19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Tarom” aviaşirkəti Buxarestdən Bakıya birbaşa uçuşlar həyata keçirəcək

Rumıniya “Tarom” aviaşirkəti paytaxt Buxarestdən Bakıya birbaşa uçuşlar həyata keçirmək niyyətindədir.Azərtac xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda deyilir.Bildirilib ki, Bakıya olan uçuşların “Airbus A318” təyyarələri ilə həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət Bakı ilə yanaşı Ukraynanın Odessa şəhərinə və Gürcüstanın paytaxtı Tbilisiyə də uçuşlar etmək niyyətində olduğunu bildirib. Aviareyslərin bu ilin sonuna qədər açılması gözlənilir və hazırda bu istiqamətdə danışıqlar aparılır.xeber100.com

May 24, 2018 2:32

Dünya Turizm Təşkilatının 108-ci sessiyası işə başlayıb

İspaniyanın San-Sebastian şəhərində Dünya Turizm Təşkilatının (DTT) 108-ci sessiyası öz işinə başlayıb.Tədbirin açılış mərasimində DTT-nin baş katibi Zurab Pololikaşvili, İspaniyanın enerji, turizm və rəqəmsal texnologiya naziri Alvaro Nadal, İspaniyanın turizm üzrə dövlət katibi Matilde Pastora Asian və təşkilatın İcraiyyə Şurasının hazırkı sədri, Argentinanın turizm naziri Gustavo Santos çıxış ediblər.Bir sıra üzv dövlətlərin nazirlərinin, İcraiyyə Şurasının üzv ölkələrinin, İspaniya və Bask hökumətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, DTT yanında daimi nümayəndəsi Anar Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.Sessiyada turizmin müxtəlif istiqamətləri müzakirə olunacaq, təşkilatın proqram və büdcə komitələrinin müvafiq hesabatları dinləniləcək. Həmçinin DTT-nin yeni strategiya və prioritetlərinin təqdimatı olacaq, İcraiyyə Şurasının növbəti sessiyalarının keçiriləcəyi yerin müəyyən edilməsi kimi məsələlərə baxılacaq.Sessiya gündəliyə uyğun olaraq işini davam etdirir.xeber100.com

May 24, 2018 2:28

Trans-Anadolu qaz kəməri layihəsində

Biz Trans-Anadolu qaz kəməri layihəsində Türkmənistanın iştirak edəcəyinə böyük ümid bəsləyirik.Azərtac xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu Avazada IX Türkmənistan Beynəlxalq Qaz Konqresinin (TGC-2018) qeyri-rəsmi görüşləri zamanı “МЕДИА-ТУРКМЕН ORIENT”ə müsahibəsində söyləyib.Səfir deyib: “TANAP layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi üçün çox əhəmiyyətlidir və ərazisindən bu qaz kəməri çəkiləcək bütün ölkələr əsas tərkib hissələrindən biri TANAP olan “Cənub Qaz Dəhlizi” layihəsində Türkmənistanın iştirakında maraqlıdırlar. Türkmənistandan Azərbaycana Xəzər dənizinin dibi ilə boru kəməri çəkmək və Türkmənistan qazını TANAP vasitəsilə Avropaya göndərmək imkanı layihənin səmərəliliyini artıracaq”.Təbii qaz təchizatının şaxələndirilməsi strategiyasını həyata keçirən Türkmənistan üçün qaz ixracında Avropa istiqaməti öz aktuallığını itirməyib. Dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Mırat Arçayev qaz konqresində bildirib ki, Trans-Anadolu qaz kəməri layihəsi gündəmdən çıxarılmayıb.xeber100.com

