23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Eurovision-2018” mahnı müsabiqəsində püşkatma mərasimi keçirilib

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsində iştirakçıların çıxışının ardıcıllığı üzrə püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, iştirakçı ölkələrin sayının tək olması nəticəsində təşkilatçılar birinci yarımfinalda 19, ikinci yarımfinalda isə 18 nəfərin iştirak etməsinə qərar veriblər.Püşkatmaya əsasən, ölkəmizi müsabiqədə təmsil edən Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək.Ölkəmizin bu mərhələdə rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq.Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.xeber100.com

Yanvar 30, 2018 1:21

Musiqili Teatr fevral repertuarını təqdim edir

Musiqili Teatrın fevral repertuarı maraqlı tamaşalarla zəngindir. Teatrın repertuarını təqdim edirik: 2 fevral - “Qoğal” (rus dilində), “Ər və arvad” 3 fevral - “Dəcəl çəpişlər”, “Toya bir gün qalmış” 4 fevral - “Yağış göbələyinin macərası”(rus dilində), “Mənim günahım” 9 fevral - “Silva”(rus dilində) 10 fevral - “Bir dayan, canavar!” (rus dilində), “Molla Nəsrəddinin beş arvadı” 11 fevral - “Qırmızı papaq”, “O olmasın, bu olsun” 16 fevral - F.Əmirovun musiqiləri əsasında “999-cu gecə” 17 fevral - “Hacı Qara”, “Mən dəyərəm min cavana” 18 fevral - “Qızıl cücə” (rus dilində) , “Baladadaşın toy hamamı” 23 fevral - “Qafqazlı qardaşqızı” (rus dilində) 24 fevral - “Düyməcik” (rus dilində), “Bankir adaxlı” 25 fevral - “Meşə çaqqalsız olmaz”, “Arşın mal alan”.xeber100.com

Yanvar 30, 2018 1:18

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Yanvarın 30-da “YARAT” Müasir İncəsənət Mərkəzində Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Dağlı qız” filmi nümayiş ediləcək.Azərtac xəbər verir ki, “YARAT” Film Klubunun təşəbbüsü ilə təqdim ediləcək ekran əsəri adət-ənənələrə qarşı çıxan və sevilməyən bir insanla evlənməkdən imtina edən bir qızdan bəhs edir.Kinorejissor İrina Poplavskaya tərəfindən lentə alınan ekran əsərinin məzmunu Dağıstanın Xalq Şairi Rəsul Həmzətovun eyni adlı poemasının süjetindən götürülüb. Film XX əsrinin 70-ci illərində ekranlaşdırılsa da onun mövzusu hələ də aktuallığını itirməyib.xeber100.com

Yanvar 29, 2018 12:21

“Grammy”nin 60-cı təqdimetmə mərasimi keçirilib

Nyu-Yorkda musiqi dünyasının ən nüfuzlu mükafatlarından sayılan “Grammy”nin 60-cı təqdimetmə mərasimi keçirilib.Azərtac xəbər verir ki, ifaçı Bruno Mars bir neçə nominasiyada “Grammy” mükafatı qazanıb. Onun “That's What I Like” adlı mahnısı “İlin ən yaxşı mahnısı” seçilib. Bundan başqa, onun “24 K Magic” albomu da “İlin ən yaxşı albomu” nominasiyasında qalib olub. Bruno Mars “Ən yaxşı səsyazma” nominasiyasında da mükafata sahib olub.“Ən yaxşı klassik instrumental solo ifa” nominasiyasında birinci yerə rus pianoçu Daniil Trifonov layiq görülüb. “Ən yaxşı pop ifa” nominasiyasında Ed Şiran qalib olub. Aktrisa Kerri Fişer ölümündən sonra “Ən yaxşı sözlü albom” nominasiyasında qalib olub. Mükafat ən yaxşı poetik seçmələrə və ya audiokitablara görə verilir.xeber100.com

Yanvar 29, 2018 12:18

Xətai Sənət Mərkəzi təqdim edir

Fevralın 2-də Bakı Xətai Sənət Mərkəzində Gənclər Gününə həsr olunmuş “Gəncliyimiz gələcəyimizdir” adlı rəsm sərgisi açılacaq.Tədbirin təşkilatçısı gənc rəssam Aygün İsgəndərova Azərtac-a bildirib ki, sərgidə incəsənətin bütün janrlarına aid əsərlər nümayiş etdiriləcək.Layihə rəhbəri Elnurə İsgəndərova olan sərgidə 15-dən çox gənc fırça ustasının 200-dək əsəri ziyarətçilərin ixtiyarına veriləcək.Sonda iştirakçılara sertifikatların və diplomların verilməsi nəzərdə tutulur.xeber100.com

