“Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq

Mayın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun iki hissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Azərtac-a  bildirilib ki, səhnə əsəri Əməkdar İncəsənət Xadimi Bəhrəm Osmanovun quruluşunda təqdim ediləcək. Tamaşanın quruluşçu rəssamı, Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq Artisti Siyavuş Kərimidir. Əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov ifa edəcəklər. Səhnə əsəri Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki dostun görüşündən bəhs edir. Həmçinin, tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurduğu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları dolğun təsvir edə bilib. “Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.xeber100.com

May 12, 2016 1:00

“Naxışlarda yaşayan Şuşa”…

Bu gün Xalça Muzeyində Şuşa şəhərinin işğalının 24-cü ildönümünə həsr olunmuş “Naxışlarda yaşayan Şuşa” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Xalça Muzeyinin Şuşa filialının hazırladığı “Naxışlarda yaşayan Şuşa” adlı tədbirin keçirilməsində məqsəd tarixi diyarımız olan Qarabağın işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini ictimaiyyətə çatdırmaqdır. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sukütla yad edilməsilə başlayıb. Daha sonra Xalça Muzeyinin direktoru Şirin Məlikova 1985-ci ildə Şuşada yaradılan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının işğal zamanı xilas edilmiş eksponatlardan ibarət hazırlanmış kataloqu təqdim edib. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının eksponatlarını işğal ərəfəsində Şuşadan necə və hansı şəraitdə çıxarılaraq xilas edilməsi barədə əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, Mədəniyyət və Turizm Nazirliyi Şuşa şəhər Mədəniyyət və Turizm idarəsinin müdiri Zahid Abbasov və Şuşa filialının keçmiş müdiri Hicran Əliyeva öz təəsüratlarını bölüşüblər. Tədbirin bədii hissəsində ı Mədəniyyət və Turizm Nazirliyi Şuşa Musiqili Dram teatrının aktyorları Şükufə Musayeva (Xan qızı Natəvan), Nazir Rüstəmov (Fətəli şah), Mətanət Eres (Ağabəyim ağa) və Rasəf Mehdiyevin (Molla Pənah Vaqif) iştirakı ilə, rejissor Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” adlı tamaşasından bir səhnə təqdim edilib. Yaşar Muradovun ifasında “Şuşa” mahnısı, Bəxşeyiş Mehdiyevin ifasında “Qarabağ şikəstəsi”, Teymur Məmmədovun ifasında isə Şuşaya həsr olunmuş şeir səslənib. Bülbül adına Orta İxtisas Musiqi məktəbinin məzunu Ağaniftulla Məmmədli “Şəhid arzuları” adlı mahnı ifa edib. Şuşa Rəsm Qalereyasının direktoru, rəssam Rövşən Bayramovun “Şuşa xatirələri” adlı rəsm sərgisi də tədbir iştirakçılarına təqdim edilib. Sonda muzey bələdçiləri tədbir iştirakçılarını hazırda fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirən Şuşa filialının 3-cü mərtəbədə sərgilənən eksponatları ilə yaxından tanış edib.xeber100.com