May 24, 2018 2:25

Dövlət Gömrük Komitəsinin məlumatına görə…

Tovuz Gömrük İdarəsinin əməkdaşları aksiz markasız araqların realizə edilməsinin qarşısını alıblar.Dövlət Gömrük Komitəsindən “Apa-Economics”ə verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Bakı şəhəri istiqamətində hərəkət edən "Setra S215HD" markalı sərnişin avtobusu Tovuz rayonunun avtovağzal ərazisində saxlanılıb. Avtobusun yük yerinə baxış zamanı oradakı üç karton qutuda Azərbaycanın aksiz markasıyla markalanmayan araqların olduğu müəyyən edilib.Daha sonra avtobusa Tovuz Gömrük İdarəsinin inzibatı binasının həyətində təkrar baxış keçirilib. Nəticədə, karton qutularda "Nemiroff" adlı 1 litrlik ölçüdə 48 ədəd araq aşkar olunub.xeber100.com  

May 23, 2018 1:15

Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yasamal rayonu, “Bakı Dairəvi-1” avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Apa-Economics”ə verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu bu gün saat 11:00-dan axşam saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.xeber100.com

May 23, 2018 1:12

“AzeriLight” markalı neftin 1 barelinin dəyəri…

Azərbaycan nefti bahalaşıb."Apa-Economics" xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,42 dollar və ya 1,78 artaraq 81,32 dollar təşkil edib.xeber100.com

May 23, 2018 1:08

Azərbaycan-Qazaxıstan işgüzar görüşü keçirilir

Mayın 23-də Bakıda Azərbaycan-Qazaxıstan işgüzar görüşü keçirilir.Azərtac xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanda İnvestisiyanın və İxracın Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov qardaş və dost Qazaxıstanla olan iqtisadi əməkdaşlıqdan, ticarət dövriyyəsindən bəhs edib.Onun sözlərinə görə, Azərbaycanın Qazaxıstanla iqtisadi-ticari əlaqələri, yatırılan investisiyalar ilbəil artmaqdadır. Belə ki, Aktau şəhərində Azərbaycanın böyük logistik mərkəzi yaradılıb. Həmçinin Qazaxıstanda 80-dən çox Azərbaycan kapitalı ilə işləyən şirkət fəaliyyət göstərir. Ölkəmizdə isə Qazaxıstanın 73 şirkəti çalışır.R.Məmmədov qeyd edib ki, bu rəqəmlər əslində ölkələrimizin mövcud potensialını əks etdirmir və ticarət dövriyyəsini artırmaq üçün hər iki respublikanın güclü potensialı var.xeber100.com

May 23, 2018 1:03

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildirilib ki, Ziya Bünyadov prospektində diametri 530 millimetrlik qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Təbriz küçəsində diametri 315 millimetrlik yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar mayın 23-də saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.Görülən işlərin Binəqədi rayonunun Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə, eləcə də, 7-ci və 8-ci mikrorayonların bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

May 22, 2018 4:43

“Light” markalı xam neftin bir barrelinin qiyməti…

“Brent” markalı xam neftin bir barrelinin qiyməti yenidən 80 dolları keçib.Azərtac xəbər verir ki, “Light” markalı xam neftin bir barrelinin qiyməti isə 72 dolları ötüb.Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 80,02 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barreli isə 72,35 dollara alıcı axtarır.Xatırladaq ki, “Brent”in bir barrelinin qiyməti sonuncu dəfə mayın 17-də 2014-cü ildən qeyd edilən tarixədək ilk dəfə 80 dolları keçmişdi.xeber100.com

May 22, 2018 4:41

“Azərkosmos” ASC-nin məlumatı əsasında…

Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in" orbitə buraxılışının vaxtı dəyişdirilib.Bunu “Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamentinin direktoru Aysel Sultanova Azərtac-a açıqlamasında bildirib. O qeyd edib ki, mayın 25-də orbitə buraxılması nəzərdə tutulan peykin dəqiq buraxılış tarixi yaxın aylara planlaşdırılır. Bu barədə “Azərkosmos” tərəfindən əvvəlcədən məlumat veriləcək.Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.xeber100.com

May 21, 2018 1:31
    Page 168 of 381« First«...102030...166167168169170...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az