Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb

Cari ilin 9 ayı ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb. Bunlardan 490-ı təbii qaz, 49-u isə elektrik enerjisi ilə bağlı olub.Nazirlikdən Azərtac-a bildirilib ki, təbii qazla bağlı 125 iş üzrə təqdim olunmuş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.Energetika Nazirliyi tərəfindən Ağsu, Lənkəran, Beyləqan, Quba, Kürdəmir, Gədəbəy, Salyan, Neftçala, Qobustan, Şamaxı, Balakən, Zaqatala, Şəmkir və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 140 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 34 iş üzrə, qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə isə 2 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 189 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.Doqquz ayda Bakı, Sumqayıt, Ağcabədi, Qobustan, Şəki, Cəlilabad, Şamaxı, Qəbələ, Mingəçevir, Şabran, Lənkəran, Ağdaş və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 17 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 24 iş üzrə, elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə 2 iş üzrə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə isə 6 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.Hesabat dövründə bütün qərarların nazirlik tərəfindən “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin olunub.xeber100.com

Oktyabr 16, 2019 2:06

Azərbaycan-Əfqanıstan investisiya forumunun keçirilməsi planlaşdırılır

Qarşıdakı aylarda Azərbaycan-Əfqanıstan investisiya forumunun keçirilməsi nəzərdə tutulur.Azərtac xəbər verir ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən Əfqanıstan məhsulları sərgisi çərçivəsində jurnalistlərə müsahibəsində Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhməd deyib.O qeyd edib ki, bu sərgi Əfqanıstan-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcək: “Azərbaycan tərəfinə sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlığımızı bildiririk. Biz artıq təkcə ticarət sahəsində deyil, nəqliyyat-tranzit sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindəyik. Azərbaycan artıq nəqliyyat-tranzit mərkəzə çevrilib, biz bundan istifadə etmək istəyirik. Bu gün investisiya imkanları ilə bağlı növbəti aylarda forumun keçirilməsi ilə bağlı müzakirələr apardıq. Gördüyünüz kimi, burada Əfqanıstan iqtisadiyyatının müxtəlif sahələrini, o cümlədən kənd təsərrüfatı məhsulları, dağ-mədən sənayesi, təbii ehtiyatlar, səhiyyə və digər sahələri təmsil edən 50-dək iş adamından ibarət nümayəndə heyəti var. Azərbaycan və Əfqanıstan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz güclü tarixi və siyasi mədəni köklərlə bir-birinə bağlıdır. Qarşıdakı aylarda keçiriləcək tədbirlərin bu sahədəki əməkdaşlığımızı daha da möhkəmləndirəcəyinə inanırıq”.xeber100.com

Oktyabr 11, 2019 1:49