“Dubai Airshow 2017” işə başlayıb

Dubayda ən böyük beynəlxalq aviasiya sərgisi olan "Dubai Airshow 2017" işə başlayıb. Sərgi çərçivəsində dünyanın 60-dan çox ölkəsindən 1200-dən artıq eksponat, 160-dan çox müasir təyyarə nümayiş etdiriləcək, habelə kosmos üzrə, aeroport və pilotsuz uçuş aparatları ilə bağlı məsələlərə dair konfranslar keçiriləcək. Sərgidə 72 min 500-dən çox mütəxəssis və ziyarətçi olacaq. "Dubai Airshow" sərgisi mülki və hərbi aviasiya sənayesində mühüm hadisədir.Azərtac xəbər verir ki, Azərbaycanı bu nüfuzlu aviasiya sərgisində fövqəladə hallar naziri K.Heydərov, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti C.Əsgərov, müdafiə nazirinin müavini R.Tahirov, "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti E.Hacıyev, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri D.Şikarov və ölkəmizin Dubaydakı baş konsulu P.İsmayılzadədən ibarət nümayəndə heyəti təmsil edir.Tədbirdə mülki, hərbi və ümumi təyinatlı aviasiya, kosmik texnika, biznes, təyyarədə təhlükəsizlik, yük aviadaşımaları, aeroportlar üçün həllər, HHV, HHM silahları və hərbi texnikası, texnologiya və aviasiya sənayesində texnologiyalar üzrə pavilyonlar yaradılıb.Tədbir çərçivəsində aeroport məsələlərinə həsr edilən "AirportSolutions 2017" adlı ayrıca sərgi keçiriləcək.Bu il sərgi iştirakçılarını, həmçinin müxtəlif tədbirlər, o cümlədən müasir uçuş texnikasının gücünü və bacarığını nümayiş etdirən parlaq aviaşou, pilotaj qruplarının çıxışları və mütəxəssislərə sənayenin aktual məsələlərini müzakirə etməyə, perspektivli razılaşmalara nail olmağa və qarşılıqlı səmərəli tərəfdaşlıq münasibətləri qurmağa imkan verən beynəlxalq konfranslar, "dəyirmi masa"lar, forum və seminarlar gözləyir.Aviasalon öz işini noyabrın 16-dək davam etdirəcək.xeber100.com

Noyabr 12, 2017 7:01

“Made in Azerbaijan” vahid ölkə stendi ilə…

Azərbaycan şərabları ilk dəfə olaraq "Made in Azerbaijan" vahid ölkə stendi ilə Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən X Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində nümayiş olunur.Azərtac xəbər verir ki, Asiya qitəsində müvafiq sahə üzrə ən böyük sərgi hesab olunan Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisinə bu il Azərbaycan da daxil olmaqla, 38 ölkədən 1070 iştirakçı qatılıb.Noyabrın 9-da öz işinə başlamış sərgidə ölkəmiz Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası, eləcə də şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkətin nümayəndəsi ilə təmsil olunur. Noyabrın 11-dək davam edəcək sərginin keçirildiyi Honqkonq Beynəlxalq Sərgi və Konqres Mərkəzində Azərbaycan şərablarının təbliği məqsədilə müxtəlif tanıtım plakatları asılıb.Azərbaycan şərabları, şampanlar, meyvə və otlardan hazırlanmış spirtli içkilər xüsusi dizaynda hazırlanıb, 126 kvadratmetrlik "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur. Pavilyonumuzda rəqabətqabiliyyətli və ixracyönümlü Azərbaycan şərabları nümayiş olunmaqla yanaşı, sərgi ziyarətçilərinə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, istehsal olunan təbii və keyfiyyətli məhsullar barədə məlumat verilir, çap materialları təqdim edilir. Azərbaycan şərabları sərginin təşkilat komitəsinin üzvləri, ziyarətçilər, alıcılar və media nümayəndələri tərəfindən maraqla qarşılanır.xeber100.com  

Noyabr 10, 2017 2:48

“Kiçik və orta sahibkarlar üçün” mövzusunda seminar keçirilib

Noyabrın 8-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzinin təşkilatçılığı ilə "Kiçik və orta sahibkarlar üçün sərhədlərarası e-ticarət" mövzusunda seminar keçirilib. Tədbirdə 40-a yaxın iş adamı iştirak edib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində təşkil olunmuş seminarda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığa göstərilən dəstək tədbirləri barədə məlumat verib, e-ticarətin önəmini vurğulayaraq sahibkarları elektron bazardan faydalanmağa dəvət edib. Beynəlxalq Ticarət Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbəri Yelena Butrimova və mərkəzin eksperti Mohammad Es Fih yerli məhsulların xarici bazarlara çıxarılması üçün beynəlxalq e-ticarət platformaları və onlardan istifadə qaydaları barədə danışıblar. Seminarda, həmçinin rəqəmsal ticarətdə elektron imzadan istifadəyə dair təqdimat keçirilib, sahibkarların sualları cavablandırılıb.Qeyd edək ki, bu il AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin artırılması, yerli sahibkarlarla Avropa İttifaqı ölkələrinin iş adamları arasında əlaqələrin qurulması, istehsalçı və ixracatçı assosiasiyaların potensialının gücləndirilməsi nəzərdə tutulur.xeber100.com

Noyabr 9, 2017 11:56