“Sarılar – Qarabağ atının izi ilə” adlı yeni sənədli filmin təqdimatı olub

Ötən gün Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə BP Azərbaycan, "Azərbaycanfilm" kinostudiyası və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyasının birgə ekranlaşdırdığı "Sarılar - Qarabağ atının izi ilə" adlı yeni sənədli filmin təqdimatı olub.Trend-in məlumatına görə, çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan "Sarılar - Qarabağ atının izi ilə" sənədli filminin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir. Rejissor Villi Neumann bildirib ki, 2012-ci ildə Azərbaycanı və bölgələrini gəzərkən burada milli çövkən atüstü oyununu izlədikdən sonra bu mövzuda film çəkməyə qərar verib: "Burada gördüklərim məndə böyük maraq doğurdu. Bu atüstü oyun, onun yaratdığı xoş duyğular məni belə bir ekran əsərinin çəkilməsinə sövq etdi. Ölkəmə qayıtdıqdan sonra bu oyunla, eləcə də Qarabağ atları ilə ciddi maraqlanmağa başladım. Nəticədə belə bir film ərsəyə gəldi". V.Neumann deyib ki, yaxın gələcəkdə filmin alman dilində yüksək səviyyədə səsləndirilməsi təmin ediləcək və ekran əsərinin Almaniyada təqdimatı keçiriləcək.Film təqdimatından öncə Qarabağ uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün yaradıcı heyətə minnətdarlığını bildirərək vurğulayıb ki, bu olduqca mühüm layihədir. Nazir yaxın gələcəkdə bu istiqamətdə layihələrin davamlı olacağına inamını ifadə edib. Sonra film təqdim olunub. Azərbaycan dilində səsləndirilən bu film ingilis dilində subtitrlərlə təqdim olunub. Filmdə vurğulanır ki, Qarabağ atları dünyada sonuncu təmiz qanlı at cinslərində biridir. Azərbaycandakı "qızıl at" haqqında hekayələrdən ruhlanan tələbə Pauli Qarabağ atını görmək üçün Avropadan uzun və maraqlı bir səyahətə yola düşür. O, yolda macəra axtaranlar, rəssamlar, alimlər və atçı mütəxəssislərlə tanış olur.xeber100.com

Aprel 18, 2016 11:33

“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi açılıb

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi açılıb. Apa-nın məlumatına görə, sərginin açılış mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə, Ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş sərgi ilk dəfə keçirilir: “Sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında tərtib olunub. Konsepsiya üzərində iş zamanı həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya və Avropa müəlliflərinin elmi əsərləri öyrənilib”. A. Əlizadə isə Şah İsmayıl Xətainin Azərbaycan tarixindəki yerindən danışıb, sərginin əhəmiyyətini Azərbaycan tarixi üçün böyük uğur kimi dəyərləndirib. Tədbirin bədii hissəsi Rauf Zeynalovun rəhbərlik etdiyi “Peşəkarlar” qrupunun nağaralarda ifa etdikləri ritmik Azərbaycan rəqs havaları ilə başlayıb.  “Qədim musiqi alətləri ansamblı”nın ifasında XIV əsr bəstəkarı Əbdülqədir Marağayinin müəllifi olduğu “Hüseyn bəstə”, “Naxış bəstə” musiqiləri, həmçinin “Qədim türk” musiqisi səslənib.  Muzeyin apardığı elmi toplama işi sayəsində Səfəvilər dövlətinin ilk dövrlərinə aid unikal eksponatlar toplanıb. Muzeyin bərpa laboratoriyasında aparılan uzunmüddətli iş sayəsində XVI-XVII əsrlərdən dövrümüzə qədər gəlib çatmış eksponatlar təmizlənib, konservasiya olunub, zədələnmiş eksponatlar bərpa edilib. Sərgidə 130-a yaxın eksponat tamaşaçıların diqqətinə təqdim olunub. Onların əksəriyyəti ilk dəfədir nümayiş olunur.xeber100.com      

