19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Bakı Fond Birjasında istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Aprelin 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən bildirilib ki, kuponlu, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 50 milyon manat, nominal dəyəri 100 manat, faiz gəliri 7 faiz, tədavül müddəti 1092 gündür. İstiqrazlar 2026-cı il aprelin 21-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif olunan istiqrazların həcminin 50 faizədək artırılması mümkündür. Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.xeber100.com

Aprel 20, 2023 3:04

Dövlət Gömrük Komitəsi: Azərbaycandan 41,4 min ton polietilen ixrac olunub

Yanvar-mart aylarında Azərbaycandan 41,4 min ton polietilen ixrac olunub. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 42,8 milyon ABŞ dolları təşkil edib. Xatırladaq ki, 2022-ci ilin eyni aylarında 47,2 milyon dollarlıq 34,2 min ton polietilen ixrac olunub. Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.xeber100.com

Aprel 15, 2023 9:44

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,47 dollar azalıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,47 dollar azalaraq 88,44 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.xeber100.com

Aprel 12, 2023 2:53

Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

Aprelin 11-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Bankdan bildirilib ki, hərracda tələb 27,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Aprel 11, 2023 3:24

“Aztelekom” MMC vətəndaşlara xəbərdarlıq edib

“Aztelekom” MMC vətəndaşlara xəbərdarlıq edib. MMC-dən bildirilib ki, “Aztelekom” tərəfindən həyata keçirilən yeni telefon və internet çəkilişi üçün ödənişlər yalnız qoşulma şərtlərinə uyğun və rəsmi hesablar üzərindən icra olunur. Ona görə də, ev, mənzil, mağaza və qeyri-yaşayış sahələrinə yeni telefon və internet çəkilişi üçün tələb olunan qeyri-qanuni ödənişlər etmək lazım deyil. Bu cür hallar baş verərsə, “170 Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq vacibdir.xeber100.com

Aprel 8, 2023 6:42

Nyu-Yorkun əmtəə birjasında təbii qazın qiyməti ucuzlaşıb

Nyu-Yorkun əmtəə birjasında təbii qazın qiyməti ucuzlaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında təbii qazın qiyməti 1 milyon BTU (British thermal unit – Britaniya termal vahidi) üçün 0,13 ABŞ dolları və ya 6 faiz azalaraq 2,08 dollar təşkil edib.xeber100.com

Aprel 3, 2023 2:52

Energetika Nazirliyinin təşkilatçılığı ilə “Yaşıl enerji” forumu keçirilib

Aprelin 3-də Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-ABŞ “Yaşıl enerji” forumu keçirilib. Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataramanın həmsədrliyi ilə keçirilən forumda bir sıra dövlət qurumlarının təmsilçiləri və biznes nümayəndələri iştirak ediblər. Əvvəlcə həmsədrlər arasında ikitərəfli görüş olub. Görüşdə iki ölkə arasında energetika sahəsində əlaqələrin genişləndirilməsi, “yaşıl enerji” üzrə əməkdaşlıq imkanlarının öyrənilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com

Aprel 3, 2023 2:49

“Bakı Metropoliteni” QSC iş günlərində hərəkət cədvəlinə dəyişikliklər edib

"Bakı Metropoliteni" QSC iş günlərində qatarların “Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət cədvəlinə dəyişikliklər edib. Bu barədə QSC-nin yaydığı məlumatda bildirilir. Şənbə və bazar günlərinin cədvəlləri indiyə qədər olduğu kimi saxlanılıb. Yenilənmiş cədvəllər Bakı Metropoliteninin rəsmi saytında yerləşdirilib.xeber100.com

Aprel 2, 2023 2:54

OPEC+ formatı gündəlik neft hasilatını məhdudlaşdıracaq

OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ formatı gündəlik neft hasilatını məhdudlaşdıracaq. May ayından etibarən gündəlik hasilat bir milyon barel azaldılacaq. Səudiyyə Ərəbistanı həmin həcmin yarısını, yəni yarım milyon bareli öz üzərinə götürüb və bu ölkənin Energetika Nazirliyi müvafiq məhdudlaşdırılmanın könüllü şəkildə edildiyini bildirib. Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Əlcəzair də bu təşəbbüsə qoşulub. Ötən ilin fevral ayında dünya bazarlarında xam neftin qiymətində kəskin bahalaşma baş versə də, yay və payız aylarında qiymətlər düşməyə başladı. Bu ilin mart ayında dünya bazarlarında ucuzlaşmanı nəzərə alaraq, OPEC+ qiymət sabitləşdirməsinə nail olmağa çalışır. Analitiklərin rəyinə görə, hasilatın qismən azaldılması bazarlarda neftin bir barelinin qiymətinin 10 ABŞ dollarınadək artması ilə nəticələnə bilər.xeber100.com

Aprel 2, 2023 2:52

“Fitch Ratings” beynəlxalq agentliyinin məlumatına görə…

“Fitch Ratings” beynəlxalq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib. Agentliyin saytı xəbər verir ki, reytinq Azərbaycanın çox güclü xarici balansı, müvafiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənir. Bildirilir ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2022-ci ildə 5,9 milyard ABŞ dolları artaraq, 58 milyard dollara çatıb. Fitch Azərbaycanın suveren aktivlər üzrə xalis mövqeyinin 2023-2024-cü illərdə 10,9 faiz bənd artaraq, ÜDM-in 68,7 faizinə çatacağını proqnozlaşdırır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir.xeber100.com

Aprel 1, 2023 6:50
    Page 17 of 381« First«...10...1516171819...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az