Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 143 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Oktyabr 20, 2017 3:00

Milli Məclisin növbəti plenar iclası keçirilib

Oktyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirilib.Azərtac xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Gündəliyə 20 məsələ daxildir.İclasda “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri nəzərdən keçirilib.Deputatlar “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsini müzakirə edəcək, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında" qanun layihəsinə baxılıb.İclasda, həmçinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi, Miqrasiya, İnzibati Xətalar, Cinayət, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə müzakirələr aparılıb.xeber100.com

Oktyabr 20, 2017 2:55

MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasında

MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasında 25 qərar imzalanıb.Azərtac xəbər verir ki, bu sözləri oktyabrın 19-da MDB Sərhəd Qoşunları Komandanları Şurasının koordinasiya xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə müsahibəsində deyib.“Bugünkü iclasın gündəliyinə üzv ölkələrin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmlənməsi ilə bağlı 9 çox əsas məsələ daxil edilib. İmzalanan sənədlərin əksəriyyəti ölkələrin xarici sərhədlərində, o cümlədən Tacikistan-Əfqanıstan sərhədində və MDB ölkələrinin təhlükəsizliyinə təhdid təşkil edə biləcək hissələrində yaranmış vəziyyətlə bağlı müzakirələrin nəticəsinə dair olub”, - deyə A.Manilov bildirib. General-polkovnikin sözlərinə görə, iclasda sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə, habelə sərhəd təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq və informasiya mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.İclasda mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, sərhədlərdə miqrasiya prosesləri və digər məsələlərin də müzakirə olunduğunu bildirən A.Manilov deyib ki, tərəflər, həmçinin MDB məkanında təhsil müəssisələrində zabit heyətinin hazırlanması məsələsini də gündəliyə çıxarıblar.xeber100.com

Oktyabr 19, 2017 3:53

İtaliyanın “İl Giornale” qəzeti yazır…

Oktyabrın 18-də İtaliya Senatında keçirilmiş Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 illiyinə həsr edilmiş konfrans çərçivəsində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İtaliyanın “Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marciglianoya müsahibə verib. Müsahibə İtaliyanın nüfuzlu "İl Giornale" qəzetində dərc edilib.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, müsahibədə Azərbaycanın Avropa İttifaqı və İtaliya ilə əməkdaşlığının inkişaf perspektivlərinə toxunulub.Azərbaycanın Avropa ilə sıx bağlılığının olduğunu bildirən H.Hacıyev ölkəmizin terrorizmin, qanunsuz miqrasiyanın, ekstremizmin və radikalizmin qarşısının alınmasında oynadığı mühüm roldan, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışıb. Azərbaycanın Avropa İttifaqı, o cümlədən İtaliyanın tərəfdaşı olduğunu bildirib. Mətbuat xidmətinin rəhbəri Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin yekunlaşdırılması üzrə intensiv danışıqların aparıldığını və bu sazişin qarşıdan gələn illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün mühüm çərçivə rolunu oynayacağını qeyd edib.XİN rəsmisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atıla biləcək addımlar və bu xüsusda İtaliyanın töhfəsinə dair sualı cavablandıraraq bildirib ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları və atılmalı olan addımlar bəllidir. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Münaqişənin həllinə İtaliyanın töhfəsinə gəldikdə isə, o deyib ki, İtaliyanın Trentino-Alto Adige muxtar region modeli Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağ regionunun muxtar statusu üçün öyrənilməli olan uğurlu modellərdən biri ola bilər və İtaliyanın ATƏT-in Minsk qrupunda üzvlüyünü və gələn il ATƏT-ə sədrliyini nəzərə alaraq, Minsk qrupu çərçivəsində də bu modelin öyrənilməsi və İtaliyanın təcrübəsinin bölüşülməsi çox faydalı olardı.xeber100.com

Oktyabr 19, 2017 3:48

Azərbaycan-İtaliya əlaqələrinin ildönümü münasibətilə konfrans keçiriləcək

Oktyabrın 18-də İtaliya Senatının binasında - “Palazzo Giustiniani” sarayında “Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçiriləcək.Azərtac xəbər verir ki, bu sözləri Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Scenari İnternazionali” online jurnalına müsahibəsində bildirib.Səfir tədbirin keçiriləcəyi günün - 18 oktyabrın Azərbaycan tarixində önəmli günlərdən olduğunu, 1991-ci il həmin tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edildiyini deyib.M.Əhmədzadə cari il ərzində Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini, bu tədbirlərin ölkələrimiz arasında münasibətlərdə əldə edilmiş nəticələrin geniş ictimaiyyətə təqdimatı üçün əhəmiyyətli olduğunu bildirib. Diplomat İtaliya Senatında təşkil olunacaq konfransda hər iki ölkədən hökumət və parlament rəsmilərinin iştirak edəcəyini və Azərbaycan-İtaliya strateji tərəfdaşlığının bütün aspektlərinin müzakirə olunacağını deyib.M.Əhmədzadə, həmçinin Azərbaycan-İtaliya əməkdaşlığı, Azərbaycan-Avropa İttifaqı münasibətləri, ölkəmizdə davamlı inkişafın təmin olunması istiqamətində atılan addımlar və onların nəticələri, təşkil olunan beynəlxalq səviyyəli tədbirlərlə bağlı sualları cavablandırıb.xeber100.com

Oktyabr 17, 2017 2:09