03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Opera və Balet Teatrı yeni teatr mövsümünə hazırlaşır

Opera və Balet Teatrı yeni teatr mövsümünü sentyabrın 19-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.Teatrdan Azərtac-a bildirilib ki, sentyabrın sonrakı günləri teatrın səhnəsində maraqlı səhnə əsərləri tamaşaçıların ixtiyarına veriləcək. Belə ki, sentyabrın 22-də A.Pyatsollanın “Məhəbbət tanqosu” baleti, sentyabrın 23-də M. Maqomayevin “Şah İsmayıl” operası təqdim olunacaq.Bundan başqa, sentyabrın 26-da Q.Qarayevin “Leyli və Məcnun”, “Don Kixot” baletləri, sentyabrın 30-da isə C.Puççininin “İl Tabarro” operası göstəriləcək.Qeyd edək ki, sənət ocağı hər il mövsümü ənənəvi olaraq “Leyli və Məcnun” operası ilə açır.xeber100.com

Sentyabr 5, 2018 12:55

Kukla Teatrı 87-ci mövsümün repertuarını açıqlayıb

Kukla Teatrı 87-ci mövsümün ilk ayının repertuarını açıqlayıb.Azərtac teatrın repertuarını təqdim edir: 15 sentyabr – Şarl Perro. “Qırmızı papaq”, rus xalq nağılı “Durna balığı”; 16 sentyabr - ərəb xalq nağılı “Əlibaba və qırx quldur”, Azərbaycan xalq nağılı “Şəngülüm, Məngülüm”; 21 sentyabr - A.Şaiq. “Tıq-tıq və Taq-taqın nağılı”; 22 sentyabr – Kəmalə Ağayeva. “Göyçək Fatma”; 23 sentyabr – Əli Səmədov. “Cik-cik xanım”; 28 sentyabr – Astrid Lindqren. “Karlson”; 29 sentyabr - Leprens de Bomon. “Gözəl və bədheybət”, Canni Rodari. “Çipollino”; 30 sentyabr – Mirmehdi Seyidzadə. “Cırtdan”, “Üç cəsur”. Tamaşalar 12:00, 14:00 və 16:00-da başlanır.xeber100.com

Sentyabr 4, 2018 10:15

XVII “Novaya volna” beynəlxalq müsabiqəsi başlanır

Bu gün Soçidə gənc ifaçıların XVII “Novaya volna” beynəlxalq müsabiqəsi başlanır.TASS informasiya agentliyi xəbər verir ki, müsabiqədə 10 ölkədən, o cümlədən Azərbaycan, Bolqarıstan, Yunanıstan, İtaliya, Qazaxıstan, Kanada, Malta, Rusiya, Ukrayna və Ermənistandan 15 finalçı çıxış edəcək. Rusiya müsabiqədə üç ifaçı – Ana Zorina, Darya Antonyuk və Dan Rozin, habelə üç musiqi kollektivi ilə təmsil olunur. Sentyabrın 9-dək davam edəcək müsabiqənin münsiflər heyətinin sədri bəstəkar və prodüser İqor Krutoydur.Azərbaycanı müsabiqədə Emil Qədirov təmsil edir.“Novala volna” bu gün estrada ulduzlarının ənənəvi qala-konserti ilə başlayacaq. Tamaşaçıları Filip Kirkorov, Sergey Lazarev, Dima Bilan, Diana Arbenina, Nikolay Baskov və başqalarının çıxışları gözləyir.xeber100.com

Sentyabr 4, 2018 10:13

Gənc Tamaşaçılar Teatrı növbəti mövsümünü açıq elan edib

Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü açıq elan edib.Teatrın mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd edilməsi ilə bağlı bu il iyulun 9-da imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Tədbirinin rejissoru Xalq Artisti Vaqif Əsədovdur.Yeni mövsümdə ilk tamaşalar sentyabrın 22-də nümayiş olunacaq. Həmin gün saat 14:00-da uşaqlar üçün P.Cullifordun “Şirinlər”, 19:00-da isə böyüklər üçün Məhəmməd Füzulinin “Leyli və Məcnun” tamaşaları təqdim ediləcək.Hazırda kollektiv M.Servantesin “Don Kixot” əsərinin məşqlərini davam etdirir, həmçinin Əməkdar Artist, rejissor Nicat Kazımov “Bremen musiqiçiləri” tamaşasını hazırlayır.xeber100.com

