Nəfəsalmada problemi olanların diqqətinə…

Sağlam insan nəfəsalmasını hiss etmir. Bu belə olmalıdır. Bəzi hallarda insan nəfəsalmanın sürətlənməsini, çətinləşməsini hiss etməyə başlayır. saglamolun.az bildirir ki, bu fiziki gərginlik, güclü stress zamanı mümkündür. Lakin bəzən hətta sakit vəziyyətdə olduqda və ya çox cüzi fiziki gərginlikdən (piyzda getmək, pilləkənlə qalxmaq və s.) sonra insan nəfəsalmanın pozulmasını hiss etməyə başlayır. Bu ciddi simptomdur və buna mütləq fikir vermək lazımdır. Nəfəsalmanın pozulması çox ağır xəstəliklərin simptomu ola bilər. Əgər insan nəfəs aldıqda çətinlik çəkirsə, bu ürək-damar sistemi xəstəliklərinin simptomu ola bilər. Əksinə insanda nəfəs vermə pozulubsa, bu tənəffüs sistemi xəstəliklərindən xəbər verə bilər. Nəfəs almanın pozulması bu kimi hallarda mümkündür: – pnevmoniya (ağciyər iltihabı) – ürək çatışmamazlığı – bronxial astma – ağciyərin enfizeması – ağciyər xərçəngi – ağciyər arteriayasının tromboemboliyası – xroniki obstruktiv ağciyər xəstəliyi – ağır anemiya (qanazlığı) – tireotoksikoz (qalxanvari vəzinin funksiyasının artması) – nevroloji pozulmalar (məsələn, panik ataka, nevroz) – döş qəfəsində şişlərin inkişafı – burun çəpərinin əyriliyi. Əgər siz sakit vəziyyətdə olduqda nəfəsalmanın tez-tez çətinləşməsini hiss edirsinizsə, mütləq həkimə müraciət edin. Bu çox ciddi simptomdur. İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra həkim sizi digər mütəxəssislərin (kardioloq, pulmonoloq, nevropatoloq, hematoloq və s.) müayinələrinə göndərə bilər.  

Mart 30, 2016 2:31

Qozun faydaları

  Qoz, müxtəlif vitaminlər və minerallar baxımından o qədər zəngindir ki, bir ovuc yeməyiniz belə sağlamlığınız üçün hər şeyə dəyər. Səhiyyə üçün mükəmməl qida sayılan qozun faydaları bunlardır: Daimi olaraq qoz yemək ürək sağlamlığınızı yaxşılaşdırır. Dr. Penny Kris Eterton edilən bir araşdırmadan bəhs edir: “Həftədə dörd gün bir ovuc qoz və ya qoz yağı yesəniz ürək xəstəlikləri riskinizi əhəmiyyətli ölçüdə azaltmış olarsınız “. Həmçinin bir ovuc qoz və ya 3 yemək qaşığı (51 ml.) qoz yağı qəbul etməyiniz eyni zamanda qan damarlarınızın da 4 saat içində yaxşılaşdığına səbəb olacaq. Qozun tərkibində olan omega-3 yağ turşuları eyni zamanda xərçəngə, ADHD (diqqət əskikliyi və hiperaktivi pozuqluğu) və depressiyaya qarşı qorunmada olduqca əhəmiyyətlidir. Qoz xüsusilə də stress qaynaqlı fiziki narahatlıqlar çəkirsinizsə və ya stressli vəziyyətlərə qarşı həssassınızsa, stress səviyyəniz üçün möcüzələr yarada bilər. Qoz, bədənin stress reaksiyasını azaltdığı üçün və stressə bağlı yaranan fiziki yan təsirləri daha asan yox etdiyi üçün, bu vəziyyətlərdə sizə kömək edəcək. Qoz olan quruluş maddələri, dırnaqlarınızı gücləndirir, saçlarınızın daha parlaq olmasını təmin edir və dərinizi hamarlaşdırır. Yəni qozun tərkibində olan çoxlu doymamış yağ turşuları və omeqa-3 yağ turşuları xarici görünüşünüzdə möcüzələr yaratmaq qabiliyyətinə malikdir. Qoz olan çoxlu doymamış yağ turşuları, damarların tıxanmasının və doymuş yağların mənfi təsirlərinin qarşısını aldığı üçün, bədənin düzgün işləməsi baxımından həyati əhəmiyyətə malikdir. Qozun tərkibində olan çoxlu doymamış yağ turşuları sağlamlıqsız atıştırmaları azaldır və daha uzun müddət özünüzü tox hiss etməyinizi təmin edir. Sağlamlıq baxımından bütün bu faydalarına görə qoz gündəlik yeməyinizin bir hissəsi olmalıdır. Qozu istəsəniz salatınıza doğraya, qəlyanaltı olaraq yeyə bilərsiniz.

