28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Martın 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində vizual rəssam və şair Babi Bədəlovun fərdi sərgisi açılacaq.“YARAT”-dan Azərtac-a bildirilib ki, 2008-ci ildən Fransada yaşayan sənətkarın yaradıcılığı, dilin mürəkkəbliyi və məhdudiyyətlərini, habelə gender məsələləri ilə bağlı problemləri araşdırır. Sərgi çərçivəsində rəssam özünün bütün mövcud olan və məhz bu sərgi üçün yenicə yaratmış parça əsərlərindən ibarət möhtəşəm instalyasiyasını təqdim edəcək.Sərginin adı, “ZARAtustra”, özlüyündə, müasir sürətli modanın sinonimi sayılan, dünya səviyyəli məşhur ticarət nişanı “ZARA”, habelə müasir Azərbaycanın tarixinə və mədəniyyətinə hələ də əhəmiyyətli dərəcədə təsir göstərən, zərdüştlük dininin banisi Zərdüştün adı ilə oxşarlıq təşkil edən söz düzəltməsidir.Kuratorları Suad Qarayeva-Maleki və Anna Fech olan sərgi iyunun 28-dək ziyarətçilər üçün açıq qalacaq.xeber100.com  

Fevral 25, 2019 12:09

Akademik Milli Dram Teatrı “Qarabağnamə”ni təqdim edəcək

Akademik Milli Dram Teatrı Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə “Qarabağnamə”ni təqdim edəcək.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.Fevralın 26-da nümayiş ediləcək tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.xeber100.com

Fevral 14, 2019 1:13

“Rusiya – Türkiyə mədəniyyət və turizm ili” çərçivəsində

Türkiyənin Dövlət Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan “Troya” operası Moskvanın məşhur Böyük Teatrında nümayiş olunacaq.Anadolu agentliyinin məlumatına görə, nümayiş “Rusiya - Türkiyə mədəniyyət və turizm ili” çərçivəsində reallaşacaq.Aprelin 8-də rusiyalı teatrsevərlərə təqdim ediləcək səhnə əsəri bu teatrda nümayiş olunacaq ilk səhnə əsəri olacaq.Operanın nümayişində 300 nəfərdən ibarət yaradıcı heyət iştirak edəcək. Bundan başqa, sözügedən səhnə əsərinin yaxın vaxtlarda Berlində də nümayişi nəzərdə tutulur.xeber100.com

Fevral 5, 2019 12:47

İtaliyada estrada mahnıları festivalı başlayır

Bu gün İtaliyada, Liquriya sahillərində yerləşən San-Remo şəhərində məşhur italyan estrada mahnıları festivalı başlayır. 1951-ci ildən keçirilən bu ənənəvi musiqi bayramı bu il sayca 69-cu dəfə təşkil olunur. Festival İtaliyanın “Rai” dövlət televiziya və radiosu tərəfindən canlı yayımlanacaq. Musiqi bayramı “Ariston” teatrının səhnəsində təşkil olunacaq.TASS agentliyi xəbər verir ki, müsabiqədə 24 iştirakçı öz kompozisiyasını münsiflər heyəti və tamaşaçıların ixtiyarına buraxacaq. Ötən il olduğu kimi, festivalın bədii rəhbəri bu il də aparıcı Klaudio Balyonidir. Ənənəyə görə, əsas aparıcı qismində o, özü çıxış edəcək. İştirakçıları təqdim etmək üçün iki məşhur komediya ustaları – Vircinio Raffaele və Klaudio Bizio da dəvət olunublar. Onların iştirakı şouya əlavə rəng qatacaq.İştirakçılar arasında tanınmış müğənnilər Ariza, Nek, Simone Kristikki olacaq, italyan estrada səhnəsinin veteranı müğənni Pati Pravo isə gənc partnyoru Briqa ilə duet təqdim edəcək.San-Remo festivalının qalibi adını almış pop-opera janrı ifaçıları - “II Volo” triosu müsabiqədə yeni kompozisiya ilə çıxış edəcəklər.Beş gecə davam edən festivalın sonuncu günü qalib elan olunacaq.xeber100.com  

Fevral 5, 2019 12:43

“New Dreams International” Film Festivalında

Azərbaycan istehsalı olan “Şollerin arxivi” bədii filmi Los-Anceles və Batı Hollivud ətrafında keçiriləcək “New Dreams International” Film Festivalında bütün mərhələləri keçərək finala vəsiqə qazanıb. Film mayın 30-da birincilik uğrunda yarışacaq.Bu barədə Azərtac-a “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.xeber100.com

