Qısametrajlı bədii film layihələri müsabiqəsində

Dekabrın 19-da Nizami Kino Mərkəzində qısametrajlı bədii film layihələri müsabiqəsində iştirak etmək arzusunda olan ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərlə əlaqədar təşkilatçılarla görüş keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, şöbənin əməkdaşı Elşad Əliyev çıxış edərək müsabiqə barədə məlumat veriblər. Bildirilib ki, müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil kino şirkətləri iştirak edə bilərlər. Müstəqil fəaliyyət göstərən gənc müəlliflər müsabiqədə iştirak etmək üçün layihələrini prodüser mərkəzlərinə təqdim etməlidirlər. Kino layihəsinin prodüseri və rejissoru 35 yaşadək kinematoqrafçılar olmalıdır. Müsabiqə üçün sənədlər eyni deviz altında olan iki bağlı zərfdə gələn il aprelin 20-dək nazirliyə təqdim edilməlidir. Birinci zərfdə çəkilişi rəqəmli daşıyıcıda nəzərdə tutulan, istənilən növ, janr və formatda az büdcəli qısametrajlı bədii filmin ədəbi ssenarisi, adları qeyd edilmədən filmin rejissoru və prodüserinin gələcək film haqqında bir səhifəlik şərhləri, layihənin təxmini smeta dəyəri və istehsalı haqqında məlumat daxil ediləcək. Üzərində eyni deviz qeyd edildiyi ikinci bağlı zərfdə müsabiqə iştirakçısı olan kino şirkətinin adı, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, poçt və bank rekvizitləri, həmçinin rejissor, ssenari müəllifi və prodüserin adları, əlaqə telefonları qeyd olunur. Sənədlər paketi tam olmadığı halda layihə buraxılmır.xeber100.com  

Dekabr 19, 2017 3:04