ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb.Azərtac Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, cari ildə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 65,19 dollar olacağı nəzərdə tutulur. Ötənaykı proqnoz isə 62,26 dollar/barel idi.EIA bildirib ki, ikinci rübdə “Brent”in orta qiyməti 67,44 dollar/barel, ilin ikinci yarısında 66 dollar/barel olacaq.Gələn il “Brent” neftinin orta qiyməti 60,40 dollar/barel təşkil edəcək. Əvvəlki proqnoz 61 dollar/barel idi.“Light” markalı xam neftin orta qiymətinin bu il 61,85 dollar/barel, növbəti ildə isə 56,74 dollar/barel olacağı gözlənilir. Ötənaykı proqnozlar 2021-ci il üçün 58,91 dollar/barel, 2022-ci il üzrə 56,99 dollar/barel olmuşdu.xeber100.com