May 8, 2016 9:11

“ÇÖLÇÜ” filmi Beynəlxalq Kinofestivalda nümayiş olunacaq

Şamil Əliyevin “ÇÖLÇÜ” filmi Rumıniyanın Buxarest şəhərində keçiriləcək Beynəlxalq Kinofestivalda nümayiş olunacaq. Festival 20-25 may 2016-cı il tarixləri arasında keçiriləcək. “PAMANTENİ” Birliyi və Black Sea Arts təşkilatçılığı ilə keçiriləcək Kinofestivala 9 ölkənin  filmləri nümayiş olunmaq üçün seçilmişdir.  Əsas məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərinin təbliği, mübadiləsi, kinomatoqrafın inkişafına yeni, müsbət meyarların gətirilməsidir. Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək sayına görə 29 Beynəlxalq kinofestivalı və forumlarda iştirak etmiş bir neçə mükafat və Diplomlara layiq görülmüşdür. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. “Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur... “ÇÖLÇÜ”nün mükafatları: V DIDOR International Film Festival (Tajikistan – Dushanbe, 2012) SPECIAL JURY DIPLOMA – “FOR FAIRYTALE REALITY” JÜRİNİN XÜSUSU MÜKAFATI – “NAĞILVARİ HEKAYƏTƏ GÖRƏ” HUMAY – XXIII, NATIONAL AWARD (BEST FILM), May 2013 (HUMAY MILLI MÜKAFATI) XIV INTERNATIONAL TELEKINOFORUMA "TOGETHER", (YALTA – UKRAINE, 5-11 September,2013), The movie "Steppe man", "Azerbaijanfilm", Baku, Azerbaijan, - "For creative research." (YARADICILIQ AXTARIŞINA GÖRƏ) XV Rainbow Film Festival, from Sunday 25 May to 1 June 2014, London, UK “BEST FEATURE FILM” (“ƏN YAXŞI BƏDİİ FİLM”) «INTERNATIONAL MOVIE AWARDS - 2014», 24th September, Jakarta, Indonesia PLATINUM AWARDS Steppe Man (Azerbaijan Republic), directed by Shamil Aliyev Director ÇÖLÇÜ  (Azərbaycan Respublikası),  Şamil Əliyev –  ƏN YAXŞI REJİSSOR III Uluslararası Van Gölü Film Festivalı, 23-29 sentyabr, 2014. Van, Türkiyə İNCİ KEFALI ÖDÜLÜ / PEARL MULLET AWARD EN İYİ CİNEMA FİLMİ (ƏN YAXŞI BƏDİİ FİLM –BAŞ MÜKAFAT) –ÇÖLÇÜ / BEST FEATURE FILM – STEPPE MAN EN İYİ YÖNETMEN (ƏN YAXŞI REJİSSOR)– ŞAMİL ƏLİYEV (ÇÖLÇÜ)/ BEST DIRECTOR –SHAMIL ALIYEV (STEPPE MAN) EN İYİ SSENARYO (ƏN YAXŞI SSENARİ) – VİDADİ HASANOV (ÇÖLÇÜ)/ BEST SCREENWRITER – VIDADI HASANOV (STEPPE MAN) EN İYİ KADIN OYUNÇU (ƏN YAXŞI QADIN AKTİSA)– SALOME DEMURİA (ÇÖLÇÜ) / BEST ACTRESS (STEPPE MAN) II NOIDA INTERNATIONAL FILM FESTIVAL-2015 Best Director- Jury , «Steppe man», Director: Shamil Aliyev “Ən yaxşı rejissor”, “Cölçü”, rejissor Şamil Əliyev WORLD FILM AWARDS -2015 (INDONESIA, JAKARTA) “GOLDEN WORLD AWARDS 2015”, Steppe man, directed by Shamil Aliyev - International film 86-cı Amerika Kino Akademyası(2014) Amerika Oscar mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. “Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc Çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur... FESTİVALAR: XXI “KINOSHOK” Film Festival (Russia – Anapa, September 14-22, 2012) VIII EURASIA International Film Festival (Kazakhstan – Almaty, 2012) V DIDOR International Film Festival (Tajikistan – Dushanbe, 2012) SPECIAL JURY DIPLOMA – “FOR FAIRYTALE REALITY” JÜRİNİN XÜSUSU MÜKAFATI – “NAĞILVARİ HEKAYƏTƏ GÖRƏ” XVI BLACK NIGHTS International Film Festival (Estonia – Tallinn, 2012) 35th Cairo International Film Festival (Egypt- Cairo, 2012) 13th  Tbilisi International Film Festival (Georgia – Tbilisi, 2012) XXIV Ankara International film Festival (Turkey –Ankara, March 14-24, 2013) XXII International Film Festival “Golden Knight (Russia – Khabarovsk . May 21-31, 2013,)  HUMAY – XXIII, NATIONAL AWARD (BEST FILM), May 2013 (HUMAY MILLI MÜKAFATI) IX Kazan International Festival of Muslim Cinema, (Russia – Tatarstan, September 5-11, 2013) XIV INTERNATIONAL TELEKINOFORUMA "TOGETHER", (YALTA – UKRAINE, 5-11 September,2013), The movie "Steppe man", "Azerbaijanfilm", Baku, Azerbaijan, - "For creative research." (YARADICILIQ AXTARIŞINA GÖRƏ) 62th International Film Festival Mannheim-Heidelberg (Germany, 31 October – 10 November, 2013) IV  Malatya International Film Festival (Turkey, Malatya, 15-21 November, 2013) 13th Dhaka International Film Festival (Dhaka, Bangladesh, January 10 – 18 , 2014) 19.42th International film festival FEST (Belgrade, 28th February till 9th of March LIST of BEST FOREIGN LANGUAGE FILM 86th OSCAR AWARDS -2013/14 V CINEMA MUNDI INTERNATIONAL FILM FESTIVAL , 20.02 -02.03 2014, BRNO, CZECH REPUBLIC 15th Rainbow Film Festival, from Sunday 25 May to 1 June 2014, London, UK “BEST FEATURE FILM” (“ƏN YAXŞI BƏDİİ FİLM”)-Baş Mükafat 3rd Madrid International Film festival 2014 (11 -19 July, 2014, Madrid – Spain) SALENTO INTERNATIONAL FILM FESTIVAL, (21-28 June, 2014, Tricase, Italy) «FRIENDS’MOVIE » INTERNATIONAL FILM FORUM (September 21- -25) Moscow, Russia «INDIAN CINE FILM FESTIVAL- 2014. 27 September, Lonavala, Mumbai-Pune (INDIA) «INTERNATIONAL MOVIE AWARDS - 2014», 24thSeptember, Jakarta, Indonesia PLATINUM AWARDS / PLATİNUM MÜKAFARI Steppe Man (Azerbaijan Republic), directed by Shamil Aliyev Best Director / Ən yaxşı rejissor Uluslararası Van Gölü Film Festivalı, 23-29 sentyabr, 2014. Van, Türkiyə İNCİ KEFALI ÖDÜLÜ / PEARL MULLET AWARD EN İYİ CİNEMA FİLMİ (ƏN YAXŞI BƏDİİ FİLM –BAŞ MÜKAFAT) –ÇÖLÇÜ / BEST FEATURE FILM – STEPPE MAN EN İYİ YÖNETMEN (ƏN YAXŞI REJİSSOR)– ŞAMİL ƏLİYEV (ÇÖLÇÜ)/ BEST DIRECTOR –SHAMIL ALIYEV (STEPPE MAN) EN İYİ SSENARYO (ƏN YAXŞI SSENARİ) – VİDADİ HASANOV (ÇÖLÇÜ)/ BEST SCREENWRITER – VIDADI HASANOV (STEPPE MAN) EN İYİ KADIN OYUNÇU (ƏN YAXŞI QADIN AKTİSA)– SALOME DEMURİA (ÇÖLÇÜ) / BEST ACTRESS (STEPPE MAN) “AKBUZAT” Beynəlxalq Milli və Etnik Kinofestivalı, Rusiya – Başkortostan – Ufa, 27-29 noyabr 2014 II NOIDA INTERNATIONAL FILM FESTIVAL -2015,(INDIA – DELHI. 14FEBRUARY 2015) BEST DIRECTOR – JURY, SHAMIL ALIYEV IX BYRON BAY INTERNATIONAL FILM FESTIVAL, (AUSTRALIA - BYRON BAY, 6-9 MARCH, 2015) WORLD FILM AWARDS -2015 (INDONESIA, JAKARTA. 4-19 June, 2015) “GOLDEN WORLD AWARDS 2015”, Steppe man, directed by Shamil Aliyev - International film  

