Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK-Azərbaycan”) təşkilatçılığı ilə sentyabrın 27-də Bakıda sənayenin inkişafı və infrastrukturun modernləşdirilməsi üzrə Azərbaycan-Almaniya biznes forumu keçiriləcək.“AHK-Azərbaycan”dan Azərtac-a bildirilib ki, forumun açılışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın ölkəmizdəki səfiri Volfgang Manig və Alman-Azərbaycan Xarici Ticarət Palatasının vitse-prezidenti Fərid İsayev çıxış edəcəklər. Biznes forumda Azərbaycanda maliyyə və biznes mühiti barədə impuls bölümündən əlavə, iqtisadi islahatların aparıcı qüvvəsi kimi nəqliyyat və infrastruktur, eləcə də kənd təsərrüfatı və qida sənayesi müzakirə olunacaq.Məqsəd alman şirkətləri və onların azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək, işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etməkdir. Forumun əsas mövzusunu maliyyə və biznes mühiti ilə yanaşı, nəqliyyat və infrastruktur sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir.Tədbirdə Azərbaycanın bir sıra nazir müavinləri, Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin nümayəndəsi, eləcə də ölkəmizdə fəaliyyət göstərən aparıcı alman şirkətlərinin baş icraçı direktorları da daxil olmaqla, Azərbaycan və Almaniya hökumətinin, biznes şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.xeber100.com

Sentyabr 16, 2019 11:05

Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək

Sentyabrın 18-də Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azərtac-a bildiriblər ki, forumun keçirilməsində məqsəd Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinin müzakirəsi, hər iki ölkənin bu sahədə fəaliyyət göstərən biznes qurumları arasında əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılmasıdır.Forumda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumları və biznes strukturlarının nümayəndələri, sahibkarlar iştirak edəcəklər.Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq forum Bakı Biznes Mərkəzində keçiriləcək.Əvvəlcə hər iki ölkənin kənd təsərrüfatının müvafiq sahələrində ixtisaslaşmış biznes strukturları tərəfindən təqdimatlar ediləcək, hər iki ölkə istehsalçılarının məhsullarından ibarət sərgi təşkil olunacaq, ikitərəfli (B2B) görüşlər keçiriləcək. Forum zamanı, hər iki ölkənin kənd təsərrüfatı məhsullarından ibarət sərgisi də təşkil olunacaq.Forumun ikinci hissəsində isə, Tacikistandan gəlmiş qonaqların Quba və Xaçmaz rayonlarına səfəri nəzərdə tutulur. Qonaqlar əvvəlcə Bakı Yağ Emalı Fabriki, daha sonra Xaçmaz Konserv Zavodu və Quba “ABAD Factory” İstehsalat Kompleksini ziyarət edəcək, müəssisələrin iş prosesi ilə yaxından tanış olacaqlar.xeber100.com

Sentyabr 14, 2019 8:23