03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Muğamat var olan yerdə” layihəsi çərçivəsində

Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edilib.Azərtac xəbər verir ki, konsert “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.Gecədə üçüncü “Muğam televiziya müsabiqəsi”nin qalibi Səbinə Ərəblinin ifasında xalq və bəstəkar mahnıları, habelə muğam və təsniflər dinlənilib. Konsertdə səslənən “Şur” təsnifini, “Kəsmə şikəstə”, “Qəlbimin səsi”, “Dünya”, “Səni sevən baxışlar” və digər mahnılar konsertə xoş ovqat qatıb.Konsertdə ifaçını Ələkbər Ələkbərovun bədii rəhbərliyi ilə “Uğur” ansamblı müşayiət edib.xeber100.com

Noyabr 22, 2017 7:27

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

“YARAT” Müasir İncəsənət Mərkəzi uşaqları noyabrın 25-də “Little Voice” layihəsinin ilk tədbirinə dəvət edir.“YARAT”dan Azərtac-a bildirilib ki, “Dünya uşaqların gözü ilə” adlı tədbir 9-15 yaşarası uşaq və yeniyetmələrə öz ideyalarını, hekayələrini və layihələrini bölüşməyə imkan yaradan platformadır.Tədbir çərçivəsində doqquz uşaq - spikerin maraqlı çıxışları və istedadlı uşaqların rəqsi, habelə müxtəlif musiqi nömrələri səsləndiriləcək. İştirakçılar iki saat müddətində dünyaya uşaqların gözü ilə baxmaq imkanı əldə edəcəklər.xeber100.com

Noyabr 21, 2017 12:53

“Forbes” jurnalının məlumatı əsasında…

Amerikanın “Forbes” jurnalı ilin ən çox qazanan müğənnilərinin siyahısını dərc edib.Rusiya KİV-ləri xəbər verir ki, siyahıya Beyons liderlik edib.Jurnalın məlumatına görə, amerikalı 36 yaşlı ulduz Beyons il ərzində 105 milyon dollar qazana bilib. Bu məbləğə “Lemonade” adlı son albomunun satışından və konsert turundan əldə etdiyi qazanc da daxildir. Bundan başqa, müğənninin geyim biznesi də var.İkinci yerdə 29 yaşlı britaniyalı müğənni Adel qərarlaşıb. O, 69 milyon dollar qazanıb.Ötən il siyahıya liderlik edən Teylor Svift 44 milyon dollar gəlirlə bu dəfə üçüncü pilləyə düşüb.Kanadalı ifaçı Selin Dion 42 milyon dollarla dördüncü, Cenifer Lopez isə 38 milyon dollar qazancla beşinci yerdə qərarlaşıb.xeber100.com

Noyabr 21, 2017 12:27

Pantomima Teatrı dekabr repertuarını təqdim edir

Pantomima Teatrı gələn ay maraqlı tamaşalarla çıxış edəcək.Azərtac sənət ocağının dekabr repertuarını təqdim edir: 2 dekabr - “Vuvana” (yeni tamaşa) 3 dekabr - “Pantomima buketi” 9 dekabr - “Dejavü” 10 dekabr – “Fəlakət və İnsan” (maarifləndirici uşaq tamaşası), “İt gəzdirən xanım” 16 dekabr - “Vuvana” 17 dekabr - “Underground” 23 dekabr - “Ağ bığlılar” 24 dekabr - “Fəlakət və İnsan”, ”Mənim balığımsan” 30 dekabr- “Vuvana”.xeber100.com

Noyabr 20, 2017 11:36

“Qara dastan-37” adlı sərgi açılacaq

Noyabrın 23-də İstiqlal Muzeyində muzeyin, Dövlət Təhlükəsizliyi Xidməti arxivinin və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə siyasi repressiyanın 80 illiyinə həsr olunmuş “Qara dastan – 37” adlı tədbir-sərgi keçiriləcək.Muzeydən Azərtac-a bildirilib ki, sərgidə yeni eksponatlar - müvəqqəti saxlama yerlərinin qapısı, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivinin sənədləri, muzeyin fondunda saxlanılan müxtəlif əşyalar nümayiş olunacaq.Sərgidə bu il anadan olmasının 135 illiyi dövlət səviyyəsində qeyd edilən və adı totalitar rejimin repressiya qurbanlarının bütövlüyünün rəmzinə çevrilən Hüseyn Cavidə aid guşə də ziyarətçilərə təqdim ediləcək.Qeyd edək ki, 1920-ci ildən başlayaraq 30 ilə yaxın davam edən siyasi repressiyalar Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biridir. Bu illər ərzində qabaqcıl düşüncəyə malik bir çox ziyalılarımız, şairlərimiz, yazıçılarımız, eləcə də dövlət xadimlərimiz repressiyanın qurbanına çevrildilər. 1937-ci ilin sonunda ümumi repressiyaya məruz qalanların sayı 80 min nəfərə çatmışdır.xeber100.com