Fevral 10, 2016 3:19

Sərhəd-keçid məntəqələrində təhlükəsizlik tədbirləri

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasına indiyədək daxil olan 300-dək nümunə üzərində aparılan müayinələr nəticəsində H1N1 virusu aşkarlanmayıb, bu qripə şübhəli hal müəyyən edilməyib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanda epidemioloji durum stabildir və daim nəzarətdədir: "Amma bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə sayılır. Ona görə də profilaktik, müalicəvi və əks-epidemioloji tədbirlər həyata keçirilir, ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarət gücləndirilib. Ölkəmizin sərhəd-keçid məntəqələrində lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir. Yəni ölkə ərazisinə gələn bütün nəqliyyat vasitələri dezinfeksiya olunur. Xəstəlik qeydə alınan ölkələrdən Azərbaycana gələn insanlar sərhəd-keçid məntəqələrində müayinədən keçirilirlər. Şübhəli hal olduqda həmin şəxslər müşahidə altında saxlanılırlar". Nazirlikdən o da qeyd edilib ki, Azərbaycanda bu virus aşkarlanarsa, müalicənin aparılması üçün lazımi şərait, kifayət qədər dərman ehtiyatı var.  Qeyd edək ki, "donuz qripi" təhlükəsi ilə əlaqədar hazırda Azərbaycanın 4 böyük şəhərində - Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki təhsil müəssisələri dezinfeksiya edilir.  Azərbaycanda 3 tibb müəssisəsində - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Kliniki Tibbi Mərkəzdə xüsusi palatalar hazırlanıb.  

Fevral 10, 2016 2:21

Quşburnu yüksək C vitamini istehsal edir

Quşburnu ilə immunitetinizi yüksəldin! Gül familiyasından olan quşburnu da eynən gül kimi gövdəsi tikanlı bir ağacdır. Bəzən boyu çox uzana da bilir. Çiçəkləri yazda açmağa başlayır. Yaz boyu üzərində çəhrayı çiçəkləri olur. Bu açan çiçəklər yetişdiyində quşburnu adı verilən meyvələr əmələ gəlir. Yabani gül olan quşburnu əslində bitkinin çəyirdəkləridir. Quşburnu yüksək C vitamini istehsal edir. İçində fenolik kimyavilər və karatenoidlər vardır. Buna görə limondan 50 qat çox C vitamini istehsal edir. C vitamini bədənimiz tərəfindən istehsal olunmayan, kənardan aldlğımız bir vitamindir. C vitamini sayəsində immunitet sistemimiz güclənir. Maddələr mübadiləsini artırır. Buna görə də soyuq dəymə və qrip kimi xəstəliklərdən qorunmaq üçün quşburnu tükətməliyik. Quşburnu hqqında aparılan son araşdırmalardan məlum olmuşdur ki, oynaq romatizmasına çox yaxşı təsir edir. Quşburnunun tərkibində olan qama linoleik turşusu bir yağ növüdür. Ümumiyyətlə zeytun yağı ilə eyni təsiri göstərir. Buna görə də quşburnu dərini yeniləyir və yanıqlara yaxşı təsir edir. Dəri çatları, ekzema, yanıq və yaraların yaxşılaşması üçün quşburnu tərkibli kremlərdən istifadə etmək faydalıdır. Quşburnu meyvəsi və toxumları qastritə və mədə pərdəsi iltihablarına çox yaxşı təsir edir. Xüsusən, şəkər xəstələrinə, ishal xəstəliyi olanlara tövsiyyə olunur. Ağız, diş və baş, qulaq ağrılarını kəsməkdə faydalıdır. Buna görə də quşburnunu meyvə suyu, çay və marmelat olaraq istifadə etmək olar. Quşburnu qüvvətli bir kök quruluşuna sahibdir. Ayrıca qırmızı rəngdə olan kök quruluşu sayəsində boya sənayesində istifadə olunur. Quşburnundan tam yararlanmaq üçün çay dəmlənər- dəmlənməz gözlətmədən içmək lazımdır. Çünki, C vitamini çox tez keyfiyyətini itirən bir vitamindir. Bir yetkinin günlük C vitamini ehtiyacı 70-100 miliqrama yaxındır. Bir stəkan isti suyun içində 6-7dənə quşburnu meyvəsini əlavə edərək qaynadıb içilməsi bu miqdarı qarşılaya bilər. Ən çox C vitamini istehsal edən meyvələrdən biri olan quşburnunda yüksək miqdarda C vitamini ,B1, B2 və K vitaminlərəi ilə yanaşı zülal ,kaliyum, kalsiyum, mineral, maqneziyum, fosfor və meyvə turşuları da vardır. Infeksiyalara , soyuqdəyməyə qarşı bədənin immunitet sistemini gücləndirir. B vitamini ilə zəngin olduğu üçün sinir sisteminin böyüməsi və inkişaf etməsinə çox təsir edir. Eyni zamanda istehsal etdiyi meyvə turşularının sayəsində qəbizliyə qarşı çox faydalıdır. Quşburnu çayı qaynadılaraq deyil, dəmlənərək hazırlanmalıdır. İki çay qaşığı üyüdülmüş quşburnunu bir böyük fincanda 15-20 dəqiqə qədər dəmləyərək istifadə edə bilərsiniz.

