Neft bazarını qiymətləndirən agentliklərə görə…

Neft bazarını qiymətləndirən agentliklərə görə, koronavirus pandemiyası səbəbindən bu rüb ərzində neftə olan tələbat illik müqayisədə 1,7 milyard barrel azala bilər.Azərtac xəbər verir ki, qlobal neft tələbatının beşdəbiri bu rüb ərzində yox olacaq. Neftlə bağlı proqnozlarını açıqlayan üç böyük agentlik koronavirusla mübarizədə görülən məhdudlaşdırma tədbirləri fonunda qlobal miqyasda neft istehlakında ən sərt azalmanın müşahidə olunacağı ilə bağlı həmfikirdir. Tələbin aldığı “zərbə”nin miqyası isə neft istehsalçılarının tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, ehtiyatların bu il artacağı mənasına gəlir.Beynəlxalq Enerji Agentliyi (IEA), OPEC və ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu həftə neft bazarı ilə bağlı proqnozlarını yeniləyib və tələbatın azalmasının dərinliyi ilə bağlı fikirlər bir-birinə yaxın olub. Beynəlxalq Enerji Agentliyinin keçənaykı pessimist mövqeyi hazırda əsas mənzərə olub. Belə ki, bu rüb ərzində dünyada keçən ilə nisbətən 1,7 milyard barrel az neft istifadə ediləcək.Həm EIA, həm də OPEC-in aprel ayındakı hesabatlarda tələbatın bu ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə gündəlik 12 milyon barrel azalacağını proqnozlaşdırıb. Hazırda isə Beynəlxalq Enerji Agentliyi gündəlik 20 milyon barreldən çox azalma proqnozlaşdırır. Ötən bir ayda karantinin yumşaldılması və müəssisələrin tədricən açılması agentliyin bir az daha optimist proqnoz verməsinə səbəb olub.Lakin EIA və OPEC-in proqnozları kəskin dəyişib və bir ay əvvəllə müqayisədə tələbatın daha da pisləşəcəyi gözlənilir. Bu iki qurumun proqnozu Beynəlxalq Enerji Agentliyinin neft istehlakına dair daha pessimist qiymətləndirməsinə yaxınlaşıb.xeber100.com  

May 16, 2020 10:12

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Aprelin 1-nə ölkədə statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1,9 faiz artaraq 149 min 51 olub.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, artım iqtisadiyyatın “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “Nəqliyyat və anbar təsərrüfatı”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “İnformasiya və rabitə” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olub. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksəkdir.Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (30 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (19,7 faiz), “Tikinti” (9,8 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (7,8 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (6,8 faiz) və “Emal sənayesi” (5,7 faiz) sahələrinin payına düşür. Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (22,3 faiz), İran (10,7 faiz), Rusiya (5 faiz), Böyük Britaniya (4,8 faiz), ABŞ (1,7 faiz) və Almaniya (1,2 faiz) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.Yanvar-mart ayları ərzində ləğv edilmiş statistik vahidlərin 23,1 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 15,7 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 14,2 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 9,7 faizi “Tikinti”, 6,0 faizi “Təhsil” sahələrində, qalanları isə digər bölmələrin payına düşür. Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 32,1 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,6 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 8,6 faizi “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, 8,2 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 7,6 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 6,4 faizi “Tikinti” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.xeber100.com

May 10, 2020 5:40