Oktyabrın 14-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Oftalmoloji Konfrans və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı işə başlayıb.Tədbirdə açılış nitqi ilə çıxış edən mərkəzin direktoru professor Elmar Qasımov konfransın məqsədinin oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region və xarici həkimlərin iştirakını təmin etmək, yenilikləri müzakirə etməkdən ibarət olduğunu deyib. Direktorun sözlərinə görə, konfransda Bakı və regionun həkim heyəti ilə yanaşı, xaricdən həkim heyəti də iştirak edir. E.Qasımov təcrübə mübadiləsinin oftalmologiya sahəsinin inkişafına töhfə verəcəyinə inandığını bildirib.Türkiyədən gələn həkimlər - Sunay Duman, professorlar Suleyman Kaynak, Öner Gelişken, Rusiyadan olan professor Muxarram Bikbov konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib, oftalmologiya sahəsində müzakirə edilən yeniliklərin, irəli sürülən təkliflərin oftalmoloji xəstəliklərin müalicəsində faydalı olacağına əmin olduqlarını ifadə ediblər.Konfrans panel sessiyalarla davam edir.Qeyd edək ki, konfransın işinə oktyabrın 15-də yekun vurulacaq.xeber100.com