2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb.Oktyabrda əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryol və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində ucuzlaşma, digər ölkələrə hava nəqliyyatı ilə sərnişindaşıma xidmətinin, paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.xeber100.com