14 Aprel 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Moskva Filarmoniyasının məlumatı əsasında…

Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) fevralın 7-də Moskva Filarmoniyasının P.Çaykovski adına zalında konsert proqramı ilə çıxış edəcəklər.Moskva Filarmoniyasının saytı xəbər verir ki, ifaçıları Rusiya Milli Filarmonik Orkestri müşayiət edəcək. Dirijor SSRİ Xalq Artisti Vladimir Spivakovdur.Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.xeber100.com

Yanvar 5, 2018 11:16

“Yuğ” Teatrı yanvar repertuarını təqdim edir

“Yuğ” Teatrının yaradıcı kollektivi bu ay tamaşaçılarının görüşünə maraqlı səhnə əsərləri ilə gələcək.Azərtac teatrın repertuarını təqdim edir: 6 yanvar – “Quş dili” 7 yanvar – “Medeya sekvensiya– 01” 12 yanvar – “Metomorfoza” 13 yanvar - “Sonuncu” 19 yanvar - “Məhşər günü” 26 yanvar – “Ründi Şeyda” 27 yanvar – “Naməlum Axundzadə” 31 yanvar- “Səsimi unutma” Qeyd edək ki, teatrsevərlər səhnə əsərlərini A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləyəcək.xeber100.com

Yanvar 5, 2018 11:09

“Jara” Beynəlxalq Musiqi Festivalında…

2018-ci il iyulun 26-dan 29-dək Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalında tamaşaçılara maraqlı konsert proqramları təqdim ediləcək.Azərtac festivalın “facebook” səhifəsinə istinadla xəbər verir ki, iyulun 26-da festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq. İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. İyulun 28-də “Leninqrad” qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze, Lyubov Uspenskaya və Yuri Antonovun yaradıcılıq gecəsi təşkil olunacaq. Yubiley və yaradıcılıq gecələrində digər musiqiçilər də iştirak edəcəklər.Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.Xatırladaq ki, “Jara-2018”in biletləri dekabrın 1-dən satışa çıxarılıb.xeber100.com

Yanvar 4, 2018 2:58

Opera və Balet Teatrı yanvar repertuarını təqdim edir

Opera və Balet Teatrının yanvar repertuarı maraqlı səhnə əsərləri ilə zəngindir.Sənət ocağının yanvar repertuarını təqdim edirik: 6 yanvar – “Çarli və şokolad fabriki” 7 yanvar – “Əfsanənin qayıdışı” 10 yanvar – “Şah İsmayıl” 13 yanvar – “Yeddi gözəl” 14 yanvar – “Kənd namusu” 19 yanvar – “İntizar” 21 yanvar – “Leyli və Məcnun” 27 yanvar – “Traviata”.xeber100.com

Yanvar 4, 2018 2:53

12-ci Beynəlxalq Yumor festivalı keçiriləcək

Qəbələdə 12-ci Beynəlxalq “Veselo” Yumor festivalı keçiriləcək.Apa-nın xəbərinə görə, 4-11 yanvar tarixlərində baş tutacaq festivalda gündüz saatlarında idman və əyləncə proqramları, axşam saatlarında isə konsert və yumor proqramları gerçəkləşək.2009-cu ildən həyata keçirilməyə başlayan bu festival ilk olaraq Yunanıstanda, növbəti illərdə isə İordaniya, BƏƏ, Türkiyə və Ukrayna kimi ölkələrdə baş tutub.Festivalın bu illər boyu Valeriy Meladze, Ani Lorak, Nochniye Snayperi, Diana Arbenina və s. tanınmış müğənni ifaçıları olub. Festival ailəli, qrup və ya fərdi şəkildə aktiv istirahət etmək istəyən şəxsləri bir həftə müddətində gündəlik təşkil olunan müxtəlif əyləncə proqramları ilə təmin edir. Festival bu günə kimi 15000 iştirakçı üçün müxtəlif əyləncə proqramları təşkil edib.Festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və “ Nocnie Snayperi” qrupu, Nataliya Moqilevskaya və “Kvartal 95” Yumor qrupudur. Bundan əlavə festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər fəaliyyətlər nəzərdə tutulub.xeber100.com

