05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Sağlamlıq

Səhiyyə Nazirliyinin məlumatına görə…

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşan “Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi” layihəsi çərçivəsində beşgünlük treninq başa çatıb.Mərkəzdən Azərtac-a bildirilib ki, “Emosional və davranış pozuntuları” mövzusuna həsr olunmuş treninqin məqsədi layihə çərçivəsində yaradılan “Ailəyə yardim Mərkəzi"nin komandasına spesifik bilikləri təqdim etməkdir. Treninq “Psixiatriyada Qlobal Təşəbbüs” Beynəlxalq İctimai Birliyinin Gürcüstan nümayəndəliyinin əməkdaşları Nino Maxaşvili və Cana Cavaxişvili tərəfindən keçirilib.xeber100.com

Yanvar 21, 2017 11:57

Dünya liderlərinə müraciət…

BMT-nin nümayəndəsi Haitinin yeni Prezidenti Jovenel Moizin adada vəbanın kökünü kəsməsinə kömək etmək üçün Davos İqtisadi Forumunda dünya liderlərinə müraciət etmək, onları donorlar konsorsiumu yaratmağa və Haitidə birgə səylərlə sanitariya-texniki infrastrukturu möhkəmləndirməyə çağırmaq niyyətindədir.BMT-nin Xəbərlər Mərkəzi xəbər verir ki, BMT Baş katibinin xüsusi elçisi Devid Nabarro Dünya İqtisadi Forumunun keçirildiyi Davos şəhərinə belə bir missiya ilə gəlib. O, BMT-nin Haitinin bərpasına dair uzunmüddətli strategiyasının həyata keçirilməsi işində donor ölkələrin, inkişaf və biznes banklarının dəstəyini almağa ümid bəsləyir.Haitidə vəba epidemiyası 2010-cu ilin oktyabrında başlayıb və bütün ölkəni əhatə edib. O vaxtdan təqribən 788 min adam vəbaya yoluxub. Ən azı 9 min adam dünyasını dəyişib. Beynəlxalq birliyin və haitililərin özlərinin səyləri sayəsində xəstəlik hallarını 2011-ci ilin pik göstəriciləri ilə müqayisədə 90 faiz azaltmaq mümkün olub. Ancaq virus hələ də yayılmağa davam edir. Onun qarşısını almaq üçün əlavə resursları səfərbərliyə almaq lazımdır.xeber100.com  

Yanvar 20, 2017 3:40

“American Journal of Epidemiology” jurnalı yazır…

San-Dieqo tibb məktəbinin alimləri bildiriblər ki, oturaq həyat tərzi sürən yaşlı qadınların ömrü səkkiz il qısalır. Tədqiqatın nəticələri “American Journal of Epidemiology” jurnalında dərc edilib. “EurekAlert!” saytı xəbər verir ki, tədqiqatda 64-95 yaş arasında 1500 qadın iştirak edib. Onların sağ buduna yeddi gün ərzində gecə-gündüz fiziki fəallığı izləyən akselerometr bərkidilib. Sonra alimlər xromosomun qurtaracağında olan telomerin uzunluğunu ölçüblər.Aşkar edilib ki, gündə azı 30 dəqiqə fiziki hərəkət edən adamda telomerin uzunluğu oturaq həyat tərzi keçirən adamla müqayisədə daha çoxdur. Bu onu göstərir ki, oturaq həyat tərzi sürən insanlarda hüceyrələr tez qocalır və yaşla bağlı xəstəliklərin yaranması riski çoxalır.Telomerlər DNT-nin ardıcıl təkrar sırasından ibarətdir. Onlar çoxalan xromosomları zədələnmədən qoruyur, lakin hər bölünmədə qısalır. Hesab edilir ki, bu proses qocalma ilə əlaqədardır. Olduqca qısa telomerləri olan hüceyrələr öz funksiyalarını yerinə yetirə bilmir və məhv olur.xeber100.com

Yanvar 20, 2017 3:35

Dünya Səhiyyə Təşkilatının məlumatı

Hər il Dünya Səhiyyə Təşkilatının (DST) yarandığı gün - aprelin 7-də qeyd olunan Ümumdünya Sağlamlıq Günü səhiyyə sahəsində insanları narahat edən hər hansı mövzu ilə bağlı addımları səfərbərliyə almaq üçün nadir imkandır. 2017-ci ildə Dünya Sağlamlıq Gününün keçirilməsi üzrə kampaniya depressiya mövzusuna həsr ediləcək.Kampaniyanın devizi “Depressiya: gəlin danışaq” şüarıdır.Depressiya hər bir insanda başlaya bilər. Buna görə də kampaniya yaşından, cinsindən və ya sosial durumundan asılı olmayaraq hər bir insana yönəlib. Dünya Səhiyyə Təşkilatında bu problemin daha çox toxunduğu əhali kateqoriyalarına - 15-24 yaşlı gənclərə, uşaq doğmaq yaşında olan qadınlara (xüsusilə gənc analara), habelə ahıllara (yaşı 60-dan yuxarı) xüsusi diqqət yetirmək qərarına gəliblər.xeber100.com

