Çinin paytaxtı Pekində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb

Çinin paytaxtı Pekində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb. Ticarət evinin açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, sahibkarlar, Çində akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin Çin bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Çində sayca 4-cü ticarət evinin ticarət və mədəni mübadilə üçün dinamik platforma rolunu oynayacağını vurğulayıb. Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin bu kontekstdə uğurlu fəaliyyəti qeyd edilib. Bildirilib ki, Çindəki digər ticarət evləri ölkənin tanınmış şəhərlərindən olan Çindao, Çengdu və Canciaciyedə uğurla fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanın Şanxay, Harbin, Cinan və Uhanda 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 “Azərbaycan şərab evi” var. Asiya regionu daxilində Çin bazarı şərab məhsullarının əsas istehlakçısı kimi Azərbaycan üçün böyük potensial təklif edir. Qeyd olunub ki, xaricdə, xüsusən də Çində Azərbaycan ticarət evlərinin yaradılması müsbət nəticələr verib, yerli məhsullarımızın tanıdılmasına, ixracın artmasına, “Made in Azerbaijan” brendinin səmərəli nümayişinə şərait yaradıb. Digər ticarət evlərində olduğu kimi bu ticarət evində də Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına və sərmayə mühitinə aid materiallar nümayiş olunur. Burada, ticarət evi ilə yanaşı, Azərbaycan təamlarının təklif olunduğu restoran da fəaliyyət göstərir.xeber100.com

Sentyabr 3, 2023 12:55

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi: Marşrut xətlərində gecikmələr yaranıb

Bu gün axşam pik saatlarında küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar marşrut xətlərində gecikmələr yaranıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir: 1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 20-22 dəqiqə gecikmə müşahidə olunur. 2. 3-cü mikrorayon dairəsi istiqamətində - Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərdəki avtobuslararası intervallarda gecikmə 17-20 dəqiqədir. 3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda, əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 22-24 dəqiqə gecikmə var. 4. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur. 5. Heydər Əliyev prospekti - şəhər istiqamətində (Bağırov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə qeydə alınır. 6. Babək prospekti – şəhər istiqamətində 30, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur. 7. Mikayıl Useyinov küçəsi - Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq, digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-22 dəqiqə gecikmə müşahidə edilir. 8. Şah İsmayıl Xətai prospekti-Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-17 dəqiqə gecikmə var. 9. Zabrat şosesi – Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur. 10. Binəqədi şosesi – Binəqədi istiqamətində də sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə qeydə alınır. 11. Qara Qarayev prospekti - hər iki istiqamətdə 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur. 12. Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə var. 13. Xocalı prospekti - Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur. 14. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti - Azneft dairəsi istiqamətində 5, 18, 88 və 125 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə qeydə alınır. 15. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçələrinin kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-12 dəqiqə gecikmə müşahidə olunur. 16. Badamdar şosesi, Mikayıl Müşfiq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə var. 17. Akademik Həsən Əliyev küçəsi – hər iki istiqamətdə (Tbilisi prospekti və Koroğlu Rəhimov küç.) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.xeber100.com

Avqust 31, 2023 12:53

“Digital Bridge 2023” forumu keçiriləcək

Oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiya regionunun ən irimiqyaslı innovasiya tədbirlərindən biri “Digital Bridge 2023” forumu keçiriləcək. Forumun əsas mövzusu müasir dünyada süni intellektin rolunun müzakirəsi olacaq. Beynəlxalq forum ənənəvi olaraq dünya şirkətlərinin rəhbərlərinin, İT innovasiyaları sahəsində ən yaxşı beynəlxalq və yerli ekspertlərin, regionun hər yerindən vençur investorlarının iştirakı ilə keçiriləcək. “Digital Bridge 2023” forumu 15 ölkədən 20 mindən çox iştirakçı, 300-dən çox İT şirkəti, 100-dən çox investor və biznes mələyi, 250 məruzəçi və 100-dən çox startapı öz platformasında bir araya gətirəcək. Xatırladaq ki, “Digital Bridge” beynəlxalq texnologiya forumu 2018-ci ildən etibarən hər il Astanada keçirilir. Rəqəmsal Körpünün təşkilatçıları Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və Astana Hub beynəlxalq texnoparkıdır. 2022-ci ildə keçirilmiş “Digital Bridge” beynəlxalq texnoloji forum çərçivəsində Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” MMC və “Kazakhtelecom” Xəzər dənizinin dibi ilə Fiber-Optik Rabitə Xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.xeber100.com

Avqust 30, 2023 1:08