Bakı Bələdiyyə Teatrının təqdimatında – “Sehrbaz”

Həqiqətə tapınmaq, öz-özünə hesabat vermək, həqiqət önündə diz çökərək əbədi yaşam qazanmaq, bütün bunlar insanlığa xas keyfiyyətlərdir. Aprelin 1-də Bakı Bələdiyyə Teatrının hazırladığı “Sehrbaz” tamaşasının təqdimatında bütün bu keyfiyyətlərin şahidi olduq. Ədəbiyyat, teatr, kino  mütəxəssilərinin tamaşaçı qismində bir araya gələrək yazıçı, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı “Sehrbaz” tamaşasının təqdimatında həqiqət axtarışına çıxmışdılar. İlk görüşdə və ilk baxışda bir-biri ilə tanış olmayan, yad, özgə adamların qəribə taleyindən söhbət açılan pyesdə, hadisələrin gedişi prosesində məlum olur ki, bu adamlar əslində bir-birlərinə yad olmayan, həyat “xətləri” nə zamansa bir nöqtədə kəsişən qəhrəmanlardır. Bir-birini  əvəz edən  gərgin hadisələr fonunda vaxtilə baş vermiş bir sıra müdhiş hadisələrin, sirlərin üstü açılır. Əsərdə sevgi, nifrət, xəyanət səhnələri obrazların  daxili aləminin açılmasında əsaslı rol oynayır, eyni zamanda faciəvi və komik notlar bir-birini izləyir... Baş verən olayların “bələdçisi” əsərin iştirakçılarını və tamaşaçıları öz keçmişlərinə baş vurmağa  dəvət edir. Sirlərlə dolu olan keçmişdə nələr baş verib, səbəblər və s. tamaşaçı auditoriyasını düşüncələrə qərq edir. Hadisələrin əsas “aparıcısı” olan sehrbaz digər qəhrəmanların keçmişinə sanki parlaq bir işıq salır və bu işığın fonunda və ya gur projektor şüaları altında  tamaşaçılar onların həyatının  ən qaranlıq nöqtələrinə bələd olur. Faciəvi olduğu qədər də komik situasiyalar da tamaşa boyunca bir-birini izləyir... Və nəhayət boş yeri olmayan tamaşaçı salonu gurultulu alqışlarla qəhrəmanlarımızı bu sehr dünyasından ayıraraq özünə qaytarır. Bu sadəcə bir yazıçının təxəyyülündən gələrək qələmə süzülən və rejissorun səhnə üçün hazırlayaraq tamaşaçılara təqdim etdiyi, bəlkə dünyamızda baş verən hadislərin fonunda, bəlkə də sadəcə xəyali bir məhsul kimi öz həyatını yaşadı və yaddaşlarda iz buraxdı. Aktyorların üzərinə düşən vəzifə bəlkə də qat-qat artıq oldu. Çünki yazıçı pyesini rejissora təhvil verincə necə işini bitmiş hesab edir və bu səbəbdən kənara çəkilərərk bütün məsuliyyəti rejissora həvalə edir, eləcə də rejissor eynisini təkrarlayır. Aktyorları qəhrəmanların həyatına bürüyərək kənardan onları seyr edir. Beləliklə də son sözü aktyorlar deyir və önəmli olan da odur ki, “Sehrbaz” tamaşasında bir araya gələn aktyorlar sözün həqiqi mənasında SÖZ deməyi bacardı. Onların hər birinin hiss həyacanı tamaşaçıya sirayət etdi və sonda ayaqüstə alqışa boyanan tamaşaçı salonu bunu canlı olaraq yaşadı... Xatırladaq ki,  “SEHRBAZ” pyesinin  müəllifi, Əməkdar incəsənət xadimi Firuz Mustafa, quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərli, illyuziya məsləhətçisi Elmar İbrahimov, dizayn işləri üzrə tərtibatçısı Elnur Əliyevdir. Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova iştirak edirlər. HAŞİYƏ: Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.xeber100.com      