Aprel 17, 2016 5:41

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası-110

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özündə müxtəlif sahə və peşələr üzrə 27 həmkarlar təşkilatını birləşdirir ki, onlardan biri də Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqıdır. Azərtac xəbər verir ki, aprelin 15-də Beynəlxalq Muğam Mərkəzində təşkilatın yaranmasının 110 illiyi təntənəli şəkildə qeyd olunub. Əvvəlcə dövlət himni səsləndirilib və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. Bütün iştirakçıları 15 aprel - Beynəlxalq Mədəniyyət Günü və rəhbərlik etdiyi təşkilatın yaranmasının 110 illiyi münasibətilə təbrik edən Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova görülmüş işlərdən, qarşıda duran vəzifələrdən və gələcək planlardan danışıb.  Beynəlxalq Mədəniyyət Gününün əhəmiyyətindən danışan komitə sədri bu günün ölkəmizdə bir neçə ildir geniş qeyd edildiyini bildirib. Tarixini 1935-ci ildən başlayan bu gün BMT tərəfindən dünya şöhrətli rəssam Nikolay Rerixin təşəbbüsü ilə təsis olunub və mədəniyyətin qorunmasına, hərtərəfli inkişafına və geniş təbliğinə həsr olunur. Beynəlxalq Mədəniyyət günü eyni zamansa "Rerix paktı" kimi də dünyada qəbul edilib. Natiq bildirib ki, 2016-cı il Azərbaycanda “Multikulturazlizm ili” kimi qeyd olunur. Multikulturalizm müasir Azərbaycan dövlət siyasətinin ən vacib istiqamətlərdən biri kimi Prezident İlham Əliyev tərəfindən vurğulanıb. Bu siyasətin əsaslarını qoyan ümummilli liderimiz Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının ən vacib alətlərindən biri kimi qiymətləndirib. Multikulturalizm Azərbaycan vətəndaş cəmiyyətində həyat tərzi kimi qəbul olunan bir varlıqdır. Bildirib ki, XX əsrin əvvəllərində həmkarlar ittifaqlarının yaranıb təşkilatlanması həmin dövrdə sənayenin güclü inkişafı, iqtisadi potensialın durmadan artması və bunun müqabilində güclü fəhlə ordusunun yaranması ilə bilavasitə sıx əlaqədardır. Azərbaycanda ilk həmkarlar ittifaqları 1898-1903-cü illərdə neft sənayesi işçiləri, sonradan isə Bakı çapçıları tərəfindən yaranmağa başladı. 1904-cü ilin 13-30 dekabrında Bakı fəhlələrinin ümumi tətili nəticəsində həmkarlar ittifaqının hərəkatı tarixində ilk dəfə olaraq dekabrın 30-da "Elektriçeskaya sila" zavodunda böyük fəhlə kütləsinin əhatəsində imzalanan kollektiv müqavilə sonralar "Mazut Konstitusiya" adı ilə tarixdə məşhurlaşdı. Tarixi sənədlərə əsasən, Bakı çapçılarının həmkarlar ittifaqı 1905-ci ildən mövcuddur. Lakin, bu ittifaqın yaranma vaxtı 1903-cü ilə təsadüf edir. Natiq deyib ki, hazırda təşkilata üzv olan işçilərin sayı 55 minə yaxındır. Təşkilatın ölkənin bütün şəhər və rayonlarında yerli komitələri mövcuddur. Azərbaycanda AHİK-in nüfuzunun yüksək olduğunu, bu təşkilatın qanun çərçivəsində hər bir işçi təbəqəsinin hüquqlarını müdafiə etdiyini vurğulayan komitə sədri Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları ilə də əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. Rəhbərlik etdiyi komitənin bir neçə müvafiq beynəlxalq qurumun üzvü olduğunu söyləyib.xeber100.com

