Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari və Ayqedzor kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı, Bala Cəfərli, Tovuz rayonunun Hacıalılı, Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində, Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Oktyabr 11, 2017 2:24

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib

Oktyabrın 10-da Soçidə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.Rusiya XİN-in başçısı Sergey Lavrov bildirib ki, iclas MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində keçirilir və müzakirə olunacaq sənədlər təsdiq üçün Dövlət Başçıları Şurasına təqdim ediləcək. S.Lavrov qeyd edib ki, MDB çərçivəsində qarşılıqlı fəaliyyət Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindəndir. O ümidvar olduğunu deyib ki, hazırkı görüş Birliyin möhkəmlənməsinə, dünyada nüfuzunun artmasına kömək edəcək.İclas iştirakçılarının diqqətinə bir çox sahələri əhatə edən 18 sənəd təqdim olunub. İclasda MDB ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası, terrorizm və ekstremizmlə mübarizə sahəsində informasiya mübadiləsi haqqında Saziş, Birləşmiş hava hücumundan müdafiə sistemlərinin kosmik müdafiə vəzifələrinə uyğunlaşdırılmasının əsas istiqamətləri layihələri və digər sənədlərə baxılıb. Humanitar sahəyə dair sənədlər, o cümlədən Birlik ölkələrində 2019-cu ilin “Kitab İli”, 2020-ci ilin “Böyük Vətən Müharibəsində Qələbənin 75-ci İldönümü İli” elan olunması və digər məsələlərlə bağlı qərarlar təsdiq edilib.İclasda MDB-nin müasir şəraitə uyğunlaşması, təşkilatın nizamnamə və sahə orqanlarının səmərəliliyinin artırılması, MDB orqanlarında vakant yerlərə müsabiqələrin keçirilməsi və digər məsələlərə də baxılıb. Sənədlərin layihələri MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Soçidə keçiriləcək iclasına, habelə MDB Hökumət Başçılarının noyabrın 3-də Daşkənddə keçiriləcək iclasına təqdim olunacaq.MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2018-ci il aprelin 6-da Minskdə keçiriləcəyi gözlənilir.xeber100.com

Oktyabr 10, 2017 2:27

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Sarıcalı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 9, 2017 3:33

AŞPA-nın payız sessiyası öz işinə başlayacaq

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayacaq.Azərtac xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edəcək.Çex Respublikasının Prezidenti Miloş Zeman və Ukrayna Prezidenti Petro Poroşenko sessiyanın açılışında çıxış edəcəklər.Sessiyanın ilk günüdə AŞPA-nın yeni prezidentinin seçkisi keçiriləcək. Bu vəzifəyə Stella Kiriakidesin (Kipr) və Emanuelis Zingerisin (Litva) namizədlikləri irəli sürülüb. Yeni seçilən prezidentin AŞPA-nın qış sessiyasına qədər bu vəzifəni icra edəcəyi gözlənilir.Eyni zamanda, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Çexiyanın xarici işlər naziri Lübomir Zaoralek komitənin son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verəcək və assambleya üzvlərinin suallarını cavablandıracaq. Sessiyanın ikinci günündə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Angel Gurria təşkilatın 2016-2017-ci illərdəki fəaliyyəti ilə bağlı məlumat verəcək və müzakirələr aparılacaq. Sessiyada Azərbaycanla bağlı hazırlanmış iki məruzə layihəsi üzrə birgə müzakirələrin keçirilməsi gözlənilir. Həmçinin assambleya üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığını dəstəkləmək və inkişaf etdirmək üçün yeni təkliflər müzakirə olunacaq. Avropa Şurasının baş katibi Torbyorn Yaqland parlamentarilərin suallarını cavablandıracaq.xeber100.com

Oktyabr 9, 2017 3:30

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Nəmirli, Şuraabad, Baş Qərvənd, Cəvahirli, Abdinli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 8, 2017 9:15