Sentyabrın 28-dən 30-dək Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi keçiriləcək.Azərtac xəbər verir ki, “BIHE” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləridir.Səhiyyə sərgisi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları və əczaçılar arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olmaqla yanaşı, ölkəmizdə səhiyyə sisteminin daha da səmərəli olmasına xidmət edir.Hazırda sərgiyə hazırlıq istiqamətində fəal iş aparılır. Tədbirə 100-dən artıq iştirakçının, o cümlədən Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlərin qatılacağı gözlənilir.xeber100.com