Aprel 15, 2016 2:34

Nəsibə Zeynalovanın xatirəsinə…

Bu il görkəmli gülüş ustası Nəsibə Zeynalovanın 100-cü ildönümüdür.  Ancaq nə olur olsun aktrisa haqqında keçmiş zamanda danışma mümkün deyil. Bəlkə də ona görə ki, Azərbaycan səhnəsində onlarla obrazlar yaradaraq teatr və kino tarixinə adını əbədi həkk edən aktrisa bununla da özünə əbədiyyət qazandırdı... Bəlkə də ata Cahangir Zeynalovun yolunun layiqli davamçısı Nəsibə Zeynalova yerini oğlu Cahangir Zeynalova verməklə əbədiyyəti qapısını açmağa nail oldu. Əslində bəlkələr çox olsa da, bir həqiqət var ki, səhnəmisin Nəsibəsi ömrünü səhnə həyatına həsr edrək, müxtəlif səpgili obrazlar yaradaraq mədəniyyət tarixinə adını layiqli şəkildə yazdıraraq çoxsaylı tamaşaçı kütləsinin sevgisini qazana bildi və bu sevgi heç bitmədi. Aktyor üçün bünövrə böyük əhəmiyyət kəsb edir və Nəsibə Zeynaşlovanın aktrisa akimi yetişməsində əlbəttə ki, onun atasından gəlmə güclü sənət sevgisi böyük rol oynayırdı. O,  Azərbaycan realist aktyor məktəbinin layiqli nümayəndələrindən biri kimi formalaşdə, şöhrət qazandı. Çətin  günlərin, çətin həyat tərzinin uşaqları tez böyüyür, hətta uşaqlıq illərini yaşamadan böyüyür deyirlər...Bu heç də təsadüfi deyilən bir kəlimə deyil. Hələ iki yaşı olan atasını itirən Nəsibə bunun nə demək olduğunu anlamasa da atasızlıq dərdini illər uzunu qəlbində yaşadacaqdı, yaşatdı belə...Onui ayaqdaa tutan sadəcəc atasıənın arzusuyla əsl aktyoir kimi yetişmək idi. Bunun üçün sadəcəc oxumaqla kifayətlənmək olmazdı, təcrübə əsas şərtdi. Mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəb illərində rəqqasəlik edərək, milli rəqslərin bütün incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olan aktrisa sonralar mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bəhs etdiyimiz teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bu teatrda bir neçə il aktrisalıq edən Nəsibə Zeynalova 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi fəaliyyətə başlayır. Və məhz həmin ildə Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova hələ tələbəlik illərində Katarina («Şıltaq qızın yumşalması», Vilyam Şekspir), Elvira («Don Juan», Jan Batist Molyer), Yelizaveta («Mariya Stüart», Fridrix Şiller) və s. rollar oynayıb.   Musiqili Komediya Teatrına bağlanan ömür   Əslində əbədiyyət sözünün özündə uzun bir dövrü əhatə edən məqamlar da gizlidir. Aktrisa ömrünün əsas hissəsini doğma Musiqili Komediya Teatrına bağlayıb. Nəsibə Zeynalova  milli operettalarımızın tamaşalarında Sənəm «Ər və arvad», «Arşın mal alan» və «Məşədi İbad», Mələk xanım və Kələk xanım «Əlli yaşında cavan” kimi xarakterik səhnə obrazlarında çıxış edərək özünü hər janrın aktrisası kimi təsdiq edib. Onun zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale («Keto və Kote», Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina («İki ağanın bir nökəri», Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım («Məhəbbət gülü», türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma («Şirin arzular». Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya («Tiflis nəğməsi», Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil Babayev), Gülbadam («Qız anası», («Sevgilimin anası»), Georgi Xudayev və A. Ovanov) rollarının xüsusi yeri var. Aktrisanın yaradıcılığının parlaq dövrü musiqili komediya əsərlərinin tamaşalarındakı komik personajların ifası ilə bağlıdır. Bu baxımdan Nəsibə xanımın yatardığı Xanpəri, Nargilə, Məsmə, Züleyxa,  Tükəz, Tərlan,  Zemfira,  Rəxşəndə, Münəvvər, Kəblə Fatma, Mərcan,  Cəhri xala, Əsmət, Cənnət xala, Gülyanaq,  Fatma xala, Rəxşəndə və b. onlarla obrazlar teatr tarixinin yaddaşına əbədi həkk olundu. Bəhs olunan obarzların hər birində aktrisanın özünəməxsus əlavələri və ya əksinə obrazın bir qədər dəyişdirilərərk daha ahəngdar olmasını saxlamaq üçün ssəmimiyyətdən geniş istifadə etməsi Nəsizə zeynalovaya xas keyfiyyətdir. Aktrisa fəaliyyəti dövründə yomor diliylə olsa da müsbət obrazlarla yanaşı mənfi obrazlar da oynadı, ancaq onun mənfi obrazları da səmimi olaraq qəbul olundu. Tamaşaçı sevgisis aktrisanın peşəkarlıkla təqdim etdiyi obrazlarda özlərinə aid olan məqamlaarı hiss edincənarahat olmadılar, əksinə nəticə çıxartmağa çalışdılar. Əslində elə teatr, kino  aləmi  tərbiyəvi rol oiynayır və tamaşaçı baxdığı hər bir sənət nümunəsindən özü üçün nəticə çıxatmağı bacarmalıdır. Teatr səhnəsi aaktor üçün böyük bir məktəbdir. Xüsusilə Nəsibə Zeynalova kimi ustad aktrisalarla eyni səhnəni paylaşan aktyorlar sanki ikinci bir məktəb görüblər. Əgər Nəsibə Zeynalova ilə səhnəyə gələn aktyor nəsli sənətin sirlərini çətin şərtlərdə fəaliyyət göstərək, sənətin bütün qoları üzərində sənəti yaaşadaraq sirləri öyrənirdisə, onlardan sonra səhnəyə gələn nəsil artık səhnədə gördüyü məktəbdən-ustadlardan öyrənirdi Bu baxımdan Nəsibə Zeynalova məktəbi böyük məktəb idi. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, tele-tamaşalarda çıxış edən aktrisa teatrda çalışdığı illərdə dəfələrlə  qastorl səfərlərində iştirak edib, bölgələrdə olan tamaşaçılarının qarşısısnda çıxış edib. Bunun nəticəsidir ki, aktrisanın səhnə fəaliyyəti  dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. Daima sevərək izlədiyimiz “Hicran» musiqili komediyasındakı aktrisa Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatı adını qazanıb. Hələ  1974-cü ildə Rauf Kazımovsi onun yaradıcılığı barədə «Aktrisanın təbəssümü» televiziya filmi çəkib. Sadaladıqlarım sadəcə bir qisimdir, sonrakı fəlaiyyətində Nəsibə Zeynalova dəfələrlə mükfatlara layiq görüldü. Hər bir aktyor fəaliyyətinin dövlət tərərfindən yüksək qiymətləndirilməsini nə qədər çox istəsə də önəmli olan tamaşaçı sevgisidir. Bunu artıq sənət adamları da təsdiqləyir ki, tamaşaçı aktyoru yüklsək zirvəyə qaldırandır, tamaşaqçı sevgisi olmazsa, qazanılan