05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Sağlamlıq

Orhus Universitetində aparılan araştırmaya görə…

Mütəxəssislər bildiriblər ki, insanlar eyni musiqi əsərlərinə fərqli reaksiya verirlər.Danimarkanın Orhus Universiteti əməkdaşlarının sözlərinə görə, onlar kompleks layihələrin həyata keçirilməsi sayəsində maraqlı qanunauyğunluq qeydə alıblar. Tədqiqatlarda onların Finlandiyanın Helsinki Universitetindən olan həmkarları fəal iştirak ediblər. “healthvesti.com” saytı xəbər verir ki, tədqiqatın nəticəsi “Neuroscience” jurnalında dərc edilib.Məlum olub ki, küy və musiqi insanların davranışına və kəllə beyninin fizioloji quruluşuna təsir göstərir. Bu, ilk növbədə, dofaminin əmələ gəlməsi ilə bağlıdır. Tədqiqatçılar bildiriblər ki, insanın əhval-ruhiyyəsini və emosional durumunu məhz bu neyromediator müəyyən edir.Alimlərin keçirdiyi yeni eksperimentlər göstərib ki, GG və GT genotipli insanlar musiqini fərqli dərk edirlər. Səs kompozisiyasını dinlədikdən sonra GG genotipli adamın əhval-ruhiyyəsi yaxşılaşır, GT genotipli adamın ovqatı isə pisləşir.xeber100.com

Dekabr 27, 2016 11:24

Səhiyyə Nazirliyinin məlumatına əsasən…

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 55 tibb müəssisəsi tərəfindən 730 min 606 uşağa tibbi xidmət göstərilir. Statistik məlumatlara əsasən, uşaqlar arasında ilkin xəstəliklərin sayı 2014-cü ilə nisbətən bir qədər azalıb və bu xəstəliklərin 25 faizi məhz icbari tibbi müayinələr zamanı aşkar olunub.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu faktlar 2016-cı ilin 11 ayı ərzində Bakı şəhəri üzrə uşaqların dispanserizasiyadan keçirilməsinə dair hesabatda əks olunub.Hesabatda qeyd olunur ki, bu ilin 11 ayı ərzində uşaq poliklinikaları tərəfindən 633 min 936 uşaq (93 faiz) icbari tibbi müayinəyə cəlb edilib. Müayinələr nəticəsində xəstəlik aşkar edilmiş 52 min 323 uşaqdan 18 min 349-u dispanser qeydiyyatına alınmış, 1295-i ixtisaslaşmış xəstəxanalara yerləşdirilib, qalanları isə ambulator müalicəyə cəlb olunub.Aparılan müalicələr nəticəsində xəstələrin 62 faizi sağalaraq qeydiyyatdan çıxarılıb.xeber100.com

Dekabr 27, 2016 11:16

Tibb Universitetinin məlumatına görə…

Türkiyənin Yeditepe Universitetinin tibb fakültəsinin dekanı Sina Ercan Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.Universitetin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qonağa ATU haqqında ətraflı məlumat verilib. Sina Ercan Bakıda ilk dəfə olduğunu deyib: “Bu il biz artıq 20 illiyimizi qeyd edəcəyik. Bizdə 50-yə yaxın tibb tədris proqramı var. Təhsil ocağımızda 13 fakültə fəaliyyət göstərir, 24 minə yaxın tələbəmiz var”, - deyə Yeditepe Universitetinin dekanı əlavə edib.Görüş zamanı tezliklə tərəflər arasında müqavilənin hazırlanıb imzalanması haqqında danışıqlar aparılıb.xeber100.com

Dekabr 26, 2016 11:46

Xeyriyyə kampaniyasına start verilib

Dekabrın 21-də Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında xeyriyyə kampaniyasına start verilib.Universitetin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, aksiya çərçivəsində Bakı şəhərindəki Psixonevroloji Uşaq Evinin sakinləri pulsuz müayinə və müalicə olunurlar. Klinikanın baş həkimi R.Ağayevin sözlərinə görə, kampaniya 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunub. Məqsəd kimsəsiz uşaqları sevindirmək, onların müalicəsini təmin etməkdir.xeber100.com  

Dekabr 21, 2016 12:15

Səhiyyə Nazirliyi ilin yekunları ilə bağlı hesabat verib

Dekabrın 20-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində cari ilin yekunları ilə əlaqədar hesabat xarakterli mətbuat konfransı təşkil olunub.Azərtac xəbər verir ki, tədbirdə Analitik Ekspertiza Mərkəzinin (AEM) mütəxəssisləri və şöbə müdirləri jurnalistlərin suallarını cavablandırıblar.Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, ölkəmizdə istehsal olunan və ya ölkəyə idxal olunan dərman vasitələrinin istifadə təlimatları Azərbaycan dilində olmalıdır. Bununla əlaqədar yanvar ayının 1-dən istifadə təlimatı Azərbaycan dilində olmayan dərman vasitələrinin idxalı qadağan edilib.AEM-in dərman vasitəsinin istifadə təlimatı üzrə eksperti istifadə təlimatının əhəmiyyətindən, onun daşıdığı informasiyadan, habelə istifadə təlimatının istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitə olmasından danışıb. Vurğulayıb ki, dərman vasitəsindən düzgün istifadə edilməsi onun müalicəvi effektini təmin edən əsas şərtlərdəndir. Bunun üçün də istifadə təlimatının Azərbaycan dilində olması zəruridir.xeber100.com

