Nəcibə Məlikovanın anadan olmasından 96 il ötür…

Bu gün Azərbaycanın Xalq Artisti Nəcibə Məlikovanın anadan olmasından 96 il ötür.Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan aktrisa yaratdığı bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı sevgisi qazanıb.Azərtac xəbər verir ki, ilk əvvəl kino aktrisası kimi şöhrət qazanmış sənətkarın yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlıdır. Kino tariximizdə bir-birindən bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq Artisti Fatma Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib.Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.Kino və teatr sahəsində xidmətlərini görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar Artisti, 1974-cü ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb.Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.xeber100.com

Oktyabr 25, 2017 12:49

YUNESKO-nun ictimaiyyətə müraciəti əsasında…

Oktyabrın 27-də Dünya Audiovizual İrs Günüdür. YUNESKO-nun baş direktoru İrina Bokova bu əlamətdar gün münasibətilə ictimaiyyətə müraciət edib.Azərtac xəbər verir ki, müraciətdə audiovizual irsin qorumasının əhəmiyyətindən danışılır. Bildirilir ki, audiovizual irs görüntünün və səsin sayəsində keçmişlə tanış olub, gələcəyə baxmağa imkan yaradır. Bu irs xatirə və şahidliyi, bilik və ideyaları əyani və hərəkətli formada əhatə edərək müxtəlif nəsillər və cəmiyyətlər arasında, habelə onların öz daxilində qarşılıqlı əlaqənin və dialoqun möhkəmlənməsinə kömək edir. Audiovizual irs həm də cəmiyyətin ümumi tarixinin bir hissəsidir. Buna görə də onu özünəməxsusluğun, innovasiya və yaradıcılığın mənbəyi kimi qorumaq və gələcək nəslə ötürmək lazımdır. Filmlərin, səsli materialların, radio və televiziya proqramların saxlandığı arxivlər çoxsaylı təhlükələrə, o cümlədən səliqəsiz saxlanmaq, texnologiyanın köhnəlməsi və digər təsirlərə məruz qalır. Bu səbəbdən də YUNESKO audiovizual irsi ümumi gücün mənbəyi kimi qorumaq məqsədilə dünya ölkələrinin hökumətləri ilə əməkdaşlıq edir.Müraciətin tam mətnini YUNESKO-nun saytından oxumaq olar.Dünya Audiovizual İrs Günü 2005-ci ildə YUNESKO tərəfindən cəmiyyətdə səsli və audiovizual sənədlərin (filmlər, səs və videoyazıları, radio və televiziya proqramları) qorunmasının əhəmiyyəti barədə məlumatlılığı artırmaq məqsədilə təsis edilib.xeber100.com

Oktyabr 21, 2017 9:20