mükafatlaarın heç bir əhəmiyyəti yoxdur   İmprovizənin mahir ustası   Nəsibə Zeynalovanın sənətkarlıq zirvəsinə yüksəlməsində onun tamaşalarda etdyi improvizələr böyük rol oynayıb. Təsadüfi deyil ki, aktrisa improvizənin mahir ustası kimi tanınırdı. Teatr səhnəsində əsasən tərərfmüqabil kimi qraşılaşdığı Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi sənətkarlarla həftədə beş dəfə tamaşa oynayana Nəsibə Zeynalova üçlük adlandırlıan bu qrupda improvizəsiz qala bilməzdi. Çünki teatr tarixindən də bəllidir ki, adlarını çəkdiyimiz aktryoların hər biri hazırcavab aktyor kimi tanınıblar. Belə bir üçlükdə illərlə səhnəni paylaşan aktrisa əlbəttə ki, improvizə ustası kimi yetişəcəkdi. Ən maraqlısıs odur ki, Nəsibə Zeynalova eyni obrazı dəfələrlə oynasa da hər dəfə fərqli əılavələrlə tamaşaçılarını yaxşı mənada təəccübləndirə bilirdi. Zənnimcə, “Hicran” tamaşasının adını çəkmək kifayətdir. Tamaşa haqqında dəfəflərlə verilən məlumatlardan, hətta taamaşada iştirak edən aktyorların xatirələrindən belə məlum olur ki, səhnədə tamamilə fərqli göstərilən tamaşa hər dəfə təqdim olunduqqca daha da cilalanıb, inkişaf edib, nəticədə də daha çox komik ştrixlkəri özündə birləşdirib. Tamaşa var ki, aktyorun rolu üzərində qurulur və bu tamaşanın təqdimatında bütün gözlənti, uğur aktyora bağlı olur. Ancaq tamaşa var ki, əsərin gücü nəticəsində aktyora ifa gücü verir. Istər əsərin söz zənginliyi, istərsə də hadisələrin gedişatı aktyoru obrazın ardınca aparır. Nəsibə Zeynalova elə aktrisa idi ki, o obrazı özününküləşdirməyi bacarırdı. Obrazın xarakterini öyrənən aktrisa onun necə hərəkət etdiyini, yerişini, duruşunu, gülüşünü, bir sözlə obraza malik bütün xüsussiyyətlərini asanlıqla tapır və obraza tamaşaçı sevgisini qazandırırdı. Bütün bunların araxasında isə böyük zəhmət dayanır, aktyorun rol üzərində olan iş prosesi...Bəlkə indi səhnə, sənət sözü bir qədər adiləşib, bəlkə zaman, dövr, texnologiya əsri insanları sənətdən, səhnədən bir qədər uzaqlşadırıb və s. Yəni, geniş düşünmək olar, geniş də çıxartmaq olar, ancaq nə olur olsun bir məqamı heç bir zaman unutmamalıyıq-səhnə, sənət kimi sözlər məhz ustda aktyorların sayəsində bu günə gəlib çıxıb, onloar bünövrə rolunu oynayır və sənət tarixi məhz elə aktyorların adı ilə yazılıb, əbədiyyətə həkk olunub. Nəsibə Zeynalova bünövrə rolunu oynayan aktorların içində özünəlayiq yeri tutmağı bacardı.   Səhnəmizin “Qaynana”sı   Nəsibə Zeynalova  teatr aktrisaı kimi ömrünün sonuna qədər Musiqli Komediya Teatrının səhnəsində maraqlı obrazlar oynadı, ancaq onu tamaşaçıya geniş tanıdan “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin əksəriyyətində rol alması idi.  “Ögey ana” “Böyük dayaq”, “Ulduz”, “Bəyin oğurlanması”, “Bağlı qapı”, “Yuxu”, “Bizim Cəviş muəllim”, "Qanun naminə”, "Mən mahnı qoşuram” "Qorxma, mən səninləyəm”, “Bizim küçənin oğlanları”, “Dəli Kür”, “Güllələnmə Təxirə salınır”, “Xoşbəxtlik Qayğıları” və b. filmlər buna canlı misaldır. Bu filmlərdəki obrazların hər biri yaddaqalıan olsa da və xüsusilə aktrisa abütün obrazlarına eyni cür yaxınlaşaraq böyük zəhmətlə ərsəyə gətirsə də, səhnə onu sənət tarixinə qaynana obrazı ilə yazdı. Qaynana obrazı aktrisaya  sənət vəsiqəsi qazandırdı. Teatr səhnəsində oynanılan qaynana günlərin birində kinirejissor Hüseyn Seyidzadənin quruluşunda çəkilərək kino tarixinə yazıldı. Aktrisa müsahibələrinin birində teatr və kinoda yatardığı qaynananı xarakterizə edib: “Adətən aktyorlar yaradıcılıq la­bo­ra­to­ri­ya­sı­nın qa­pı­sı­nı aç­maq is­tə­mir­lər. Kim bi­lir, bə­lə­kə də haq­lı­dır­lar. Ümu­miy­yət­lə, ya­rat­dı­ğım ob­raz­la­rın ha­mı­sı­nı hə­yat­dan gö­tür­mü­şəm. Hə­yat, ət­raf mü­hit, gör­dü­yüm adam­lar mə­nim üçün əsil ma­te­ri­al mən­bə­yi­dir. Qay­na­na ob­ra­zı ət­ra­fın­da-qo­hum-əq­ra­ba­da, yaş­lı qa­dın­lar­da, qay­na­na­lar­da gör­dü­yüm müx­tə­lif ciz­gi­lər əsa­sın­da for­ma­la­şıb. Hər də­fə "Qay­na­na" ta­ma­şa­sın­da səh­nə­yə çı­xar­kən bərk hə­yə­can ke­çi­rir­dim. Çün­ki se­və­rək ya­rat­dı­ğım ob­ra­zın ne­cə qav­ran­ma­sı, ver­di­yim ştrix­lə­rin ne­cə qar­şı­lan­ma­sı ba­rə­də dü­şü­nü­rəm. Bil­mək is­tə­yi­rəm ki, mə­nim fik­rim, ştrix­lə­rim, hə­rə­kət­lə­rim ta­ma­şa­çı­ya ay­dın­dır, ya yox. Mə­sə­lən, so­nun­cu pər­də­dən bir epi­zo­du ya­dı­nı­za sal­maq is­tər­dim. Ar­tıq mə­sə­lə həll olu­nub, gə­li­nim evə qa­yıt­ma­lı­dır. Qon­şum Mü­la­yim gö­zay­dın­lı­ğı ve­rə­rək, kon­fet qu­tu­su gə­ti­rir. Baş­qa vaxt­da bəl­kə də otu­rub onun­la  da­nı­şar­dım. La­kin in­di is­tə­yi­rəm çı­xıb get­sin. Və bu za­man te­le­fon zən­gi­nə ca­vab ver­mə­yə ha­zır­la­şan Qay­na­na üzü­nü Mü­la­yi­mə tu­ta­raq de­yir: "Bəl­kə çox da­nış­dım, sən ye­ri get..." Ta­ma­şa­çı bu­na gü­lür. Nə olar, qoy gül­sün. Am­ma bil­mək is­tə­yi­rəm nə­yə gü­lür. Az qa­lı­ram ta­ma­şa­nı sax­la­yıb  so­ru­şam ki, nə­yə gü­lür­sü­nüz. Ola bil­sin ki, ta­ma­şa­çı qay­na­na­nın qo­na­ğa çay tə­da­rü­kü gör­mək is­tə­mə­mə­si­nə, yə­ni si­mic­li­yi­nə gü­lür. An­caq tək­cə bu de­yil. Qay­na­na Mü­la­yi­min get­mə­si­ni bir də ona gö­rə is­tə­yir ki, gə­li­ni ilə ne­cə gö­rü­şə­cə­yi­ni gör­mə­sin. Axı, o, bir az əv­vəl öyü­nə­rək de­yib  ki, gu­ya gə­li­ni ona yal­va­rıb-ya­xa­ran­dan son­ra evə  qa­yıt­ma­sı­na ra­zı­lıb ve­rib. Əs­lin­də isə be­lə de­yil. Və əgər Mü­la­yim gə­lin gə­lən­də bu­ra­da olar­sa, şüb­hə­siz, baş­qa səh­nə­nin şa­hi­di ola­caq. Qay­na­na isə qü­ru­ru­nu itir­mək is­tə­mir. Gö­rür­sü­nüz­mü ki­çik bir ştrix­də ne­cə bö­yük və in­cə  mət­ləb var. Se­vin­di­ri­ci hal ora­sın­da ol­du ki, Qay­na­na bir ob­raz ola­raq ek­ra­na da çıx­dı". Bahar fəslində doğulan Nəsibə Zeynalova elə baharda da dünyasını dəyişdi. Aktrisa cismən aramızda olmasa da , bahar təravətli obrazları ilə daima bizimlə  qalacaq… Xədicə QİYAS    

