“Azəriqaz” İstehsalat Birliyinin məlumatı əsasında…

Məlum olduğu kimi, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti martın 15-dən 20-dək məhdudlaşdırılacaq. Dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildiriblər ki, bu müddət ərzində qurum da qeyd edilən məkanlarda martın 15-dən 20-dək xidmətlərin göstərilməsini məhdudlaşdıracaq.Sabahdan etibarən dörd gün ərzində yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək. Buraya yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. daxildir. Sadalanan xidmətlərlə bağlı vətəndaşların qarşıdakı dörd gün ərzində Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət etmək imkanı olacaq.Martın 15-dən 20-dək bölgələrdə yerləşən “ASAN xidmət” mərkəzlərində də bir pəncərədə eyni xidmətlər göstəriləcək. Digər xidmətlərin göstərilməsi isə bayram günlərindən sonra bərpa olunacaq. Ehtiyac yaranarsa, bu xidmətlərin göstərilməsi “Azəriqaz” İstehsalat Birliyinin və Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da təşkil ediləcək. Bayram günlərində isə Birliyin Gəncə, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional Qaz İstismar idarələri, Bakı Regional Qaz İstismar Departamenti və Sumqayıt Qaz İstismar Sahəsi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.xeber100.com

Mart 15, 2020 3:15

Dövlət Dəniz Agentliyinin məlumatı əsasında…

Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində martın 9-da Dövlət Dəniz Agentliyinin inzibati binasında, agentliyin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin, Nəqliyyat və Texniki – Təminat İdarəsinin inzibati binasında dezinfeksiya işləri həyata keçirilib.Azərtac xəbər verir ki, Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov jurnalistlərə müsahibəsində görülən işlərdən danışıb. Bildirib ki, agentlikdə sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır, əməkdaşlar arasında bu istiqamətdə mütəmadi olaraq profilaktik söhbətlər edilir, maarifləndirmə işləri görülür.Bu gün, həmçinin Dövlət Dəniz Agentliyinin nümayəndələrinin iştirakı ilə Dənizkənarı Bulvar İdarəsinin “Mirvari” gəzinti gəmisində də dezinfeksiya işləri həyata keçirilib. Gəmi heyətinə sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamaqla bağlı lazımi tövsiyələr verilib.Qeyd edək ki, Dənizkənarı Milli Parkda xidmət göstərən “Mirvari” gəzinti gəmisinin sərnişin tutumu 446 nəfərdir. Dəniz gəzintilərində tələbata uyğun olaraq əsasən “Mirvari” gəmisindən istifadə olunur. Gəmi orta hesabla gündə 6-7 səfər edir. Tələbatdan asılı olaraq gün ərzində gəzintilərdə ən az 5, ən çox isə 11-12 səfərə qədər artım olur.xeber100.com

Mart 9, 2020 2:30