Yanvar 26, 2018 10:16

Noida Beynəlxalq Kinofestivalının 5-ci mövsümündə

Rejissor Şamil Əliyev beynəlxalq kinofestivala münsiflər heyətinin üzvü kimi dəvət alıb.Qeyd edək rejissor Noida Beynəlxalq Kinofestivalının 5-ci mövsümündə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.Festivalda qaliblərin mükafatlandırma mərasimi fevralın 12-də Hindistanın Delhi şəhərində keçiriləcək.Qeyd edək ki, Şamil Əliyev “Çölçü” filmi ilə 2015-ci ildə 2-ci Noida Beynəlxalq Kinofestivalında iştirak edərək “Ən yaxşı rejissor” adına layiq görülüb.xeber100.com

Yanvar 26, 2018 10:12

Rəssamlar İttifaqında sərgi açılacaq

Fevralın 2-də Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Gənclər Gününə həsr edilmiş sərgi açılacaq.İttifaqdan Azərtac-a məlumat verilib ki, sərgi Gənclər və İdman Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə 150 gənc fırça ustasının 200-dən çox sənət əsəri nümayiş olunacaq.Dörd gün davam edəcək sərginin ekspozisiyasında incəsənətin bütün janrlarında olan əsərlər yer alacaq.xeber100.com

Yanvar 25, 2018 2:49

Rus Dram Teatrı fevral ayının repertuarını təqdim edir

Rus Dram Teatrı fevral repertuarını açıqlayıb.Azərtac teatrın repertuarını təqdim edir: 2 fevral – “Sonuncu ehtiraslı aşiq” 3 fevral – “Məmə” 4 fevral – “Şəhrizadın daha bir gecəsi” 10 fevral – “Teatr həyatdır!” (Aleksandr Şarovskinin yubiley gecəsi) 11 fevral – “Məhəbbətlə zarafat etmirlər” 14 fevral – “Əli və Nino” 16 fevral – “Sanset bulvarı” 17 fevral – “Senyor Todero-xuliqan” 18 fevral – “Xalam bundu” 23 fevral – “Peterburqlu sələmçi” (premyera) 24 fevral – “Kraliçanın son ehtirası” 25 fevral – “Mərasim”. Uşaqlar üçün: 3 fevral – “Nağılı tap–1” 4 fevral – “Nağılı tap–5” 10 fevral – “Gəlin, nağıla baxaq” 11 fevral– “Durnabalığının buyruğu ilə” 17 fevral– “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl” 18 fevral – “Anam, atam və mən!” 24 fevral – “Üç donuz balası, Qırmızı papaq və boz canavarlar” 25 fevral – “Güləbətin tikən qız və süpürgəçi”.xeber100.com  

Yanvar 25, 2018 2:46

Mədəniyyət və turizm naziri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 30-da saat 11.00-da Xırdalan şəhərində vətəndaşları qəbul edəcək.Nazirlikdən Azərtac-a bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev parkı, Qalubiyyə küçəsi 1) Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.xeber100.com

Yanvar 24, 2018 3:09

“Oskar” mükafatına namizədlərin adları açıqlanıb

Los-Ancelesdə “Oskar” mükafatına namizədlərin adları açıqlanıb.Rusiya KİV-ləri xəbər verir ki, qaliblər bu il martın 4-də Los-Ancelesdə keçiriləcək mərasimdə elan olunacaq. Ən yaxşı film: “Məni öz adınla çağır”, “Qaranlıq zamanlar”,“Dünkerk”,“Ledi Börd”, “Kabus sapı”, “Məxfi dosye”, “Suyun şəkli” ,“Edinqburq sərhədində üç bilbord, Missuri”,“Rədd ol”. Ən yaxşı rejissor:Kristofer Nolan, “Dünkerk”, Qreta Qerviq,“Ladi Börd”, Pol Tomas Anderson, “Kabus sapı”, Gilyermo del Toro, “Suyun şəkli”, Cordan Pil, “Rədd ol”.Ən yaxşı aktrisa:Salli Hokins, “Suyun şəkili”,Sirşa Ronan “Ledi Börd”,Frensis MakDormand, “Edinqburq sərhədində üç bilbord, Missuri”,Marqo Robbi, “Tonya hamıya qarşı”,Meril Strip, “Məxfi dosye”,Ən yaxşı aktyor:Heri Oldman, “Qaranlıq zamanlar”,Timoti Şalame, “Məni öz adınla çağır”,Deniel Dey-Lyuis, “Kabus sapı”.Denile Kaluya, “Rədd ol”,Denzel Vaşinqton, “Roman İzrael, Esq”.xeber100.com  

Yanvar 24, 2018 3:06
    Page 89 of 218« First«...102030...8788899091...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az