28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Bu gün radio və televiziya işçilərinin peşə bayramı günüdür

Noyabrın 6-sı Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.xeber100.com

Noyabr 6, 2017 1:01

“Аrtisterium 2017” illik beynəlxalq incəsənət sərgisi açılıb

Tbilisidə "Аrtisterium 2017" illik beynəlxalq müasir incəsənət sərgisi açılıb.Azərtac Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinə istinadla xəbər verir ki, "Аrtisterium 2017"nin proqramına uyğun olaraq, noyabrın 7-də "Üz-üzə" beynəlxalq sərgisində Azərbaycan rəssamlarının əsərləri nümayiş olunacaq.Sərgidə Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Böyük Britaniya, Koreya Respublikası, Almaniya, İsveçrə, Finlandiya, Gürcüstan, Ukrayna, Yunanıstan, Yaponiya və Türkiyədən rəssamlar iştirak edir. Bu il "Artisterium" adəti üzrə gürcü və xarici rəssamların sərgisini, eyni zamanda, müxtəlif təhsil və mədəni proqramlar təqdim edəcək.Sərgi noyabrın 14-dək davam edəcək.Qeyd edək ki, "Artisterium" Cənubi Qafqazda müasir incəsənətə həsr olunmuş ən genişmiqyaslı sərgidir. Artıq onuncu dəfədir keçirilən sərgi yubileylə əlaqədar "N 10" adlandırılıb.xeber100.com

Noyabr 6, 2017 12:56

Rəssamlar İttifaqında sərgi açılacaq

Noyabrın 7-də Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “23-ün rəssamları” adlı sərgi açılacaq. Sərgi Rəssamlar İttifaqı və 23 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.Bu barədə Azərtac-a Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov məlumat verib. Onun sözlərinə görə, sərgidə məktəbin 20-dək şagirdinin 80-dən çox rəsm əsəri nümayiş olunacaq. Həmçinin sərgidə batika, peyzaj, portret və digər janrlarda əsərlər yer alacaq. Bir həftə davam edəcək sərgi məktəblə ittifaq arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunacaq.xeber100.com

Noyabr 3, 2017 12:21

YUNESKO-nun 39-cu sessiyası çərçivəsində

Parisdə YUNESKO-nun baş qərargahında təşkilatın Baş Konfransının 39-cu sessiyası çərçivəsində “Sotheby’s” və YUNESKO-nun birgə hazırladığı “İncəsənət aləmi” (“Un univers d’art”) adlı sənət əsərləri kataloqu təqdim olunub.Kataloqda Azərbaycanın YUNESKO-ya hədiyyə etdiyi və qurumun binasının daxili həyətində nümayiş olunan daş at və daş qoç abidələrinin fotoları, ölkəmizdə daş sənətinin tarixi haqqında məlumat yer alıb.Qeyd edək ki, ölkəmizin bu mötəbər quruma üzv olmasının 20 illik yubileyi münasibətilə 2013-cü il iyulun 18-də YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və baş direktor İrina Bokovanın iştirakı ilə Azərbaycan hökuməti tərəfindən təşkilata hədiyyə edilmiş daş at və daş qoç abidələrinin açılış mərasimi keçirilib.Sənət əsərlərinin kataloqu qurumun Baş Konfransının 39-cu sessiyasının bütün iştirakçılarına paylanıb.xeber100.com

Noyabr 1, 2017 12:36

“Azərbaycanfilm” kinostudiyasının məlumatı

“Həddən artıq uyğunluq” filmi 6-cı Dehli Beynəlxalq Film Festivalına dəvət alıb. “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a verilən məlumata görə, filmin ssenari müəllifləri R.Fətəliyev, A.Mərdan, quruluşçu rejissoru Ü.Könül, quruluşçu operatoru N.Mehdiyevdir. Rolları Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalayev və başqaları canlandırıblar.Qeyd edək ki, sevgi mövzusunda olan filmdə saf hisslərin təlqin etdiyi məsələlərdən danışılır.xeber100.com

