28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azercell” şirkəti savadlı kadrların yetişdirilməsinə dəstək verir

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına daima töhfə verən “Azercell” şirkəti bu sahə üzrə savadlı kadrların yetişdirilməsinə xüsusi diqqət ayırır. Bu dəfə lider mobil operator ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsində təhsil alan və fərqlənən tələbələr üçün təqaüd ayıraraq onların fərdi və peşəkar inkişafına dəstək olub. Tələbələr fevralın 21-i ADA Universitetində təşkil edilən “Akademik mükəmməllik günü”ndə təltif ediliblər. Beləliklə, 4 tələbə dünya şöhrətli azərbaycanlı alim və qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına təqaüdə layiq görülərək təhsil haqqından tamamilə azad olunublar. Əlavə olaraq, 22 tələbə 50, 23 tələbəsi isə 25 faiz təhsil güzəşti əldə edib.Xatırladaq ki, “Azercell Telekom” MMC 2013-cü ildən başlayaraq ADA Universitetinin fonduna maliyyə yardımı edir. Sosial layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan şirkət fəaliyyət dövrü ərzində bu istiqamətdə 19 milyon dollardan çox sərmayə yatırıb.xeber100.com  

Fevral 26, 2020 1:22

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,64 dollar ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,64 dollar ucuzlaşaraq 57,57 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Fevral 25, 2020 11:12

Güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib

Bir sıra rayonlarda təsirli olan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.ASC-dən Azərtac-a bildirilib ki, “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, “Şimal” RETSİ-nə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonları ərazisində güclü külək müşahidə edilir. Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur.“Azərişıq” istehlakçılardan xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat xidmət göstərən 199 saylı Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.xeber100.com

Fevral 25, 2020 11:09

Bakı Nəqliyyat Agentliyinin məlumatı əsasında…

Bakı Nəqliyyat Agentliyi (BNA) Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Smart Building 2020” beynəlxalq ixtisaslaşmış sərgi-konfransında təmsil olunub.Agentlikdən Azərtac-a bildirilib ki, sayca 4-cü olan sərgi-konfransda BNA-nın nümayəndələri də iştirak edib. İki gün davam edən sərgi-konfransda “ağıllı şəhər” sistemləri və avtomatlaşdırma eləcə də, ağıllı həllər sahəsində əldə olunan son nailiyyətlər təqdim olunub.Sərgi çərçivəsində keçirilən görüşlərdə əsas diqqət şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılmasına imkan verən texnologiyalara yönəldilib. Eyni zamanda, ukraynalı mütəxəssislərə Bakı şəhərinin nəqliyyat sisteminin modernləşdirilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.Qeyd edək ki, şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Mütəmadi olaraq bu istiqamətdə layihələr həyata keçirilir. Eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılması bu sahədə icra olunan ən son layihələrdəndir.xeber100.com

Fevral 24, 2020 1:56

İrana olan aviareyslərə məhdudiyyət tətbiq edilməyəcək

“Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.Azərtac xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidməti məlumat yayıb.“Aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “Iran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları ilə Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib və bu istiqamətdə əlavə tədbirlər görüləcək.xeber100.com

Fevral 24, 2020 1:53

Dövlət Statistika Komitəsinin məlumatı əsasında…

Ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilə nisbətən 16,6 faiz artaraq 634,8 manat təşkil edib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3108,4 manat, qeyri neft-qaz sektorunda 579,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat təşkil edib.Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat, və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.xeber100.com

Fevral 22, 2020 7:32

Mərkəzi Bankı fevralın 24-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 24-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən Azərtac-a bildirilib ki, bankın fevralın 24-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.xeber100.com

Fevral 21, 2020 3:55

Manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

Fevralın 20-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.AMB-dən Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Fevral 20, 2020 2:47

İqtisadiyyat Nazirliyinin məlumatı əsasında…

Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində öz işinə başlayan “Gulfood 2020” beynəlxalq qida sərgisində nümayiş olunur.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə süd və süd məhsulları, bal, fındıq, meyvə şirələri, qənnadı, tərəvəz və konserv məhsulları, qurudulmuş meyvə və xurma istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycanın 20 şirkəti məhsullarını təqdim edir.Sərgi fevralın 20-dək davam edəcək.xeber100.com

Fevral 18, 2020 2:36

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 57,31 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar bahalaşaraq 52,16 dollar təşkil edib.xeber100.com  

Fevral 17, 2020 11:28
    Page 86 of 381« First«...102030...8485868788...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az