“Global Energy Solutions” fəaliyyətə başlayıb

Azərbaycanda fəaliyyət göstərən, neft-qaz, enerji, su, kimya sənayelərinə kompleks texniki xidmətlər sahəsində aparıcı təchizatçılardan biri “Global Energy Solutions” (“Glensol”) şirkəti bu ay Qazaxıstana öz biznesini genişləndirərək ölkənin neft-qaz sənayesinin mərkəzi olan Aktau şəhərində yeni ofis və xidmət mərkəzini açıb.Şirkətdən Azərtac-a bildirilib ki, yeni xidmət mərkəzi ofis və anbar daxil olmaqla ümumilikdə 2000 kvadratmetr sahəni əhatə edir. Aktaudakı müəssisə şirkətə bölgədəki müştərilərə yüksək səviyyədə texniki xidmətlər göstərməyə və Qazaxıstanın neft-qaz bazarında fəaliyyətini genişlənməyə imkan verəcək.“Aktauda yeni ofis və xidmət mərkəzinin açılışı inkişafımızın yeni bir mərhələsi olaraq “Glensol” şirkətinin yerli və beynəlxalq səviyyədə artan imkanlarını və təcrübəsini nümayiş etdirir. Aktau şəhərinin strateji mövqeyindən faydalanaraq Qazaxıstanda fəaliyyətimizin genişlənməsini gözləyirik”, - deyə şirkətin baş direktoru Tamerlan Əliyev bildirib.2012-ci ildə “Nobel Oil Services” şirkətinin törəməsi kimi yaradılan “Glensol” neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. “Glensol” avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.xeber100.com

Dekabr 28, 2017 2:29

“Trans-Adriatik” boru kəməri layihəsində

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi İtaliyada qrafik üzrə irəliləyir.Bunu Azərtac-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.O bildirib ki, 2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər davam etdirilir. TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşası çərçivəsində bu ilin mart-iyul aylarında mikrotunelin tikiləcəyi ərazidən zeytun ağacları çıxarılıb. Həmin ağaclar yaxınlıqdakı bir uşaq bağçasına (Masseria del Capitano) köçürülüb. Ağaclar burada təmənnasız saxlanılacaq və onlara müvafiq qulluq göstəriləcək. Boru kəmərinin tikintisi işləri başa çatdıqdan sonra həmin zeytun ağacları öz yerlərinə geri qaytarılacaq”.“Bundan başqa, TAP-ın dəniz hissəsinin inşasında istifadə olunacaq boruların sonuncu partiyası da sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb. TAP-ın Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür” – deyə L.Givert əlavə edib.Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 60 faizdən çox tamamlanıb. Bu irəliləyiş TAP-ın keçdiyi hər üç ölkəni - Yunanıstan, Albaniya və İtaliyanı əhatə edir. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub.

Dekabr 27, 2017 2:55