Dekabr 20, 2016 1:20

“Vakedə klinika”da müayinə aksiyası keçirilib

“Vakedə klinika” adlı səhiyyə müəssisəsi dekabrın 18-də Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunda növbəti pulsuz müayinə aksiyası keçirib.Azərtac xəbər verir ki, aksiyada 100-dək azərbaycanlı, eləcə də gürcü və digər millətlərin nümayəndələri pulsuz olaraq müayinə olublar.Klinikanın həkimləri insanları müayinə edib, müalicələri ilə bağlı tövsiyələrini veriblər.xeber100.com

Dekabr 19, 2016 12:20

BMT-nin məlumatına görə…

BMT-nin Baş Assambleyası Pan Gi Munun Haitidə vəba ilə mübarizə üzrə təklif etdiyi yeni strategiyasını dəstəkləyib.BMT-nin saytı xəbər verir ki, strategiyaya vəba hallarının azalması və müalicəsi üzrə səylərin birləşdiriliməsini, 2010-cu ildə vəba epidemiyasının yayılması nəticəsində xəstələnmiş insanlara maddi yardım göstərilməsini nəzərdə tutur.Vəba epidemiyası Haitidə 2010-cu ilin oktyabrında baş verib və bütün ölkəni əhatə edib. O vaxtdan təxminən 800 min nəfər vəbaya yoluxub. Ən azı 9 min xəstəlik halı ölümlə nəticələnib. Beynəlxalq birliyin səyləri sayəsində xəstəlik hallarının sayı 2011-ci ilin göstəriciləri ilə müqayisədə 90 faiz azalıb, lakin virus hələ də yayılmaqda davam edir və onun qarşısını almaq üçün əlavə resurslar səfərbər etmək lazımdır.xeber100.com

Dekabr 17, 2016 5:47

2018-ci ildən etibarən şəkərli içkilərə vergi tətbiq ediləcək

Estoniya Dünya Səhiyyə Təşkilatına (DST) bildirib ki, bu ölkədə piylənməyə qarşı mübarizə məqsədilə şəkər istehlakının azaldılması planlaşdırılır. Bu istiqamətdə ilk addımlardan biri kimi, 2018-ci ildən etibarən şəkərli içkilərə vergi tətbiq ediləcək.BMT-nin Xəbərlər Mərkəzi bildirir ki, bu təşəbbüs Estoniya büdcəsinə hər il 24 milyon avro vəsait daxil olmasını təmin edəcək, şəkərlə kalori istehlakını azaldacaq və beləliklə, piylənmə göstəricilərini azalmağa, ağız boşluğunu sağlamlaşdırmağa kömək edəcək.Hazırda Estoniyanın bütün sakinlərinin təqribən yarısı və məktəb yaşlı uşaqların 28 faizi artıq çəkidən əziyyət çəkir.Dünya Səhiyyə Təşkilatında dəfələrlə vurğulanıb ki, sağlamlıq üçün zərərli içkilər barəsində sərt vergi siyasəti istehlakçıların ciblərinə ziyan olacaq və müvafiq surətdə, belə içkilərə aludəliçilyin azalmasına səbəb olacaq.xeber100.com

Dekabr 16, 2016 12:34

“Dərman preparatlarının idxalı ilə bağlı məsələlər” mövzusunda müşavirə keçirilib

Dekabrın 16-da Nazirlər Kabinetində “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib.Azərtac xəbər verir ki, baş nazirin müavini Ə.Əhmədovun sədrlik etdiyi müşavirədə hökumət rəsmiləri, dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.Ə.Əhmədov vurğulayıb ki, dövlət qurumları tərəfindən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirməlidir. Baş nazirin müavini dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün hökumət tərəfindən yaradılan şəraitdən danışıb. Səhiyyə nazirinin müavini E.Ağayev və digər çixiş edənlər də ölkəmizin dərman bazarında keyfiyyətsiz və qeydiyyatdan keçməyən preparatların mövcud olduğunu və bu cür neqativ hallara qarşı ciddi mübarizə tədbirləri görməyin vacibliyini bildiriblər.

Dekabr 16, 2016 12:28

Səhiyyə Nazirliyinin məlumatı…

Dekabrın 14-də Respublika Talassemiya Mərkəzində ilin yekunlarına dair hesabat tədbiri keçirilib.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, talassemiya xəstəliyi geniş yayılmış problemlərdən biridir. Məhz bu səbəbdən xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir.Tədbirdə bildirilib ki, “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə Tədbirlər Planı”nda müalicə tədbirləri ilə yanaşı, əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsinə, həmçinin, perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına yönəlib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində bu xəstəlikdən əziyyət çəkənlərə lazımi müayinə və müalicə yüksək səviyyədə aparılır.xeber100.com

Dekabr 15, 2016 11:37
    Page 59 of 71« First«...102030...5758596061...70...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az