Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatı

Uzun illərdir Türkiyənin Adana şəhərində yaşayan Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, yunan yazıçısı Yakovos Kambanellisin “Möcüzələr həyəti” əsəri (“Harikalar Avlusu”) əsasında hazırlanmış eyniadlı tamaşaya baxış Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində gerçəkləşib. Premyerada Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının baş rejissoru və “Altın Koza” Film Festivalının baş direktoru İsmail Dikilitaş, eləcə də yüzlərlə sənətsevər iştirak edib.Tamaşa Afinanın kənar məhəllələrində yaşayan insanların yaşadıqları çətinliklərdən qurtarmaq üçün apardığı mübarizədən, ümidlərindən bəhs edir. Eyni həyətə baxan beş otaqda yaşayan beş ailənin iç-içə davam edən həyatındakı sevinci, kədəri, sirləri bölüşməsi, bir-birinə dəstək olaraq yaşamaq uğrunda mübarizəsi anladılır.Sonda İsmail Dikilitaş tamaşanın rejissoru, professor Cahangir Novruzova gül dəstəsi təqdim edərək minnətdarlığını bildirib. O, eyni zamanda, teatr sənətini yaşatdığı və teatr xadimlərinə böyük dəyər verdiyi üçün Adana Böyükşəhər Bələdiyyə sədri Hüseyn Sözlüyə təşəkkür edib.xeber100.com

Fevral 5, 2018 2:16

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə…

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçiriləcək.Nazirlikdən Azərtac-a bildirilib ki, müsabiqə iki turdan ibarətdir. Birinci turun ilk mərhələsi 2018-ci ilin fevral-mart aylarında şəhər (rayon) mərkəzi kitabxanalarında təşkil olunacaq. İlk turda münsiflər heyəti tərəfindən hər şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə bir nəfər qalib seçiləcək.Müsabiqənin ikinci mərhələsi cari ilin aprel ayı ərzində Bakı şəhəri və 15 regional mərkəz üzrə təşkil olunacaq. Bu mərhələdə hər bir şəhər (rayon) üzrə qalib gəlmiş bədii qiraətçilər iştirak edəcəklər. Bu mərhələdə regional mədəniyyət və turizm idarələri tərəfindən müəyyənləşdirilən münsiflər heyəti tərəfindən hər region üzrə 2 qalib seçiləcək.May ayında Bakı şəhərində təşkil ediləcək müsabiqənin final mərhələsi və Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi münsiflər heyəti tərəfindən seçilən qaliblər (I yer üzrə bir nəfər, II yer üzrə iki nəfər, III yer üzrə üç nəfər və 4 həvəsləndirici yer) xüsusi hədiyyələr və nazirliyin diplomları ilə təltif olunacaqlar.xeber100.com

Fevral 1, 2018 2:44