Aprel 1, 2022 11:03

Bələdiyyə Teatrının hazırladığı “Sən qayıdacaqsan” tamaşası anşlaqla keçdi

Martın 31-də Bakı Bələdiyyə Teatrının hazırladığı “Sən qayıdacaqsan” tamaşası DTX Mədəniyyət Mərkəzində geniş tamaşaçı auditoriyasına təqdim olundu. 31 mart soyqırımına, həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırımın timsalında bütün dünyada törədilmiş müharibələrə həsr olunan “Sən qayıdacaqsan” tamaşasının premyerası anşlaqla keçdi. Qeyd edək ki, rejissor, Əməkdar artist Bəhruz Vaqifoğlunun pyesi əsasında hazırlanan tamaşanın qəhrəmanlarının adları ümumiləşdirilib və onların hər biri müharibənin özünü və sonrakı fəsadlarını yaşayan insanlardır. Hər bir qəhraman hər gün eyni vaxta qatar yoluna tələsir, eyni vaxta qatar yolunda müharibədə itirdiklərinin yolunu gözləyir. Əsərin sonunda qəhrəmanlar yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirirlər ki, bu da onların həsrətinə son qoyur. Əsərin ideyası da məhz bunun üzərində yazılıb. Səhnə əsərində müharibə qurbanlarının yaşantıları, müharibənin fəsadlarını yaşayan insanların hər birinin itirdiklərinin yolunu gözləməsi, bir sözlə, müharibənin ağrı-acısı Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında böyük həyəcan yaradırdı. Tamaşada istifadə olunan bir çox dekorlar, əlbəsələr, sözlər simvolika üzərində yazılıb. Səhnədə qurulmuş dəmir yol xətti, dəmir yol xətlərinin dağılmış halda bir-birinə birləşməyən 4 yol ayrıcına  bənzəməsi, əsərin sonunda qəhrəmanların yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirməsi və bununla da onların həsrətinə son qoyulması və s. məqamlar müharibənin törətdikləri fəsadlara baxmayaraq insanoğlunun birlik olaraq yenidən həyatına davam etməsi sabahlara olan inamdan xəbər verirdi. Əsərin ideyası da məhz bunun üzərində yazılıb və qurulub. Oturub gözləmək və istəmək azdır. Bunun üçün nələrsə etmək lazımdır. Əsərin müəllifi və quruluşçu rejissoru Vaqif Bəhruzoğlu, ideya müəllifi Hüsniyyə Mürvətova, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Səbuhi Səmədovdur. Tamaşada iştirak edirlər: Hüsniyyə Mürvətova(Əməkdar artist), Rafiq İbrahimov(Əməkdar artist), Mehman Abdullayev, Zülfiyyə Qurbanova, Toğrul Rza, Zülfiyyə Məmmədova, Elçin Muradov, Ülviyyə Rza, Fateh Muradov, Əzizə Həşimova. Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmış və yarandığı gündən bu günə kimi saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edir. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.xeber100.com        

Aprel 1, 2022 10:12

Bakı Bələdiyyə Teatrının təqdimatında “Sehrbaz” tamaşası

Aprelin 1-də Bakı Bələdiyyə Teatrında “Sehrbaz” tamaşasının premyerası keçiriləcək. Yazıçı, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı “Sehrbaz” tamaşasında insanoğlunun həqiqətə tapınmasını, öz-özünə hesabat verməsini, yalanın çarmıxa çəkilərək həqiqət önündə diz çökməsini və bütün bunlardan sonra insanlığın əbədi yaşam qazanmasını diqqətə çəkilib. İlk görüşdə və ilk baxışda bir-biri ilə tanış olmayan, yad, özgə adamların qəribə taleyindən söhbət açılan pyesdə, hadisələrin gedişi prosesində məlum olur ki, bu adamlar heç də bir-birinə “yad” deyillər. Onların həyat “xətləri” nə zamansa bir nöqtədə kəsişib. Bir-birini  əvəz edən  gərgin hadisələr fonunda vaxtilə baş vermiş bir sıra müdhiş hadisələrin, sirlərin üstü açılır. Əsərdə sevgi, nifrət, xəyanət səhnələri obrazların  daxili aləminin açılmasında əsaslı rol oynayır, eyni zamanda faciəvi və komik notlar bir-birini izləyir... Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, illyuziya məsləhətçisi Elmar İbrahimov, dizayn işləri üzrə tərtibatçı Elnur Əliyevdir. Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova iştirak edirlər. Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir. “Sehrbaz” tamaşası 1 aprel 2022-ci il tarixində saat 19.00-da nümayiş olunacaq.xeber100.com

