Bakı Musiqi Akademiyası təqdim edir

Fevralın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Şövkət Məmmədova adına Opera Studiyasında Vincenzo Bellinin “Norma” operasının premyerası olacaq.Azərtac xəbər verir ki, bununla əlaqədar bu gün BMA-da mətbuat konfransı keçirilib. Tədbirdə akademiyanın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva tamaşanın yaradıcı heyətini təbrik edərək onları təqdim edib. Bildirib ki, premyera Azərbaycanın ilk opera ifaçısı Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr edilir.“Opera Studiyası tələbələr üçün bir təcrübə laboratoriyasıdır. Tələbələr burada səhnədə oynamağı, ifaçılığı öyrənirlər. Tələbələr üçün hər bir şərait yaratmağa çalışırıq ki, onlar gələcəkdə də ölkəmizi yüksək, professional ifaçılar kimi təmsil etsinlər. Tamaşada Mədəniyyət və İncəsənət Universitetinin aktyor ixtisası üzrə təhsil alan tələbələri iştirak edəcək”, - N.Quliyeva qeyd edib.Qeyd edilib ki, opera-seria janrında olan, belkanto üslubunun tanınmış şedevridir və paytaxtımızın mədəni həyatında böyük hadisədir. Əsər italiyalı bəstəkar Vincenzo Bellinin ikipərdəli lirik tragediyasıdır. Hadisələr romalılar tərəfindən fəth edilən Qalliya şəhərində cərəyan edir. Operanın ilk premyerası 1831-ci ildə Milanın La-Skala teatrında səhnəyə qoyulub.xeber100.com

Fevral 7, 2018 1:35

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatı

Uzun illərdir Türkiyənin Adana şəhərində yaşayan Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, yunan yazıçısı Yakovos Kambanellisin “Möcüzələr həyəti” əsəri (“Harikalar Avlusu”) əsasında hazırlanmış eyniadlı tamaşaya baxış Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində gerçəkləşib. Premyerada Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının baş rejissoru və “Altın Koza” Film Festivalının baş direktoru İsmail Dikilitaş, eləcə də yüzlərlə sənətsevər iştirak edib.Tamaşa Afinanın kənar məhəllələrində yaşayan insanların yaşadıqları çətinliklərdən qurtarmaq üçün apardığı mübarizədən, ümidlərindən bəhs edir. Eyni həyətə baxan beş otaqda yaşayan beş ailənin iç-içə davam edən həyatındakı sevinci, kədəri, sirləri bölüşməsi, bir-birinə dəstək olaraq yaşamaq uğrunda mübarizəsi anladılır.Sonda İsmail Dikilitaş tamaşanın rejissoru, professor Cahangir Novruzova gül dəstəsi təqdim edərək minnətdarlığını bildirib. O, eyni zamanda, teatr sənətini yaşatdığı və teatr xadimlərinə böyük dəyər verdiyi üçün Adana Böyükşəhər Bələdiyyə sədri Hüseyn Sözlüyə təşəkkür edib.xeber100.com

Fevral 5, 2018 2:16