19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib

Hazırda respublika ərazisində müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.Bu barədə Azərtac-a ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.T.Mustafayev deyib ki, yerlərə əlavə texnikalar cəlb edilib: “Küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ölkə üzrə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb olunub. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.Qurum rəsmisi abonentlərə müraciət edərək bildirib ki, vətəndaşlar baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Buna görə də istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem və yaxud qəza hallarında 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.xeber100.com

Noyabr 2, 2019 7:53

“UR Airlines” aviaşirkətinin Ərbildən Bakıya olan reysi ləğv olunub

Noyabrın 1-də həyata keçirilməli olan Ərbil-Bakı-Ərbil aviareysi ləğv edilib.Azərtac Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, İraqın “UR Airlines” aviaşirkətinin yerli vaxtla saat 14:00-da Ərbildən Bakıya “UD 701” saylı reysi ləğv olunub. Həmin reys ləğv olunduğundan aviaşirkətin yerli vaxtla 15:00-da Bakıdan Ərbil istiqamətində “UD 702” saylı reysi də ləğv edilib. Aviareyslər “B737-200” təyyarəsi ilə həyata keçirilməli idi.Ərbil-Bakı-Ərbil aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.xeber100.com

Noyabr 1, 2019 12:59

Ukraynanın “Chumak” JSC şirkəti əməkdaşlıq təklif edir

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.AZPROMO-dan Azərtac-a bildirilib ki, Ukraynanın “Chumak” JSC şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərə əməkdaşlıq təklif edir. “Chumak” JSC qida məhsullarının istehsalında ixtisaslaşıb. Şirkət Ukrayna, Şərqi və Mərkəzi Avropa ölkələrində ən böyük pomidor emalçısıdır.Əməkdaşlıqda maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər.xeber100.com

Oktyabr 31, 2019 11:28

Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Oktyabrın 31-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Oktyabr 31, 2019 11:21

“Light” markalı neftin qiyməti 0,31 dollar ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar geriləyərək 61,38 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 55,23 dollar təşkil edib.xeber100.com

Oktyabr 30, 2019 1:41

“Light” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar geriləyərək 61,36 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 55,59 dollar təşkil edib.xeber100.com

Oktyabr 29, 2019 1:51

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə…

Oktyabrın 29-dan 38 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların bir qismi yenilənir.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “Isuzu Citibus” markalı avtobus gətirilib. “Avro 5” standartlarına cavab verən bu avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.xeber100.com

Oktyabr 29, 2019 1:46

İqtisadi əlaqələrin perspektivlərinə dair müzakirələr aparılıb

Azərbaycan və İsrail arasında iqtisadi əlaqələrin perspektivlərinə dair müzakirələr aparılıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, nazir Mikayıl Cabbarov İsrailin Aliyah və İnteqrasiya (Absorbsiya) naziri Yoav Qalant və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq məsələləri, həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.Görüş zamanı, həmçinin regional tərəfdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com

Oktyabr 28, 2019 1:52

BAKUTEL sərgisində ixtisaslaşmış bir neçə şirkət iştirak edəcək

Dekabrın 3-dən 6-dək Bakıda keçiriləcək BAKUTEL sərgisində İtaliyanın İKT sahəsində ixtisaslaşmış bir neçə şirkəti də iştirak edəcək.Azərtac xəbər verir ki, Azərbaycan-İtaliya Ticarət Palatası ITAZERCOM və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə dəvət olunan şirkətlər İtaliyanın İKT, Aerospace və Cyber Security Innovation sahələri üzrə yeniliklərini ölkəmizdə tanıdacaqlar.Bu il 25-ci dəfə keçiriləcək sərginin məqsədi həmişə olduğu kimi beynəlxalq əməkdaşlığı genişləndirmək və gücləndirmək, xarici istehsalçılar və yerli alıcılar arasında işgüzar əlaqələri inkişaf etdirmək, qurumlar və iri yerli şirkətlərlə birbaşa münasibətlər yaratmaqla ölkənin bu sahədəki potensialını nümayiş etməkdir.xeber100.com

Oktyabr 27, 2019 10:39

Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar artaraq 62,02 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 56,66 dollar təşkil edib.xeber100.com

Oktyabr 26, 2019 8:43
    Page 96 of 380« First«...102030...9495969798...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az