28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində yenidənqurma işlərinə başlanılıb

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Ağdam rayonun Əfətli kənd ərazi nümayəndəliyinə daxil olan 8 kənddə yenidənqurma işlərinə başlanılıb.“Azərişıq” ASC-dən Azərtac-a bildirilib ki, müharibənin gedişində bu kəndlər erməni atəşinə məruz qalan zaman elektrik enejisi təsərüffatına ciddi ziyan dəymişdi. Ermənilərin atdığı çoxsaylı mərmilər bir çox yerdə xətt və dayaqları yararsız hala salmışdı. İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir. Əraziyə kifayət qədər mal-materal göndərilib. 1200-dək abonetin yaşadığı Hacıməmmədli, Məmmədbağırlı və Əfətli kəndində işlərin yekunlaşması bir aya nəzərdə tutulub. Kəndlər yeni tikilmiş 35/10 kilovoltluq Əfətli yarımstansiyasından qidalanır.Prezident İlham Əlyevin Fərmanına uyğun olaraq işğaldan azad olunan Cəbrayıl, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Aşdam rayonu ərazilərində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin edilib. Suqovuşan qəsəbəsinə isə Tərtərdən yeni 35 kilovoltluq xəttin çəkiliş işləri davam edir.xeber100.com

Mart 16, 2021 10:38

“Light” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar bahalaşıb

Dünya birjalarında neft qiymətləri bahalaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar artaraq 69,60 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar bahalaşaraq 65,99 dollar olub.xeber100.com

Mart 15, 2021 8:49

“Light” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar geriləyərək 69,22 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,41 dollar ucuzlaşaraq 65,61 dollar olub.xeber100.com

Mart 13, 2021 10:52

Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 89-cu iclası keçirilib

Martın 12-də Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının videokonfrans formatında 89-cu iclası keçirilib. İclasda Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, iclası MDB İqtisadi Şurasının sədri, Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko idarə edib.MDB-də iqtisadi qarşılıqlı fəaliyyətə dair aktual məsələlər və COVID-19 problemləri üzrə fikir mübadiləsindən sonra RF əmək və sosial müdafiə nazirinin müavini Yelena Muxtiyarova iclas iştirakçılarını Birlik dövlətləri əhalisinin məşğulluğuna kömək sahəsində əməkdaşlıq barədə Saziş layihəsi haqqında məlumatlandırıb.xeber100.com  

Mart 12, 2021 10:52

Neft İxrac Edən Ölkələr Təşkilatı üzrə gündəlik xam neft hasilatı azalıb

Fevral ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft hasilatı azalıb.Azərtac xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı yanvar ayı ilə müqayisədə 650 min barrel azalaraq sutkada 24 milyon 850 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 26,9 faizə geriləyib.Ötən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkələr Nigeriya, İraq, İran, Liviya və Venesuela olub. Nigeriyada gündəlik hasilat əvvəlki aya görə 161 min barrel, İraqda 59 min barrel, İranda 35 min barrel, Liviya və Venesuelada isə 33 min barrel artıb.Ay ərzində kartelə üzv ölkələrdən neft istehsalı ən çox Səudiyyə Ərəbistanı və Anqolada azalıb. Səudiyyə Ərəbistanının sutkalıq hasilatı 930 min barrel, Anqolanın isə 50 min barrel geriləyib.Fevralda dünyadakı qazma qurğularının sayı yanvarla müqayisədə 62 ədəd artaraq 1386 olub. Həmin qurğuların 329-u OPEC-ə üzv ölkələrdədir.xeber100.com

Mart 11, 2021 10:54

Bakı Fond Birjasında qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Martın 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildirilib ki, hərraca çıxarılan notların həcmi 100 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar aprelin 7-də ödəniləcək.Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizədək artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.5167-99.5543 AZN təşkil edir.Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.xeber100.com

Mart 9, 2021 12:44

“Pakistan Beynəlxalq Hava Yolları” Bakıya birbaşa aviareyslərə başlayır

“Pakistan Beynəlxalq Hava Yolları” Bakıya birbaşa aviareyslərə başlayır. Azərtac xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.Şirkətdən bildirilib ki, mayın 14-dən etibarən Bakıya birbaşa aviareyslər həyata keçiriləcək.xeber100.com

Mart 6, 2021 11:34

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil olunub

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti özəlləşdirmə hərracı təşkil olunub.Dövlət Xidmətindən Azərtac-a bildirilib ki, hərracda 5 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilən səhmdar cəmiyyət və kiçik dövlət müəssisələri Bakı şəhəri, Sabirabad rayonu və Neftçala şəhərində yerləşir.Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.xeber100.com

Mart 5, 2021 2:52

Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib

Martın 4-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda tələb 44,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Mart 4, 2021 12:47

“Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar artıb

Dünya birjalarında neft qiymətləri bahalaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar artaraq 62,91 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar bahalaşaraq 59,84 dollar olub.xeber100.com

Mart 3, 2021 1:01
    Page 55 of 381« First«...102030...5354555657...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az