“Azerbaijan Fashion Week” moda həftəsinin açılışı olub

Noyabrın 1-də Muzey Mərkəzində “Azerbaijan Fashion Week” - ölkənin rəsmi moda həftəsinin 8-ci mövsümünün açılışı olub.Azərtac xəbər verir ki, açılış mərasimində çıxış edən layihənin art-direktoru Sayat Dossıbayev həftə boyu təqdim ediləcək geyimlərdən və keçiriləcək görüşlərdən söz açıb.Bildirilib ki, “Azerbaijan Fashion Week”in təşkilatçıları, Muzey Mərkəzi və şəxsən onun direktoru Liana Vəzirova ilə birgə əməkdaşlıqda, incəsənət fəzasında moda sintezinə qərar veriblər.“Azerbaijan Fashion Week”in 8-ci mövsümü çərçivəsində, ziyarətçilər üçün muzeyin ehtiyat rəflərində və şəxsi kolleksiyalarda olan, bir çoxu, heç vaxt geniş tamaşaçıya təqdim edilməmiş işlərdən yığılmış xüsusi ekspozisiya hazırlanıb. Bu ekspozisiya çərçivəsindətəqdim edilmiş bütün işlərdə dəb və stilin elementləri öz təcəssümünü tapıb.Muzey Mərkəzi Azərbaycan rəssamlarının, həmçinin “Kukla” Art-Qalereyasının sahibi Lalə Kazımovanın və Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın kolleksiyasından olan, müəllif kuklalarının geniş sərgisini təqdim edib.Azərbaycan dəb həftəsinin ikinci günündə “Azerbaijan Fashion Week” çərçivəsində “A.Sain”, “Elian Couture”, “Le Veine”, “Noora”, “Ayshan Habibova” və “Aya Bapani” kimi brendlər öz dəbli yaradıcılığını tamaşaçılara təqdim edəcək.xeber100.com

Noyabr 2, 2018 2:18