bunlardan 21-i səhmdar cəmiyyəti, 31-i kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Əli Bayramlı Kimyəvi Təmizləmə”, “Xosrov Metal Plastmas”, “Astara çay-3”, “Sabunçu Ticarət Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətləri var. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Nizamnamə kapitalı 90 min manat olan “Sabunçu Ticarət Təchizat” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin hərracda 44 faizinin satılması nəzərdə tutulub. Kiçik dövlət müəssisələri paytaxtla yanaşı Göygöl, Qazax, Goranboy, Lənkəran və digər regionlarda yerləşir. Bu əmlaklar üçün təyin olunan ilkin qiymət 2 min və 500 min aralığındadır. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi isə 35 kvadratmetr ilə 9 min kvadratmetr arasında dəyişir. Bu dövlət əmlaklarına "Qubek Otel" İstirahət Zonası, “Məmmədyarov” kinoteatrı, "Çiçək" Sağlamlıq Mərkəzi və investora yüksək səmərə verəcək digər obyektlər aiddir. Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Əmlak kompleksi müxtəlif biznes sahələrində investora yüksək gəlir gətirə biləcək. Adı çəkilən dövlət əmlakının ümumi faydalı sahəsi 1 min 169 kvadratmetr, ilkin hərrac qiyməti isə 500 min manatdır. Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Suraxanı, Səbail, Nərimanov, Xətai və digər rayonlarında yerləşir. Hərraca çıxarılan belə əmlakların ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 295 kvadratmetr intervalında dəyişir. Bu isə vətəndaşların seçim şansını artırır.Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsi ilkin hərrac qiyməti 75 min manat, ümumi faydalı sahəsi 295 kvadratmetr olmaqla investorlara təklif olunur. Bu obyekt ictimai iaşə və xidmət sahəsində sahibinə gəlir qazandıra bilər.Hərraca çıxarılan nəqliyyat vasitələri buraxılış tarixləri 2006, 2007-ci illər, markaları BMW, Nissan və Fiat olmaqla vətəndaşlara təklif olunur. Qeyd edək ki, olduqları məkandan asılı olmayaraq hər kəs hərraclarda iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda, proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.Hərracların keçiriləcəyi vaxt, prosesə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatlar və sifariş proseduruna keçid Özəlləşdirmə portalı (privatization.az), komitənin rəsmi saytı (emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələrdə yerləşdirilir.xeber100.com

İyul 2, 2018 3:23

Trans-Anadolu Boru Kəməri layihəsində…

"Cənub Qaz Dəhlizi" QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə Trans-Anadolu (TANAP) Boru Kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb."Cənub Qaz Dəhlizi" QSC-dən "Apa-Economics"ə verilən məlumata görə, bu ilin iyunun 29-da Cənub Qaz Dəhlizi (CQD) layihəsinin tərkib hissəsi olan TANAP layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycanın dövlət zəmanəti, habelə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə 500 mln. dollar və 215 mln. avro ilə, ümumilikdə 750 mln. dollar məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.Qeyd olunan kredit müqaviləsinə dair dövlət zəmanəti müqaviləsini Azərbaycan Respublikası adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD QSC-nin Baş direktoru Əfqan İsayev imzalayıb.Xatırladaq ki, MIGA 1988-ci ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan beynəlxalq maliyyə-kredit institutudur. Bu qurum investisiyaların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata keçirir. Azərbaycan 1992-ci ildə Dünya Bankının, o cümlədən MIGA-nın üzvü olub.xeber100.com

İyun 30, 2018 5:33