Oktyabrın 25-27-də Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda üçüncü Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” simpoziumu keçiriləcək.Azərtac xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə üç gün davam edəcək simpozium konfrans, tematik sərgilər, ustad dərsləri, moda nümayişi və satış yarmarkasından ibarət olacaq. Azərbaycan, ingilis, rus və türk dillərində keçiriləcək tədbirə 22 ölkədən 83 iştirakçı qatılacaq.Simpozium çərçivəsində keçə sənəti nümunələrindən ibarət “Ənənəvi keçə sənəti” və “Keçə müasir incəsənətdə” sərgiləri təşkil ediləcək. Hər iki sərgidə azərbaycanlı ustalarla yanaşı, türk, rus, qırğız, macar, İsveç və digər ölkələri təmsil edən sənətkarların əl işləri nümayiş olunacaq.xeber100.com