Sentyabr 3, 2018 11:32

XIX Beynəlxalq Piano Festivalı keçiriləcək

Sentyabrın 1-də Antalyada XIX Beynəlxalq Piano Festivalı başlanacaq.Anadolu agentliyi xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq piano festivalı çərçivəsində, həmçinin vokal çıxışların və rəqs şoularının təqdimi nəzərdə tutulur.Sentyabrın 9-da tanınmış tunisli etnik caz ustadı Dhafer Youssefin konsert proqramı ilə festivala yekun vurulacaq. Sufi ənənəsi, caz elementləri və ərəb lirizminin yer aldığı konsertdə sənətkar “Diwan of Beauty and Odd” adlı albomunu musiqisevərlərə təqdim edəcək.Festival çərçivəsində gənc pianoçuların müsabiqəsi də keçiriləcək.xeber100.com

Avqust 29, 2018 1:05

“Muğam axşamları” layihəsinin ikinci mərhələsində

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti oktyabrın 11-də keçiriləcək.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, konsert “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq. Respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.Qeyd edək ki, icrasına bu ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti noyabrın 1-də “Orta mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcək.xeber100.com

Avqust 28, 2018 12:33

Beynəlxalq musiqi festivalı başlayıb

Avqustun 27-də Gürcüstanın Batumi şəhərində “Böyük İpək Yolunda ulduzunu tap” adlı ilk beynəlxalq musiqi festivalı başlayıb.Azərtac xəbər verir ki, bu mötəbər musiqi yarışmasında Gürcüstan, Azərbaycan, Çin, Türkiyə, Yunanıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, bəzi Şərqi Avropa ölkələri də daxil olmaqla, 14 dövlətin nümayəndələri iştirak edirlər.Sentyabrın 1-dək davam edəcək musiqi festivalının əsas məqsədi ölkələr arasında mədəni əlaqələri inkişaf etdirmək, gənc istedadları üzə çıxarmaqdır. Festivalda iştirakçılar üç mərhələdə mübarizə aparacaqlar. Onlar əvvəlcə dünya hit mahnılarını, sonra öz ölkələrinin, sonda isə Gürcüstan mahnılarını ifa edəcəklər.Festivalda birinci yeri qazanan gənc müğənni 10 min dollar mükafat alacaq. İkinci yerin sahibinə pulsuz Avropa ölkələrinə tur paketi təqdim olunacaq. Üçüncü yerin qalibi də mükafatsız qalmayacaq.xeber100.com

Avqust 27, 2018 8:13

Musiqili Teatr 109-cu teatr mövsümünə hazırlaşır

Musiqili Teatr 109-cu teatr mövsümünü Ü.Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə açacaq.Teatrdan Azərtac-a bildirilib ki, yeni mövsümün açılış mərasimi sentyabrın 21-dən 20-nə keçirilib.Sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri axşam saat 19.00-da teatrsevərlərin ixtiyarına veriləcək.xeber100.com

Avqust 27, 2018 8:11

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Avqustun 13-də “YARAT” Müasir İncəsənət Mərkəzi uşaqları nənə-babaları ilə birlikdə “Camping and Gramping” yay düşərgəsinə qatılmağa dəvət edir.Azərtac xəbər verir ki, sözügedən proqram “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgiyə həsr olunur. Ustad dərslərin mövzusu “Xəyallar”dır və iştirakçılar öz xəyallar aləmini yaratmaq imkanı əldə edəcəklər.Ustad dərslər istedadlı kuklaçı-rəssam Leyla Qabulova tərəfindən aparılacaq.Sonda əsərlərin yekun sərgisi açılacaq.xeber100.com

Avqust 8, 2018 10:20

İndoneziya mədəniyyət festivalı keçiriləcək

Sentyabrın 11-16-da Bakıda İndoneziya mədəniyyət festivalı keçiriləcək. İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Arxipelağın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında keçiriləcək bu festivalın bundan öncə keçirilmiş iki festivaldan daha möhtəşəm olacağı gözlənilir.Səfirlikdən Azərtac-a bildirilib ki, festival Bakı şəhərinin iki məkanında - Heydər Əliyev Sarayı və Fəvvarələr meydanında reallaşacaq. Festival iki ölkə arasında ikitərəfli mədəni əlaqələri daha da gücləndirmək məqsədi daşıyır.Festivalın ilk günü Heydər Əliyev Sarayında tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyəcəklər. Həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edəcək. Rəqslərlə yanaşı, “Garuda Bakı” və “Sampan Bujana Sentra” rəqs klublarının rəqqasları da öz çıxışları ilə iştirakçılara xüsusi zövq bəxş edəcəklər. Tədbirin proqramına İndoneziya və Azərbaycan Pençak-silat Federasiyaları tərəfindən təşkil olunan ozünümüdafiə sənətinin incəliklərinin nümayiş etdirilməsi də daxildir.xeber100.com

Avqust 6, 2018 2:22
    Page 72 of 218« First«...102030...7071727374...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az