03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Opera və Balet Teatrı təqdim edir

Yanvarın 19-da Opera və Balet Teatrında bəstəkar Firəngiz Əlizadənin “İntizar” operasının tamaşası keçiriləcəkdir.  Opera və Balet Teatrından verilən məlumata görə, Tamaşa 20 Yanvar - Ümumilli matəm gününə həsr olunmuşdur."İntizar" operası Qarabağda baş verən hadisələr və onların tarixi, Xeyir və Şər qüvvələr arasında mübarizə, günahsız insanların ölümü, yaxın qonşuların satqınlığı  və təbiətin  gözəlliyindən bəhs edir. Tamaşanın libretto müəllifi professor Nərgiz Paşayevadır. Səhnə əsərində rolları Q.Kərimova, Ə.Poladov, İ.Babayeva, F.Əliyev, T.Ağasıyev, İ.Nəzərov, S.Vahabzadə, F.Məmmədova və başqaları canlandıracaq.xeber100.com  

Yanvar 15, 2019 12:38

Mədəniyyət naziri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 25-də saat 11:00-da Xızı şəhərində vətəndaşları qəbul edəcək.Nazirlikdən Azərtac-a bildirilib ki, Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.xeber100.com

Yanvar 15, 2019 12:35

Bakı Musiqi Akademiyası təqdim edir

Fevralın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının multikultural layihəsi olan – “Bölünənlər” filmi təqdim olunacaq.Azərtac xəbər verir ki, quruluşçu rejissoru Elvin Mirzəyev olan ekran əsərinin prodüseri Mina Hacıyevadır. Ekran əsəri mükəmməl sevgidən bəhs edir.xeber100.com  

Yanvar 14, 2019 9:52

“Kral TV” televiziya kanalının məlumatı əsasında…

Türkiyənin “Kral TV” televiziya kanalı bağlanır.Azərtac xəbər verir ki, bu barədə telekanalın sosial media hesabında məlumat verilib.Bildirilir ki, telekanalın yayımı fevralın 1-dən dayandırılacaq.Bundan sonra “Kral TV”ni yalnız mobil əlavələrdə, həmçinin “Kral Müzik YouTube” kanalında izləmək mümkün olacaq.Qeyd edək ki, telekanal Türkiyənin ilk video musiqi kanalı olaraq 1994-cü ildən fəaliyyətə başlayıb.xeber100.com

Yanvar 11, 2019 11:56

Qüds şəhəri 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilib

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Qüds şəhərini 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edib.Azərtac ISESCO-nun rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Mərakeşin paytaxtı Rabatda keçirilən mətbuat konfransında bildirib ki, 2019-cu ildə elan olunmuş İslam Dünyası Mədəni İrsi İli çərçivəsində Qüdsdə müsəlman irsinin qorunması istiqamətində tədbirlər həyata keçiriləcək. Baş katib təşkilata üzv ölkələrin müvafiq strukturlarına müraciət edərək onları bu prosesdə fəal iştirak etməyə çağırıb. Bu kontekstdə İslam ölkələrində Qüdsə həsr olunmuş Mədəniyyət Həftələrinin keçirilməsi tövsiyə edilib.xeber100.com

Yanvar 11, 2019 11:48

“Qarabağnamə” tamaşası nümayiş olunacaq

Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.Yanvarın 20-də nümayiş ediləcək tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.xeber100.com

Yanvar 10, 2019 12:50

“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində

Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.Baş İdarədən Azərtac-a bildirilib ki, kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik göstərən Milli qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.xeber100.com

Yanvar 10, 2019 12:43

Xətai Sənət Mərkəzində “Qrafika 2019” adlı yekun sərgi açılacaq

Yanvarın 8-də Xətai Sənət Mərkəzində “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı respublika rəsm müsabiqəsinin “Qrafika 2019” adlı yekun sərgisi açılacaq.Mərkəzdən Azərtac-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. 380-dan çox qrafika və qrafika yönlü əsərlərin təqdim edildiyi müsabiqədə 76 əsər seçilərək sərgidə iştirak etmək şansı qazanıb.Qaliblər üçün mükafatla yanaşı, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazı dərc olunması nəzərdə tutulub. Yanvarın 18-dək davam edəcək sərgidə klassik və gənc qrafiklərin əsərləri yer alacaq.Qeyd edək ki, müsabiqə müasir Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaq məqsədi ilə elan olunub.xeber100.com

Yanvar 5, 2019 10:57

Rus Dram Teatrı yanvar repertuarını təqdim edir

Rus Dram Teatrı yanvar repertuarını açıqlayıb.Azərtac teatrın repertuarını təqdim edir: 6 yanvar – “Payız sonatası”; 11 yanvar – “Xalam bundu”; 12 yanvar – “Kazanova: sevgi dərsləri”; 13 yanvar – “Afina axşamları”; 18 yanvar – “Kraliçanın son ehtirası”; 19 yanvar – “Karamazov qardaşları”; 25 yanvar – “Yuxularımdan kənar ol” (“Təhminə və Zaur”); 26 yanvar – “Evlənmə” (premyera); 27 yanvar – “Senyor Todero-xuliqan”. Uşaqlar üçün: 6 yanvar – “Düyməcik” (premyera); 12 yanvar – “Üç donuz balası, Qırmızı papaq və boz canavarlar”; 19 yanvar – “Durnabalığının buyruğu ilə”; 26, 28-31 yanvar – “Düyməcik” (premyera). Teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün isə saat 12:00-da başlanır.xeber100.com

Yanvar 4, 2019 11:46

“Qədim musiqi alətləri ekspozisiyası”nın təqdimatı olacaq

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur.Azərtac xəbər verir ki, dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində əlamətdar yubiley münasibətlə tədbir keçiriləcək.Tədbirdə əvvəlcə mərkəzin muzey hissəsində “Qədim musiqi alətləri ekspozisiyası”nın təqdimatı olacaq. Sonra görkəmli muğam ustadlarının büstlərinin qarşısında “İnteraktiv lövhələr” təqdim ediləcək. Ardınca “Müasir musiqi alətləri ekspozisiyası”nın təqdimatı keçiriləcək. Həmçinin foyedə “Əsrlərin sədası” ansamblı çıxış edəcək.Yubiley mərasimi Beynəlxalq Muğam Mərkəzinin salonunda muğam konserti ilə davam edəcək.xeber100.com

Dekabr 26, 2018 1:07
    Page 66 of 218« First«...102030...6465666768...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az