Fevral 6, 2016 8:33

Bananın həzm sisteminə təsiri

Banan hər mövsümdə yetişən bir meyvədir. Banan Musa Akuminata ailəsi tərəfindən Afrikadan alınaraq yetişdirilmişdir. Roma imperatoru Auqustun həkimi Musanın şərəfinə Mus olaraq dünyada tanınmışdır. Banan tropik iqlimdə daha yaxşı yetişir. Bananı yeməklə bərabər tikiş və kağız sənayesində istifadə edirlər. Bananin dünyada bir çox rəngi vardır. Sarı, qırmızı ya da bənövşəyi rəngdə olanları da mövcutdur. Dünyada 500- ə yaxın banan çeşidi vardır. Banan yetişəndə içərisində olan nişasta şəkərə dönərək dadını alır. Bananın qida dəyəri nədir? Bananda karbonhidrat, zülal, lif vardır. Tərkibində qlikoza, sükroz, laktoz kimi şəkər var. A, C və E vitamini, folik turşusu, B12 vitamini, dəmir, kalsiyum, kalium, maqnezium, fosfor, sink və flor kimi minerallar vardır. Ayrıca bol miqdarda amin turşusu istehsal edir. Bir orta boy bananda 100 kalori vardır. Bananın faydaları nədir? Banan lif baxımından zəngin olduğu üçün həzm sisteminə kömək edir. Bağirsaqlari, mədəni rahatlayır. Depresiyaya qarşı çox faydalıdır. Banan tərkibində olan kaliyum və maqneziyum sayəsində ürək xəstəliklərinə qarşı qoruyucu rolunu oynayır. Mədə xorasına faydalıdır. Dəmir baxımından zəngin olduğu üçün anemiyası olanlara banan yemək tövsiyyə olunur. Tərkibində olan B12 və B6 vitaminləri sayəsində yaddaş zəifliyinə yaxşı təsir edir. Saçlara və dəriyə bal ilə qarışdırılaraq maska edəndə nəmlik yaradır. Banan böyrək xərçənginin qarşısını ala bilir. Həftədə 4-5 dəfə banan yemək lazımdır. Banan otaq temperaturunda saxlanılmalıdır. Qopardıqdan sonra sürətlə yetişir. Bir Cevap Yazın

