05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Gazprom” şirkəti təbii qaz nəqlini bərpa edib

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Azərbaycana təbii qaz nəqlini bərpa edib.Azərtac xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Gazprom Export” şirkəti ilə SOCAR təbii qazın nəqlinə dair razılığa gəliblər. Moskvada imzalanan müqaviləyə görə, Azərbaycan bazarına 1,6 milyard kubmetr Rusiya təbii qazı nəql olunacaq.Qeyd edək ki, ötən ay şirkətin Direktorlar Şurası Azərbaycanda “Gazprom” korporasiyasının nümayəndəliyinin açılması ilə bağlı məsələləri razılaşdırıb.“Gazprom” 2000-2006-cı illəri əhatə edən dövrdə Azərbaycana təbii qaz nəql edib. “Şahdəniz” yatağının istismara verilməsindən sonra təbii qazın nəqli dayandırılıb.xeber100.com

Noyabr 22, 2017 7:43

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

Noyabrın 22-də gündəlik təbii qaz sərfiyyatında təxminən 500 min kubmetr artım olub.Bu barədə Azərtac-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib. O bildirib ki, respublikada, eləcə də paytaxtda havanın temperaturunun dəyişməsi ilə əlaqədar noyabrın 22-də təbii qaz sərfiyyatında təxminən 500 min kubmetr artım olub.“Noyabrın 21-də əhali sektoru üzrə təbii qaza olan gündəlik tələbat 17 milyon 773 min kubmetr təşkil edib. Bu gündən havanın temperaturunun dəyişməsi ilə əlaqədar təbii qaz sərfiyyatı 18 milyon 211 min kubmetrə çatıb. Bu da təbii qaz tələbatının 438 min kubmetr artdığı deməkdir.“Azəriqaz” rəsmisi əlavə edib ki, qarşıdakı günlərdə əhalinin təbii qaza olan tələbatı artdıqca “mavi yanacaq”ın verilişində də artım olacaq.xeber100.com

Noyabr 22, 2017 7:40

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar ucuzlaşaraq 63,34 dollar olub.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar bahalaşaraq 56,45 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar artaraq 62,29 dollar təşkil edib.xeber100.com

Noyabr 21, 2017 2:46

“Azərbaycan Hava Yolları” QSC-nin məlumatı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edib.AZAL-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sənəd qəbulu noyabrın 22-dən dekabrın 22-dək saat 10:00-dan 12:00-a kimi aparılacaq.Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 santimetrdən az və 180 santimetrdən çox olmayan, Azərbaycan, rus, ingilis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.xeber100.com

Noyabr 21, 2017 2:44

“2018-ci il dövlət büdcəsi haqqında” müzakirədə…

Azərbaycanda xarici borclanma ilə bağlı strategiya hazırlanır.Azərtac xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.Ziyad Səmədzadə bildirib ki, bu gün Azərbaycan dünyada ən az xarici borcu olan on ölkədən biridir. “Hesab edirəm ki, biz borclanmaya getməliyik. Çünki borc almayan və verməyən ölkəyə kredit verilmir. Ona görə Azərbaycan da xarici borclanmaya getməlidir. Biz xarici borclanmaya getməklə müasir texnoloji avadanlıqlar almalıyıq. Bu olmadan iqtisadiyyatı inkişaf etdirə bilmərik”, - deyə komitə sədri vurğulayıb.xeber100.com

Noyabr 21, 2017 2:39

Bakı Fond Birjasında hərrac keçiriləcək

Noyabrın 22-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, hərraca çıxarılan notların həcmi 200 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar dekabrın 20-də ödəniləcək.Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.xeber100.com

Noyabr 21, 2017 2:35

“Brent” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar bahalaşaraq 56,62 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar ucuzlaşaraq 62,62 dollar olub.xeber100.com

Noyabr 20, 2017 12:25

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dekabrın 19-da dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda 68 müxtəlif dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 24-ü kiçik dövlət müəssisə və obyekti, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyət, 11-i isə nəqliyyat vasitəsidir.ƏMDK-dan Azərtac-a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların hərraclara marağını daha da artırıb. Tətbiq edilən yeniliyə əsasən, vətəndaşlar hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatıla bilər.xeber100.com

Noyabr 20, 2017 12:14

Belarus Statistika Komitəsinin məlumatı

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 113 milyon 145,55 min dollar təşkil edib. Bu barədə Azərtac-a Belarus Respublikasının Milli Statistika Komitəsindən məlumat verilib.Məlumata görə, yanvardan oktyabrın sonuna kimi Azərbaycandan Belarusa 12 milyon 901,10 min dollar dəyərində məhsul ixrac edilib. Hesabat dövründə Azərbaycan Belarusdan 100 milyon 244,45 min dollar dəyərində məhsul idxal edib.xeber100.com

Noyabr 20, 2017 12:12

ANSA agentliyinin məlumatı əsasında…

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz artacaq.İtaliyanın ANSA agentliyi xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclis komitələrinin birgə iclasında 2018-ci il dövlət büdcəsi haqqında layihə müzakirə olunarkən deyib.“2018-ci ildə aqrar sektorun artımı 6,2 faiz olacaq. Bu rəqəm yaxın 3 il ərzində ildə 6 faiz təşkil edəcək. Azərbaycanın turizm sektorunun 6,6 faiz, sonrakı 3 ildə isə 6 faizdən çox artacağı proqnozlaşdırılır”, ‒ deyə nazir müavini bildirin. S.Həsənova deyib ki, müasir infrastrukturların yaradılması qeyri-neft sektorunun inkişafına təkan verəcək.xeber100.com

Noyabr 19, 2017 10:31
    Page 213 of 380« First«...102030...211212213214215...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az