“Bank of Baku” silsilə kampaniyalara start verib

Bolkartın 6 yaşını qeyd edən “Bank of Baku” "6 yaşda 6 yeni kampaniya" şüarı altında sürpriz və hədiyyə dolu silsilə kampaniyalara start verib.Bankdan Azərtac-a bildiriblər ki, birinci kampaniya 100 faiz nağdlaşdırma kampaniyasıdır. Oktyabrın 25-dən noyabrın 5-dək keçirilən kampaniyanın şərtlərinə əsasən, Bolkart kredit kart sahibləri balanslarındakı məbləğin hamısını, yəni tam 100 faizini nağdlaşdıra bilərlər. Bu kampaniyadan müsbət kredit tarixçəsinə malik olan həm köhnə, həm də yeni Bolkart kredit kart sahibləri faydalana biləcəklər.2-ci kampaniya - Bolkartla filmə bilet alana popkorn və Coca-Cola hədiyyə olunacaq. Bolkartla “Park Cinema” şəbəkəsinin “Park Bulvar”, “Metro Park” və “Flame Towers” kinoteatrlarında və “Cinema Plus” şəbəkəsinin “28 Mall”, “Gənclik Mall” və kinoteatrlarında istər onlayn, istərsə də kassadan alınan biletlər hədiyyə kuponu qazandırır. Kampaniyada həm Bolkart kredit, həm də Bolkart debet kartları iştirak edə bilər. Kampaniya 25 oktyabr – 10 noyabr tarixlərində keçiriləcək.3-cü kampaniya - Bolkart Gənc təqaüd kartı ilə ən çox alış-veriş edən 3 tələbəyə e-Book Reader hədiyyə ediləcək. 27 oktyabr – 27 noyabr tarixləri arasında Bolkart Gənc təqaüd kartı ilə ən çox alış-veriş edən 3 tələbə e-Book Reader qazanacaq. İstər POS-terminal ilə, istərsə də onlayn edilən ödənişlər tələbələrə kampaniyada iştirak haqqı qazandıracaq.4-cü kampaniya - “MyBrands”dən ən çox alış-veriş edən 6 Bolkartlıya 50 AZN-lik kart hədiyyə olunacaq. 28 oktyabr - 18 noyabr tarixləri arasında Bolkart kredit və ya Bolkart debet kartları ilə “MyBrands” mağazalarında ən çox alış-veriş edən 6 bolkartlı “MyBrands”dən 50 AZN-lik hədiyyə kartı qazanacaq. Üstəlik Bolkart kredit kartları ilə alış-veriş edənlər ödənişlərinə +2 ay hədiyyə qazanaraq 3 aya aldıqları məhsulun xərcini 5, 6 aya aldıqları məhsulun xərcini 8 aya ödəyə biləcəklər.5-ci kampaniya - Bolkart kredit kartı alan hər yeni müştəriyə 20 AZN bal və ya 2000 mil hədiyyə ediləcək. 30 oktyabr - 4 noyabr tarixlərində “Bolkart Gənc”, “Bolkart Ailə” və “Bolkart Gold” kredit kartı alan hər yeni müştəri 20 AZN bal, “Bolkart Diamond” kredit kartı alan müştərilər isə 2000 mil hədiyyə qazanacaq. Altı gün davam edəcək kampaniyadan bankın istənilən filialına müraciət edən hər bir müştəri faydalana bilər.6-cı kampaniya - Bolkartla “İndi al, gələn il ödə” və “3, 6 və ya 12 aya ödə” partnyorlarında +2 ay hədiyyə. Sonuncu kampaniya alış-veriş etməyi sevən bolkartlılar üçün nəzərdə tutulub.xeber100.com  

Oktyabr 31, 2017 3:14

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən noyabrın 28-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşdirilməyə çıxarılan 158 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 64-ü kiçik dövlət müəssisə və obyekti, 63-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyət, 8-i isə nəqliyyat vasitəsidir.Komitədən Azərtac-a bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Yevlax Kəndkimya Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Neftçala Ət”, “Port İliç Xidmət“, “Şıxlar Broyler”, “Mingəçevir Qum-Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.Prosesdə özəlləşdiriləcək səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 25 min 676 manatla 738 min 888 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirilməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Kəndkimya Təchizat” ASC-dir. Bu əmlakın səhminin 30 faizi 111 min manata yaxındır. Bundan başqa qiyməti ilə digərlərindən fərqlənən əmlak “Şıxlar Broyler” ASC-dir. Həmin əmlakın 30 faiz səhmi isə 41 min manata yaxın təklif olunur.xeber100.com

Oktyabr 30, 2017 3:08

“Fruit Logistica 2018” Beynəlxalq Ərzaq Sərgisində

Gələn il fevralın 7-9-da Berlin şəhərində keçiriləcək "Fruit Logistica 2018" Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulu noyabrın 8-dək uzadılır.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, vahid ölkə stendində maksimum 15 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək.Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında dekabrın 24-də AZPROMO-da təşkil olunacaq.Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal; meyarların cəmi üzrə minimum keçid balı 20-dır.Vahid ölkə stendində iştirak etmək üçün ərizə; nümayiş olunacaq məhsulların siyahısı, sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar noyabrın 8-dək AZPROMO-ya təqdim edilməlidir.xeber100.com

Oktyabr 27, 2017 1:44