Noyabr 20, 2017 11:32

“Azərbaycan Rəqs və Çerlidinq açıq Kuboku-2017” keçiriləcək

Dekabrın 3-də Bakıda Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə müasir rəqslər üzrə “Azərbaycan Rəqs və Çerlidinq açıq Kuboku-2017” keçiriləcək.Azərtac Təşkilat Komitəsinə istinadla xəbər verir ki, yarışların keçirilməsində əsas məqsəd müxtəlif müasir və ictimai rəqs növlərində fəaliyyət göstərən istedadlı kollektivlərin müəyyənləşdirilməsi, Azərbaycanı dünya və Avropa çempionatlarında təmsil etmək üçün rəqqasları və kollektivləri seçməkdir. Həmçinin ölkəmizdə və xaricdə rəhbərlər, xoreoqraflar, müəllimlər və rəqqaslar arasında təcrübə mübadiləsinin aparılması, sağlam həyat tərzinin təşviqi, uşaqlar, yeniyetmələr və gənclərin müasir və ictimai rəqs növləri ilə məşğulluğa cəlb olunması istiqamətində fəaliyyəti genişləndirmək də nəzərdə tutulur.Tədbir Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən Opera Studiyasının konsert salonunda keçiriləcək.xeber100.com

Noyabr 19, 2017 8:30

“Azərbaycanım” adlı rəsm sərgisi açılıb

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Azərbaycanım” adlı rəsm sərgisi açılıb.Azərtac xəbər verir ki, sərgi 17 noyabr-Milli Dirçəliş Gününə həsr edilib.Tədbirdə Rəssamlar İttifaqının katibi Ağali İbrahimov və Milli QHT Forumunun rəhbəri Rauf Zeyni çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.Vurğulanıb ki, layihə rəhbəri Elnurə İsgəndərova olan sərgidə 150-dən çox fırça ustasının 200-dək sənət əsəri nümayiş olunur. Bildirilib ki, ziyarətçilər ekspozisiyada müxtəlif yaş qrupuna mənsub rəssamların və dekorativ tətbiqi sənət ustalarının əsərləri ilə tanış ola biləcəklər.Sərginin ekspozisiyasında yer alan sənət əsərlərinin məna və məzmun baxımından zənginliyini qeyd edən natiqlər fırça ustalarına yaradıcılıq uğurları arzulayıblar.Sonda bir qrup fırça ustasına diplom və mükafatlar təqdim edilib.Təşəbbüskarı tanınmış gənc rəssam Aygün İsgəndərova olan sərgi üç gün ziyarətçilər üçün açıq qalacaq.xeber100.com

Noyabr 18, 2017 6:51

Avropa Yayım Birliyinin açıqlamasına əsasən…

Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision – 2018” mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 43-ə çatıb.Azərtac xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat dərc olunub.Avropa Yayım Birliyi ötən həftə mahnı müsabiqəsinə 42 ölkənin iştirakını açıqlasa da, Makedoniyanın hesabına siyahıda artım baş verib.Beynəlxalq müsabiqədə, həmçinin Azərbaycan, Albaniya, Avstriya, Avstraliya, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya iştirakını təsdiq edib.Bundan əlavə, təşkilatçılar noyabrın 30-dan mahnı müsabiqəsinə ilk biletlərin satışa çıxarılacağını elan ediblər. Qiymətlər 35 avrodan başlayacaq. Bilet satışının ikinci mərhələsi 2018-ci ilin əvvəlində baş tutacaq.Xatırladaq ki, Azərbaycanı müsabiqədə müğənni Aysel Məmmədova təmsil edəcək.xeber100.com

Noyabr 18, 2017 6:46

V Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək

Dekabrın 9-dan 11-dək Orenburqda V Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.Azərtac Orenburq Vilayət Filarmoniyasının saytına istinadla xəbər verir ki, dekabrın 9-da filarmoniyada festivalın açılış mərasimi olacaq. Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri və orkestri tamaşaçılara S.Raxmaninovun “Aleko” operasını konsert ifasında təqdim edəcək. Dekabrın 10-da filarmoniyada Rusiya Federasiyası Tatarıstan Respublikasının Dövlət Simfonik Orkestri çıxış edəcək. Festivalın sonuncu gününün konserti dekabrın 11-də Orenburqda M.Qorki adına Dram Teatrında olacaq. Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri və orkestri P.Çaykovskinin “Yevgeni Onegin” operasından lirik səhnələr göstərəcək.Festivalın təşkilatçıları Orenburq Vilayət Hökuməti, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Mstislav Rostropoviç Humanitar və Mədəni Proqramlar Fondu və Orenburq Vilayət Filarmoniyasıdır.xeber100.com

Noyabr 17, 2017 2:24

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

“YARAT” Müasir İncəsənət Məkanı incəsənətsevərləri noyabrın 21-də “Artım” layihəsi haqqında məlumat almağa dəvət edir.Azərtac xəbər verir ki, “YARAT” Müasir İncəsənət Mərkəzinin kitabxanasında reallaşacaq görüşdə hər kəs iştirak edə bilər.“Artım” layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. Sözügedən layihənin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.xeber100.com

Noyabr 17, 2017 2:22
    Page 98 of 218« First«...102030...96979899100...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az