Mart 29, 2022 11:32

“Sən qayıdacaqsan” tamaşasının premyerası keçiriləcək

Martın 31-də Bakı Bələdiyyə Teatrında “Sən qayıdacaqsan” tamaşasının premyerası keçiriləcək. 30 mart-3 aprel 1918-ci il tarixində Bakı şəhərində, eyni zamanda Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın timsalında bütün dünyada törədilmiş müharibələrə həsr olunan tamaşa rejissor  Bəhruz Vaqifoğlunun "Sən qayıdacaqsan" adlı pyesi əsasında hazırlanıb. Qeyd edək ki, tamaşanın qəhrəmanlarının adları ümumiləşdirilib və onların hər biri müharibənin özünü və sonrakı fəsadlarını yaşayan insanlardır. Hər bir qəhraman hər gün eyni vaxta qatar yoluna tələsir, eyni vaxta qatar yolunda müharibədə itirdiklərinin yolunu gözləyir. Əsərin sonunda qəhrəmanlar yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirirlər ki, bu da onların həsrətinə son qoyur. Əsərin ideyası da məhz bunun üzərində yazılıb. Əsərin müəllifi və quruluşçu rejissoru Bəhruz Vaqif oğlu, ideya müəllifi Hüsniyyə Mürvətova, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Səbuhi Səmədovdur. Tamaşada iştirak edirlər: Hüsniyyə Mürvətova(Əməkdar artist), Rafiq İbrahimov(Əməkdar artist), Mehman Abdullayev, Zülfiyyə Qurbanova, Toğrul Rza, Zülfiyyə Məmmədova, Elçin Muradov, Ülviyyə Rza, Fateh Muradov, Əzizə Həşimova. HAŞİYƏ: Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmış və yarandığı gündən bu günə kimi saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edir. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir. “Sən qayıdacaqsan” tamaşası 31 mart 2022-ci il tarixində saat 18.00-da nümayiş olunacaq.xeber100.com    