Yanvar 19, 2017 1:37

Dünya Səhiyyə Təşkilatı kampaniyaya başlayıb

Dünya Səhiyyə Təşkilatının (DST) dəstəyi ilə Nigeriyanın şimal-şərq rayonlarında iğtişaşlar nəticəsində zərər çəkən 10 yaşa qədər uşaqların vaksinasiyası üzrə kampaniyaya başlanılıb.Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, balaca nigeriyalılar təhlükəli yoluxucu xəstəliklərə, o cümlədən qızılca və poliomielitə qarşı peyvənd olunacaqlar.İkihəftəlik kampaniya ölkənin üç ştatında keçiriləcək. Kampaniyaya xüsusi hazırlıq keçmiş 4 min mütəxəssisdən ibarət qruplar cəlb edilib. Hər yeddi nəfər üzrə qrupda tibb işçiləri də var.DST-nin məlumatına görə, son aylarda Nigeriyanın şərq hissəsində uşaqlar arasında qızılcaya yoluxma halları artıb. Belə ki, 2016-cı ilin sentyabr ayından dekabrın 18-dək bu ərazidə qızılcaya oxşar 1500 yoluxma halının aşkarlanması barədə məlumatlar daxil olub.DST-nin dəstəyi ilə bu yaxınlarda ölkənin Borno ştatında məcburi köçkün düşərgələrində yaşayan 83 min uşaq peyvənd alıb.xeber100.com

Yanvar 13, 2017 12:08

“Cərrahiyyədə yeni texnologiyaların tətbiqi” mövzusunda…

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) “Cərrahiyyədə yeni texnologiyaların tətbiqi” mövzusunda beynəlxalq təhsil günləri keçirilir.İnstitutdan Azərtac-a bildirilib ki, yanvarın 9-dan etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin əməkdaşları mövzuya dair seminara başlayıblar.Mühazirələrə institutda təhsil alan həkim-müdavimlərlə yanaşı, respublikanın müxtəlif tibb müəssisələrinin cərrahları, rezidentlər, müvafiq kafedraların əməkdaşları da dəvət olunublar.xeber100.com

Yanvar 9, 2017 12:07

Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun məlumatı…

Pediatrların məsləhətinə görə, uşaqlarda fıstığa olan allergiya riskini azaltmaq üçün dörd aylıq olarkən onlara fıstıq verilməlidir. Araşdırmalar fıstığın erkən qəbulunun allergiya riskini 80 faizdən çox azaltdığını ortaya çıxarıb.“bbc.com” saytı xəbər verir ki, ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutu bunun sözügedən sahədə yeni addım olduğunu vurğulayıb. Belə ki, 2008-ci ildən bəri ABŞ-da allergiya səviyyəsi dörd dəfə artıb.Tövsiyəyə əsasən allergiyası və ağır ekzeması olan uşaqlar 4-6 aylıq, yüngül ekzemalı körpələr isə altı aylıq olarkən tibbi nəzarət altında fıstıq tərkibli qidalar qəbul etməlidirlər. Ekzema və allergiyası olmayanlar tərkibində fıstıq olan qidaları sərbəst qəbul edə bilərlər.xeber100.com

Yanvar 8, 2017 1:51

Tibb Universitetinin məlumatına görə…

Azərbaycan Tibb Universitetində (ATU) semestr imtahanlarının təşkilində və gedişində şəffaflıq təmin edilib. Belə ki, son illərdə ilk dəfə valideynlər imtahan prosesini əvvəldən axıra qədər müşahidə edə biliblər.Universitetin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, yanvarın 6-dan etibarən imtahanı izləmək istəyən hər bir valideynə prosesdə iştirak etmək imkanı yaradılıb. İmtahanlar ATU-nun Virtual Test Mərkəzində keçirilib. Sınaqdan öncə Virtual Test Mərkəzinin direktoru Şahin Bayramov və ATU-nun imtahana nəzarət qrupunun rəhbəri Kamandar Yaqubov tələbələrə prosesin gedişi, qaydalar və şərtlər barədə ətraflı məlumat veriblər.xeber100.com

Yanvar 7, 2017 4:23

Səhiyyə Nazirliyinin məlumatı…

Hazırda 218 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur. Diabetli uşaqlar insulin şpris-qələmi ilə yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər. Hazırda 90 belə uşaq insulin pompası daşıyır.Azərtac xəbər verir ki, bunu Səhiyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.Onun sözlərinə görə, dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində 737 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunurlar.Şöbə müdiri qeyd edib ki, genişmiqyaslı profilaktik tədbirlərin görülməsi, vərəmli xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin edilməsi nəticəsində son üç ildə dinamik azalma tendensiyasına nail olunub.xeber100.com

Yanvar 5, 2017 11:14

Təcili yardım xidməti gücləndirilmiş iş rejimində çalışacaq

Yeni il bayramında və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə Azərtac-a stansiyanın baş həkiminin müavini Murad Mirzəzadə məlumat verib. Onun sözlərinə görə, adi günlərə nisbətən təcili yardım briqadalarının sayı artırılacaq. Belə ki, bayram günlərində 140-a qədər briqada xətdə olacaq. Çünki bayram günlərində təcili yardıma müraciət edən insanların sayı çox olur ki, bu da həmin günlərdə xəstəxana və poliklinikaların işləməməsi ilə bağlıdır.Baş həkimin müavini əlavə edib ki, bununla yanaşı, bayram günlərində növbətçilik qrafiki tutulacaq, stansiyanın, eləcə də ərazi stansiyalarının rəhbərliyi işdə olacaq.xeber100.com

Dekabr 30, 2016 12:36
    Page 58 of 71« First«...102030...5657585960...70...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az