Noyabr 1, 2017 12:33

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Noyabrın 4-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor sənəti üzrə ustad dərsləri təşkil olunacaq.Azərtac xəbər verir ki, növbəti ustad dərsləri rejissor Ruslan Məlikovun iştirakı ilə baş tutacaq.Qeyd edək ki, Ruslan Məlikov 1998-ci ildə Moskva Dövlət Mədəniyyət Universitetini “Teatr rejissorluğu” ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra tələbə kursu Moskva Dövlət Universitetinin mədəniyyət mərkəzinin bazasında “DSV tələbə teatrı”na çevrilir. Burada o, 1998-2002-ci illərdə bir çox tamaşalara quruluş verir. O, “STS” telekanalı yaradıcı qrupun üzvü (pilot buraxılışları), “Kvartirka” teleserialı - “TNT” telekanalının yaradıcı prodüseridir.xeber100.com

Oktyabr 31, 2017 3:10

Milli Konservatoriyada musiqi konserti keçiriləcək

Noyabrın 2-də Milli Konservatoriyada ənənəvi yapon musiqi konserti keçiriləcək.Azərtac xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşacaq konsertdə Şamisen (simli musiqi aləti), yapon bambuk fleytası (şinobue və şakuhaçi) və zərb alətlərində ifalar səslənəcək, gündoğan ölkənin professional ifaçıları çıxış edəcəklər.Eyni zamanda, konsertdə yapon musiqisi ilə Azərbaycan musiqisinin sintez ifası da gözlənilir.Qeyd edək ki, konsertə giriş sərbəstdir.xeber100.com  

Oktyabr 31, 2017 3:07

VIII Avropa Film Festivalı çərçivəsində…

Bakıda keçirilən VIII Avropa Film Festivalı çərçivəsində ilk film noyabrın 2-də “Park Bulvar Cinema”da təqdim ediləcək.Azərtac xəbər verir ki, “Meymun” adlı dram janrında olan ekran əsəri Bolqarıstan kinematoqrafiyasına məxsusdur.Bolqarıstanlı rejissor Dimitar Kotzevin ekranlaşdırdığı film ingilis dilində subtitrlərlə təqdim ediləcək.Qeyd edək ki, noyabrın 2-dən 12-dək davam edəcək festivalda ölkəmiz “Nar bağı” filmi ilə təmsil olunacaq.xeber100.com

Oktyabr 31, 2017 3:04

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

“YARAT” Müasir İncəsənət Mərkəzində “ARTE” fransız-alman kanalının onlayn strategiya üzrə rəhbəri Dominik Vilyamın mühazirəsi dinlənilib.Azərtac xəbər verir ki, tədbir “ADAMI” Media Mükafatı tərəfindən təşkil edilən “Videobloq: Öz ifadəni tap, yaz və dərc et!” adlı seminar çərçivəsində təşkil edilib. İki gün davam edən mühazirələrdə qeyd edilən mövzularda diskussiyalar aparılıb, seminarlar qarışlıqlı müzakirələrlə davam edib.Dominik Vilyam uzun illər media şirkətləri üçün məsləhətçi, həmçinin müxtəlif onlayn pop mədəniyyət layihələrinin redaktoru kimi fəaliyyət göstərib. O, yeni yaradılmış “Fresh Media” kreativ agentliyinin təsis edilməsində yaxından iştirak edib. Hazırda o¸ fransız-alman “ARTE” kanalında (Paris) onlayn kontent və yeni platformalar üçün baş redaktor vəzifəsində çalışır.xeber100.com

Oktyabr 30, 2017 12:43

“Eurovision – 2018” mahnı müsabiqəsində…

Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək "Eurovision - 2018" mahnı müsabiqəsində iştirak edən ölkələr məlum olub.Azərtac xəbər verir ki, beynəlxalq müsabiqədə Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Ermənistan, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya iştirakını təsdiq edib.Bundan başqa, İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa bu il qalib olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək.Qeyd edək ki, bu il mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.xeber100.com

Oktyabr 30, 2017 12:40
    Page 102 of 219« First«...102030...100101102103104...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az