Fevral 2, 2019 11:11

“YARAT” Müasir İncəsənət Məkanında sərgi açılıb

“YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında “Perpendikulyar həqiqətlər” adlı sərgi açılıb.Azərtac xəbər verir ki, “Artım rooms” layihəsinin üçüncü sərgisində rəssamlar - S.Ələkbərli, V.Əhmədov, A.Qəribli və Ş.Allahverdiyeva, M.Əkbərli, G.Axundlu və dramaturq İsmayıl İmanın (teatr rejissoru Tərlan Rəsulovla birgə) müstəqil layihələri təqdim olunur. Rəssamlar sərgilənən əsərlər vasitəsilə kvant fizikası qanunlarının təsiri, insanın daxili gücü və çətinlikləri haqda fərziyyələr, adət-ənənələrin interpretasiyası və region həyatının refleksiyası haqqında mövzulara fərqli baxış təklif edirlər.xeber100.com

Fevral 1, 2019 12:40

Mədəniyyət naziri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 8-də saat 11:00-da Tovuz şəhərində vətəndaşları qəbul edəcək.Nazirlikdən Azərtac-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.xeber100.com

Yanvar 31, 2019 12:48

“Eurovision–2019” müsabiqəsinin püşkatma mərasimi başa çatıb

Təl-Əvivdə “Eurovision–2019” mahnı müsabiqəsinin püşkatma mərasimi başa çatıb.Azərtac xəbər verir ki, püşkatma nəticəsində Gürcüstan mayın 14-də keçiriləcək birinci yarımfinalın ikinci turuna vəsiqə qazanıb.Mahnı müsabiqəsinin qaydalarına əsasən finala “Eurovision” müsabiqəsini təşkil edən ölkə (İsrail) və böyük beşliyə daxil olan dövlətlər – Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya müsabiqədənkənar daxil olurlar. Qalan 20 iştirakçı yarımfinal turlarının nəticələrinə əsasən finala vəsiqə qazanırlar.Məlumat üçün qeyd edək ki, sayca 64-cü “Eurovision–2019” mahnı müsabiqəsinə İsrailin Təl-Əviv şəhəri ev sahibliyi edir. Bu böyük mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 14-də və 16-da, final mərhələsi isə mayın 18-də keçiriləcək.xeber100.com

Yanvar 29, 2019 11:36

“Boqema” ikipərdəli operası nümayiş olunacaq

Fevralın 9-da Opera və Balet Teatrında Cakomo Puççininin “Boqema” ikipərdəli operası nümayiş olunacaq.Teatrdan bildirilib ki, quruluşçu rejissoru Cənnət Səlimova olan səhnə əsərində sənət ocağının aparıcı solistləri A.Abbasova, İ.Babayeva, A.Rzazadə, V.Qromov, Ə.Poladov, T.Ağasıyev, Ə.Əsgərov, F.Məmmədov və Ə.İbrahimov çıxış edəcəklər.xeber100.com

Yanvar 28, 2019 11:31

Milli Dram Teatrı fevral ayının repertuarını təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fevral ayı üçün nəzərdə tutulan repertuarı maraqlıdır. Repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan tamaşalar yer alır.Azərtac repertuarı təqdim edir: 1 fevral – “Cəhənnəm sakinləri” 2 fevral – “Bir, iki, bizimki”, “Zorən Şorgöz” 3 fevral – “Almaz” 7 fevral – “Qəribə, çox qəribə əhvalat” 8 fevral – “Ölülər” 9 fevral – “Çippolino” , “Boy çiçəyi” 10 fevral – “Anamın kitabı” 14 fevral – “Manqurt” 15 fevral – “Sinif yoldaşları” 16 fevral – “Nindza tısbağalar”, “Şah Qacar” 17 fevral – “Nindza tısbağalar”, 22 fevral – “Qətibə İnanc” 23 fevral – “Bratino”, “Müfəttiş” 24 fevral – “Qürbətdən gələn məktublar”, “Mənim günahım” 26 fevral- “Qarabağnamə”.xeber100.com

Yanvar 25, 2019 2:19
    Page 66 of 219« First«...102030...6465666768...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az