Mart 29, 2022 11:29

Andrey Tarkovskinin kitabı Azərbaycan dilində

Azərbaycan Kinematoqrafçılar İttifaqı kino nəşrlərinin say və keyfiyyət artımını kinomuzun inkişafı üçün vacib hesab etdiyinə görə, bu istiqamətdə ardıcıl layihələr reallaşdırır. “Azərbaycan kino tarixi” 4 cildliyi, “Həsən Seyidbəyli. Sənətkar və şəxsiyyət” kitabı, rüblük “Rakurs” dərgisi bu sıradandır. Növbəti layihə “Parlaq imzalar” nəşriyyatının təşəbbüsü ilə həyata keçirilmiş kinorejissor, ssenarist Andrey Tarkovskinin “Zapeçatlennoe vremya”(“Həkk olunmuş zaman”) kitabının Azərbaycan dilində nəşridir. Kitab tərcüməçi, şair, publisist Azad Yaşar tərəfindən tərcümə olunub. Qeyd edək ki, kino aləmində yüksək dəyərə malik olan, bir neçə xarici dilə tərcümə olunmuş “Həkk olunmuş zaman” Andrey Tarkovskinin sənət manifestidir. Kitabın girişində Tarkovskinin həyat və yaradıcılıq bioqrafiyası yer alıb. Bu fəsildə onun oxucularla olan tanışlığı əsas götürülüb. Tarkovski yazır ki, tamaşaçı ilə ünsiyyətimin (bəzən isə tam anlaşmazlığın!) necəliyini göstərməkdən ötrü xarakterik məktublardan sitatlar gətirməkdən özümü saxlaya bilməyəcəyəm. Və beləliklə də oxucu məktublarına yer verir. Məktublarda olan tənqidi fikirlər, bəzən oxucu hiddəti və rejissorun filmlərini analiz etmə səyi kimi məqamlar diqqətdən yayınmır. Hiss olunur ki, Tarkovski ona ünvanlanan məktublardakı hər kəliməni anlamağa çalışıb və kitabda bunu geniş oxucu auditoriyasına təqdim etməklə onlara da bəzi şeyləri anlatmağa çalışıb. Yeri gəlmişkən, məktublarda əsas tənqid hədəfi rejissorun öz ssenarisi əsasında 1974-cü ildə quruluş verdiyi “Ayna” filminə yönəlib. Məktublarda Tarkovskiyə nifrət dolu fikilər aşılayan olduğu kimi, onu təhqir etməkdən çəkinməyənlər də olub. Tarkovski “Bu cür müraciət sahiblərinə mən heç nə tövsiyə edə bilməzdim. Bu mövcud vəziyyət məni öz hədəfimdən heç cür yayındıra bilməzdi, çünki bu sayədə hər dəfə daha bariz şəkildə əmin olurdum ki, mənim filmlərimi gözləyən və onları sevən məxsusi bir tamaşaçı auditoriyam var”. Ona bu inamı verən də tamaşaçılarından aldığı, sənətinə verilən qiymətlə yanaşı, onun yaratdığı sənət nümunəsini hiss edərək duyan, qiymətləndirənlərin olması idi. Bu baxımdan rejissor kitabda onu da xüsusilə vurğulayır ki, yazdığı bu kitabla kiməsə ağıl vermək fikrində deyil: “Bu kitabı yazarkən əslində çox araşdırılmasına baxmayaraq, xeyli gənc və cəlbedici sayılan kino sənətinin cəngəlliklərindən hər kəsdən elə öncə özüm çıxmağa can atmışam”. Yeri gəlmişkən, Tarkovski kitabı yazarkən gündəlik qeydlərindən, çıxışlarından, müsahibələrindən geniş istifadə edib. Tarkovski filmlərinə olan münasibəti, mövzuya necə hakim olması və ümumiyyətlə çəkdiyi filmlərin ərsəyə gəlməsinin səbəblərini araşdırır: “Elə əsərlər var ki, bədii obrazlarının dəqiqiliyini və özünəməxsusluğunu, xarakterlərin sözlə ifadə olunan dərinliyini, kompozisiyası arxasında sehri və ümumilikdə kitabın yaratdığı təsir gücünü öz müəlliflərinə borcludur”. İlk filmini yaradarkən kino rejissorluğu işini bacarıb-bacarmayacağını özü üçün dəqiqləşdirməyi qarşısına məqsəd qoyan və “Əgər bu film alınsa, deməli, kinoda işləməyə layiqəm” fikrini əsas götürən rejissor” məhz bəhs etdiyi, 1962-ci ildə çəkdiyi ilk tammetrajlı “İvanın uşaqlığı”  filminin təhlil formasını xarakterizə etməklə özünün rejissor imkanlarının nələrə qadir olduğunu da açıqlamağa və ümumiyyətlə filmlərində nə demək istədiyini anlatmağa çalışıb. Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər ki, bu layihəni dəstəkləmələrinin səbəblərindən biri mətnin səliqəli, maksimum orijinala yaxın tərcümə edilməsidir. AKİ “Parlaq imzalar” nəşriyyatı ilə bundan sonra da kino nəşrlərinin realizasiyası istiqamətində birgə işə əzmlidir.          

Mart 2, 2022 3:14