Fevral 6, 2016 8:20

Brokolinin faydaları

Ağciyərlərin dostu bir tərəvəz -brokoli ölkəmizdə çox tanınan bir tərəvəz olmasa da brokoli də gül kələmi kimi bir tərəvəzdir. C vitamini ilə çox zəngin olan bu tərəvəz normal qaydada istifadə etdikdə bədənin iki günlük C vitamini ehtiyacını qarşılayır. Güçlü bir antioksidan qaynağıdır. İstehsal etdiyi sulforafen maddəsi ilə döş xərçənginə,prostat xərçənginə yaxalanma riskini azaldır. Ayrıca xərçəngə qarşı bir müdafiə yaradır. Xüsusi ilə prostat xərçəngində düzənli istifadə olunarsa xərçəngin yayılmasının qarşısını alır. Bol lifli və beta karoten istehsal etdiyi üçün bağırsaqlar və həzm sistemi üçün çox faydalıdır. Az miqdar su ilə qaynadılan brokolinin çıxan suyunu içmək, menapoz zamanı çox faydalıdır. Ayrıca, şəkər xəstələrində şəkər səviyyəsini düşürdür. Uşaqlarda sümük quruluşuna dəstək verdiyi üçün davamlı tükədilməlidir. Brokoli yeməyi, zeytunyağlısı və salatı hazırlandığı kimi, bişirilib suyunu da içmək olar. Aparılan araşdırmalarda məlum olmuşdur ki, brokolidə kökdən daha çox beta karoteini vardır. Yüksək miqdarda kükürd, kaliyum, seleniyum maddələri istehsal edən brokoli suyunu alma və kök suyu ilə birləşməsinin təsirini artırdığı söylənməkdədir. Bişirildiyində bütün vitaminləri suya keçdiyindən bu su mütləq içilməlidir. Ümumiyyətlə çiy yeyildikdə daha çox təsiri vardır. 100 qrama yaxın brokolidə 2,5 q zülal, 0, 2 qram yağ, 76 mqr fosfor, 2, 9 q karbonhidrat, 24 mqr maqneziyum, B1, B2, A vitamini, beta karoteini, yüksək miqdarda lif, E vitamini, C vitamini vardır. Xüsusi ilə pəhriz xəstələri daha çox istifadə edirlər. Quruluş etibarı ilə dondurub sonra da istifadə etmək olar. Brokoli möcüzə bir tərəvəzdir. Ancaq həftədə en az 2 dəfə istifadə etmək daha faydalı olar. Bədəndə olan yod azlığında istifadə etmək daha faydalıdır. Brokolini bişirərkən artan suyu şorbalarda istifadə edə bilərsiniz. Brokoli və ona bənzər tərəvəzlərdən istifadə etməklə siqareti atmış insanların ağciyər xərçənginə yoluxmasının qarşısını almaq olar. Sümükləri gücləndirir. Allergiyaya qarşı faydalıdır. Sinir sistemini qoruyur. İmmunitet sistemini güçləndirir. Göz sağlamlığını qoruyur. Kilo verməyə yardımcı olur. Dəridəki yaşlanma probleminin qarşısını alır. Xolesterolu düşürdür. Qəbizliyin qarşısını alır. Mədə rahatsızlığına qarşı yardımçı olur.xeber100.com

Fevral 6, 2016 8:15

Bibəriyə yağının faydaları

Bibəriyə yağının faydaları: Romatizma xəstəliklərindən, oynaq ağrılarılarından, baş ağrısından bibəriyə yağı istifadə edərək qurtarmaq olar. Bibəriyə yağı dəri üzərində olan qaralmalara çox yaxşı təsir edir. Bibəriyə yağı ilə qaralan hissəyə edilən masaj sayəsində qaralmalar tez bir zaman ərzində itir və ağrı azalır. Saçların tökülməsində saç diblərinə bibəriyə yağı ilə masaj etməklə saç tökülməsinin qarşısını almaq olar. Ayrıca kəpək probleminin də qarşısını almaq olar. Bibəriyə yağı dərinin gənç görünməsinə səbəb olur. Ona görə də bibəriyə yağından rahat istfdə etmək olar. İstifadə etdiyimiz bir çox kosmetikaların tərkibində bibəriyə yağı vardır. Yorğunluqda, halsizliq zamanı bu yağdan istifadə edilir. Ürəyi gücləndirmək üçün, astma xəstəliyi zamanı,sinüzit və buna bağlı əmələ gələn baş ağrıları zamanı da bibəriyə yağı işlətmək çox faydalıdır. Yaddaş zəifliyində, sürətli öyrənmək istədiyinizdə də bibəriyə yağı yardımçınız olar. Bibəriyə yağı antispazmotik təsirlidir. Həzm sistemi üçün çox faydalıdır. Bağırsaqları və mədəni rahatlatma xüsusiyyəti var. Sinirlər üçün çox faydalıdır. Üşümə probleminə əngəl olur. Döş xərçənginin irəliləməsinə mane olur. Qanı duruldur və qan şəkərini düşürür. Bibəriyə yağı necə istifadə olunur? Bibriyə yağı oynaq, baş ağrısı və onun kimi ağrılarda sürtülərək və masajla yayılaraq istifadə olunur. Bibəriyə yağının çayı, migren, sinüzit müalicəsində istifadə olunur. Bibəriyə yağı kremi selülitlərdən və artıq çəkidən qurtarmaq üçün stifadə olunur. Bibəriyə yağını iyləmək yaddaş və yadda saxlama üçün çox faydalıdır. Bibəriyə çayını bir litrə suyun içinə 50 q bibəriyə atıb qaynatmaqla hazırlamaq olur. Təzyiqi olanlar bibəriyə istifadə etməməlidirlər. Çünki təzyiq yüksəltmə xüsusiyyəti vardır. Hamilələrin istifadə etməsi düzgün deyildir.

Fevral 6, 2016 8:08