Aprel 13, 2016 11:09

Fransada Azərbaycanı təbliğ edən silsilə tədbirlər keçirilib

Fransanın Altkirş,  Evian və Montero şəhərlərində Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanɪn Fransadakɪ səfirliyinin, Paris Azərbaycan Evinin və qeyd edilən şəhərlərin meriyalarının dəstəyi ilə Azərbaycan mədəniyyətini təbliğ edən silsilə tədbirlər keçirilib. Azərbaycanın Dostları Assosiasiyasından APA-ya verilən xəbərə görə, iki hissədən ibarət olan tədbirlərdə Azərbaycan Fotoqraflar  Birliyi üzvlərinin fotoları və rəssam Mehri Quliyevanın əsərlərindən ibarət sərgi təşkil edilmiş və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilib. Tədbirlərin açılış mərasimlərində Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxış edərək, öncə Azərbaycan haqqında məlumat verib, gənc olmasına baxmayaraq artıq regionda və beynəlxalq aləmdə öz yerini sübut etmiş ölkə olduğunu vurğulayıb. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan J.F.Mansel Ermənistanın son günlər cəbhə bölgəsində vəziyyəti gərginləşdirdiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsinin vacib olduğunu bildirib. O, daha sonra tolerant ölkə olan Azərbaycanın Fransa ilə yüksək əlaqələrindən və Azərbaycan mədəniyyətinin Fransada daha geniş tanıdılması üçün rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyətindən danışıb və ölkəmizi daha yaxından tanımaq üçün fransızları Azərbaycana səfərə dəvət edib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov öncə Azərbaycanın Dostları Assosiasiyasına və qeyd edilən şəhərlərin meriyalarına Azərbaycan mədəniyyətinin dost ölkə olan Fransada genişmiqyaslı təbliğə görə və ölkəni üç regionunda təşkil etdikləri bu silsilə mədəni tədbirlərə görə onlara təşəkkür edib. Azərbaycanın zəngin və qədim mədəniyyətin və dini rəngarənglik,t olerantlığın nümunəsi olduğunu qeyd edən səfir E.Əmirbəyov ölkəmizin bu sahədə dünyaya verdiyi vacib töhfələrdən danışıb. O, 2016-cı ilin Azərbaycanda dövlət səviyyəsində “Multikulturalizm ili” elan edildiyini xatırladaraq, ölkəmizin çoxqütblü dünyaya və sivilizasiyalararası dialoqa verdiyi önəmli töhfələrdən danışmışdır, bu ayın sonunda Azərbaycanın paytaxtı Bakı şəhərində Sivilizasiyalar Alyansının 7-ci Dünya Forumun keçiriləcəyini bildirib. Sülh, dialoq və birgə yaşamanın Azərbaycanlılar üçün bir ənənəyə çevrildiyini, Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun həyata keçirilməsi üçün aparıcı və təbii bir mərkəz qismində özünə rəğbət qazandığını bildirən səfir E.Əmirbəyov bu ənənənin digər ölkələrə də yayılmasının vacibliyini qeyd edib.        

Aprel 13, 2016 11:01