“Trans Uzbekistan/Trans Logistica – 2017” sərgisində

Daşkənddə keçirilən “Trans Uzbekistan/Trans Logistica – 2017” sərgisində Azərbaycanın “ACSC Logistics” və “Trans Torg Azerbaijan” şirkətləri də qatılıb.Sərgidə dünyanın müxtəlif ölkələrini təmsil edən 50-yə yaxın şirkət və firma iştirak edib.Azərtac xəbər verir ki, Azərbaycanı təmsil edən şirkətlərin nümayəndələri gördüyü işlər haqqında sərgi iştirakçılarına məlumat verib, şirkətin fəaliyyəti ilə bağlı jurnal və açıqçalar paylayıblar.“ACSC Logistics”-ın baş direktoru Azər Məmmədov bildirib ki, şirkət nəqliyyat marşrutlarında - Xəzər dənizi, Qara dəniz, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan da daxil olmaqla dəniz və dəmiryol sahələrində həmçinin həmsərhəd dəmir yollarında ekspeditor xidmətləri göstəririk. Xəzər və Qara dənizin limanları - Bakı, Hövsan, Poti, Batumi, Aktau, Kurık, Türkmənbaşı və digər limanlarda yükləmə-boşaltma, yüklərin qorunması, xüsusi şəraitdə yüklərin daşınması işlərini də yerinə yetirir və digər işləri icra edirik.“Trans Torg Azerbaijan” şirkətinin rəhbəri Elnur Rüstəmov məlumat verib ki, şirkət dəniz daşımaları, yüklərin sığortalanması, Azərbaycanda və ölkəmizdən kənarda terminal xidmətləri, yüklərin limanlarda yerləşdirilməsi, paromdan istifadə etməklə yükdaşımalarının təşkili, geniş profilli yük vaqonları parkından istifadə, Azərbaycanda və xarici ölkələrdə gömrük xidmətləri və digər işləri yerinə yetirir.xeber100.com

Noyabr 18, 2017 7:08

“Azərişıq” ASC-nin məlumatına görə…

2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək. Abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək.Bu barədə Azərtac-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. “Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız, maşın-mexanizmlərimiz var, ehtiyatımız böyükdür. Hazırda bütün yarımstansiyalarda təftiş işləri davam etdirilir. Havanın şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ şəkildə aradan qaldırılmasına tam hazırıq. Bizim 24 saat fəaliyyət göstərən Çağrı mərkəzimiz var və abonentlər 199 nömrəsinə zəng edərək problemlərini çatdıra bilərlər”, - deyə T.Mustafayev bildirib.Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri, yeni 110;35;10;6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb. Şəhərin paylayıcı elektrik şəbəkəsinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması üçün lazımi texniki tədbirlər görülüb.“Azərişıq” ASC tərəfindən regionlarda 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 2920 ədəd 10-6 kV-luq yarımstansiya inşa edilib, 17725 kilometr müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilib, 337982 ədəd dayaq quraşdırılıb.xeber100.com  

Noyabr 17, 2017 2:37