Atəşkəs rejimi 132 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 23, 2017 12:36

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 22, 2017 3:09

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 21, 2017 9:52

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 143 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Oktyabr 20, 2017 3:00

Milli Məclisin növbəti plenar iclası keçirilib

Oktyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirilib.Azərtac xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Gündəliyə 20 məsələ daxildir.İclasda “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri nəzərdən keçirilib.Deputatlar “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsini müzakirə edəcək, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında" qanun layihəsinə baxılıb.İclasda, həmçinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi, Miqrasiya, İnzibati Xətalar, Cinayət, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə müzakirələr aparılıb.xeber100.com

Oktyabr 20, 2017 2:55

MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasında

MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasında 25 qərar imzalanıb.Azərtac xəbər verir ki, bu sözləri oktyabrın 19-da MDB Sərhəd Qoşunları Komandanları Şurasının koordinasiya xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə müsahibəsində deyib.“Bugünkü iclasın gündəliyinə üzv ölkələrin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmlənməsi ilə bağlı 9 çox əsas məsələ daxil edilib. İmzalanan sənədlərin əksəriyyəti ölkələrin xarici sərhədlərində, o cümlədən Tacikistan-Əfqanıstan sərhədində və MDB ölkələrinin təhlükəsizliyinə təhdid təşkil edə biləcək hissələrində yaranmış vəziyyətlə bağlı müzakirələrin nəticəsinə dair olub”, - deyə A.Manilov bildirib. General-polkovnikin sözlərinə görə, iclasda sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə, habelə sərhəd təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq və informasiya mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.İclasda mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, sərhədlərdə miqrasiya prosesləri və digər məsələlərin də müzakirə olunduğunu bildirən A.Manilov deyib ki, tərəflər, həmçinin MDB məkanında təhsil müəssisələrində zabit heyətinin hazırlanması məsələsini də gündəliyə çıxarıblar.xeber100.com

Oktyabr 19, 2017 3:53