Dekabr 30, 2017 10:10

Gənc Tamaşaçılar Teatrı yanvar repertuarını təqdim edir

Gənc Tamaşaçılar Teatrı yanvar ayında maraqlı tamaşalar təqdim edəcək.Azərtac teatrın yanvar repertuarını təqdim edir: 1, 2, 3, 6 və 7 yanvar - “Hörümçək adam”; 13 yanvar -“Tıq-Tıq Xanım”, “Buzovna kəndinin əhvalatları”; 14 yanvar- “Dəcəl keçi”, “Mehmanxana sahibəsi”; 19 yanvar - “Mənim ağ göyərçinim; 20 yanvar -“Əlincə Qalası”, “Mənim ağ göyərçinim”; 21 yanvar - “Çipollino”, “Romeo və Cülyetta”; 25 yanvar - “Eşq-i Nigar”; 26 yanvar - “Qaraca qız”; 27 yanvar - “Qırmızı papaq”, “Leyli və Məcnun”; 28 yanvar - “Çirkin ördək balası”, Ə.Əmirli “Hasarın o üzü”; 29 yanvar - “Ələddinin sehirli çırağı”; 30 yanvar - “Müsyö Jordan və Dərviş Məstəli şah”; 31 yanvar - “Ağ ölüm”; Sənət ocağı repertuarında monotamaşalara da yer ayırıb: 9 yanvar - “Vurğuna vurğun gəlin”; 10 yanvar- “İstədiyim kimi yaşamışam”; 11 yanvar -“Dəlinin qeydləri”; 12 yanvar - “Cəza”; 16 yanvar - “Sonluğun sonu”; 17 yanvar - “İdiot”; 18 yanvar - “Kontrabas”.xeber100.com

Dekabr 29, 2017 3:00

Rus Dram Teatrı yanvar repertuarını açıqlayıb

Rus Dram Teatrı 2018-ci ilin yanvar repertuarını açıqlayıb.Azərtac teatrın repertuarını təqdim edir: 5 yanvar – “Əli və Nino”; 6 yanvar – “Məhəbbətlə zarafat etmirlər”; 7 yanvar – “Məmə” (premyera); 12 yanvar – “Afina axşamları”; 13 yanvar – “Xalam bundu” 14 yanvar – “Senyor Todero-xuliqan”; 18 yanvar – “Yeddi gözəl”; 21 yanvar – “Qürur və qərəz”; 25 yanvar – “Artistin taleyi”; 26 yanvar – “Peterburqlu sələmçi”; 27 yanvar – “Sanset bulvarı”; 28 yanvar – “Mərasim”. Uşaqlar üçün: 6 yanvar – “Durnabalığının buyruğu ilə”; 13 yanvar – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”; 14 yanvar – “Atam, anam və mən; 21, 29-31 yanvar – “Üç donuz balası, Qırmızı papaq və boz canavarlar”; 27-28 yanvar – Moskva teatrının qastrolu. “Morozko”. Böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00 və 15.00-da başlanır.xeber100.com

Dekabr 28, 2017 1:54

Pantomima Teatrı yanvar repertuarını təqdim edir

Pantomima Teatrı növbəti ilin ilk ayı maraqlı tamaşalarla çıxış edəcək.Azərtac teatrın yanvar repertuarını təqdim edir: 6 yanvar - “Dejavü”; 7 yanvar - “Mənim balığımsan”; 13 yanvar - “Pantomima buketi”; 14 yanvar - “Fəlakət və İnsan” (uşaq tamaşası), “6+1 № Palata”; 21 yanvar - “Ağ bığlılar”; 27 yanvar – “Underground”; 28 yanvar - “Fəlakət və İnsan” (uşaq tamaşası), “Ora-Bura”. Böyüklər üçün tamaşalar saat 18:00-da, uşaqlar üçün saat 14:00-da nümayiş olunacaq.xeber100.com  

Dekabr 28, 2017 1:44

“Məhəbbət səfiri” sənədli filminin təqdimatı keçiriləcək

Dekabrın 27-də Bakıda “Məhəbbət səfiri” sənədli filminin təqdimatı keçiriləcək.Hindistanın Azərbaycandakı səfirliyindən Azərtac-a bildiriblər ki, film məşhur hind aktyoru, dünyada sülh, məhəbbət və qardaşlıq carçısı kimi tanınan Dharmendranın həyatına və yaradıcılığına həsr olunub.Sənədli filmin baş qəhrəmanı Dharmendra (əsl adı Dharam Sinqh Deol) həm də prodüser və siyasətçidir. Hindistan kinematoqrafiya sənətinə verdiyi töhfələrə görə o, bu ölkənin üçüncü ən yüksək mülki mükafatı olan Padma Bhuşan, həmçinin bir neçə mükafata layiq görülüb. Aktyor bir çox ekran əsərində, o cümlədən “Daş və Çiçək”, “Sevimli Raca”, “Qisas və Qanun”, “Cəngəlliklər kralı”, “Əbədi məhəbbət nağılı”, “Əlibaba və qırx quldur”, “Üç muşketyor kimi”, “Samrat” və digər məşhur filmlərdə çəkilib.xeber100.com

Dekabr 27, 2017 1:09

“Muğam və mənəviyyat” adlı layihənin növbəti konserti təşkil edilib

Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” adlı layihənin növbəti konserti təşkil edilib.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, konsert “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi əsasında gerçəkləşib.Konsertdə Xalq Artisti Gülyanaq Məmmədova, xanəndələr Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, Fəraməz Gərmrudi tərəfindən xalq və bəstəkar mahnıları, habelə muğam və təsniflər səsləndirilib.Tədbirdə xanəndələri Əməkdar Artist, tarzən Əliağa Sədiyevin bədii rəhbərliyi ilə “Könül” instrumental ansamblı müşayiət edib.xeber100.com

Dekabr 26, 2017 3:18
    Page 93 of 219« First«...102030...9192939495...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az