May 8, 2016 8:12

“Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərləri” mövzusunda müzakirələr aparılıb…

Mayın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərləri” adlı elmi konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin milli musiqimizin inkişafındakı xidmətlərindən söz açıb.Bildirilib ki, musiqi xəzinəmizdə xüsusi yeri tutan milli və vətənpərvərlik ruhunda bəstələnmiş əsərlər hər zaman Ulu Öndərin diqqət mərkəzində olub. Mədəniyyətimizin inkişafına xüsusi diqqət ayıran Heydər Əliyev musiqi sənətimizin inkişafı istiqamətində mühüm işlər həyata keçirib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hər sahədə olduğu kimi, ölkənin mədəni həyatında da böyük işlər görülüb. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda musiqi, teatr, kino sənəti inkişaf edib. Heydər Əliyev milli mənəvi dəyərlərin qorunması və təbliği üçün misilsiz xidmətlər göstərib. Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək Ulu Öndərin milli mədəniyyətimizin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən, bu sahədə çalışan insanlara qayğısından danışıb. S.Fərəcov Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyətinin keçdiyi tarixi inkişaf yolundan söz açaraq onun hər zaman yüksək əzmkarlıq və fədakarlıqla milli musiqimizin inkişafı və tərəqqisi naminə gərgin əməyini xüsusi qeyd edib. Daha sonra vətənpərvərlik mövzusunda yazılmış əsərlər və gənc bəstəkarlarımızın müvafiq sahədə gördüyü işlər müzakirə olunub. Bildirilib ki, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində addımlar atılmalıdır. Vaxtilə görkəmli bəstəkarlarımızın müraciət elədiyi müvafiq janrları yeniləmək lazımdır. Xüsusən gənc və orta yaşlı bəstəkarlar bu sahədə nəzərəçarpacaq işlər görməlidir. Konfrans çərçivəsində “Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərləri” mövzusunda müzakirələr aparılıb, müxtəlif məruzələr dinlənilib.xeber100.com

May 6, 2016 4:53

Budapeştin Ferens List Kamera Orkestri Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib

Dünən Heydər Əliyev Mərkəzində Budapeştin Ferens List Kamera Orkestri möhtəşəm konsert proqramı ilə çıxış edib. Heydər Əliyev Mərkəzindən apa-ya verilən məlumata görə, konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri Volfqanq Amadey Motsart, Pablo Sarasate, Kamil Sen-Sans, Bencamin Britten, Pyotr Çaykovski, Yohannes Brams və Ferens Listin əsərləri təqdim olunub. Konsertdə virtuoz skripkaçı Yojef Lendvay solist olaraq çıxış edib. Bir saatdan artıq davam edən konsertdə tamaşaçılar məşhur orkestrin ifasında dünya klassik musiqisinin incilərini dinləyib, zövqlü anlar yaşayıblar.Ferens List Kamera Orkestrinin azərbaycanlı pərəstişkarları üçün sürprizi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arazbarı" əsərini ifa etməsi olub. Musiqi kollektivi Azərbaycan klassikasını tamaşaçılara özünəməxsus üslubda təqdim edib. Klassik musiqi gecəsində orkestrin hər bir ifası tamaşaçı alqışı ilə qarşılanıb. Solist, skripkaçı Yojef Lendvay orkestrin ənənəsinin olduğunu deyib. “Hər hansı səfər zamanı konsert proqramı ilə çıxış edəndə, orkestr çalışır ki, həmin ölkənin məşhur bir əsərini ifa etsin. Üzeyir Hacıbəylinin "Arazbarı" əsərini ifa etmək bizim üçün böyük şərəfdir. Mən bizim orkestrin ifasında həmin əsəri eşidəndə, sizin musiqi irsinizin, qədim xalqınızın və mədəniyyətinizin möhtəşəmliyini hiss etdim". Xatırladaq ki, Ferens List Kamera Orkestri 2011-ci ildə Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalında çıxış edib. Kollektiv Azərbaycan musiqisi, o cümlədən dahi Üzeyir Hacıbəylinin yaradıcılığı ilə məhz həmin səfər zamanı yaxından tanış olub. Qeyd edək ki, Ferens List Kamera Orkestrini 1963-cü ildə görkəmli bəstəkar və pianoçunun adını daşıyan Budapeşt Musiqi Akademiyasının məzunları yaradıb. Musiqi kollektivinin belə adlandırılması təsadüfi deyil, çünki Ferens List adı hər kəsdə Macarıstan və onun musiqi ənənələrinə bağlılıq assosiasiyası yaradır. Hazırda bütün dünyada məşhur olan Ferens List Kamera Orkestri öz vətənində çoxsaylı mükafatlara, həmçinin Parisdə "Grand Prix du Disque" mükafatına layiq görülüb, indiyədək 200-dən çox disk yazdırıb. Kollektiv 50-dən çox ölkədə çıxış edib. Yojef Lendvay isə müasir dövrün görkəmli skripka ustalarından biridir. 1974-cü ildə Budapeştdə anadan olub, Ferens List adına Budapeşt Musiqi Akademiyasında təhsil alıb. O, bir çox mükafat və təqaüdlərlə, o cümlədən Macarıstanın "Qızıl Xaç" medalı ilə təltif olunub.xeber100.com  

May 4, 2016 11:46