Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 104 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan, Şavarşavan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

Oktyabr 6, 2017 3:33

VII Regional ekspert müşavirəsi keçirilir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dəstəyi və MDB iştirakçı dövlətlərin Terror Əleyhinə Mərkəzinin (MDB TƏM) təşkilatçılığı ilə oktyabrın 5-də Bakıda MDB üzv dövlətlərinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanları bölmələrinin VII Regional ekspert müşavirəsi və Terror Əleyhinə Mərkəzin Elmi-məşvərət şurasının (EMŞ) geniş plenar iclası keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Birlik ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Sərhəd Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatasının monitorinq xidmətinin nümayəndə heyətləri, MDB-nin nizamnamə orqanları və sahələrarası əməkdaşlıq strukturlarının (İcraiyyə Komitəsinin, Sərhəd Xidməti Rəisləri Şurasının Koordinasiya Xidmətinin, MDB üzv dövlətlərinin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərlə mübarizənin koordinasiyası üzrə Büronun, Baş Prokurorların Koordinasiya Şurasının, Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurasının, Penitensiar Xidmət Rəhbərləri Şurasının), eyni zamanda, ictimai və elmi dairələrin nüfuzlu təmsilçiləri iştirak ediblər.Ekspertlərin rəyinə görə, MDB ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksək olaraq qalır. Bunlardan ən narahatedici məqam beynəlxalq terror təşkilatlarının emissarları tərəfindən Birlik ölkələri vətəndaşlarının aktiv cəlbetmə fəaliyyətidir. Bu gün internet məkanından MDB dövlətləri vətəndaşlarının həm terrorçuluqda iştirakına çağırış, həm də etiraz fəaliyyətinə cəlb edilməsi üçün istifadə olunur və onların radikallaşması və müxtəlif xarakterli tapşırıqların yerinə yetirilməsi işində istifadə edilir. Belə ki, hazırkı araşdırmalara görə, 2014-cü ildən 2017-ci ilədək internet şəbəkəsində ekstremist məzmunlu materialların sayı altı dəfədən çox artıb.xeber100.com

Oktyabr 5, 2017 12:58

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan kəndlərində və İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli və Bala Cəfərli kəndlərində, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 3, 2017 1:43

2017-ci il payız sessiyasının qanunvericilik işləri müzakirə edilib

Oktyabrın 2-də Milli Məclisin plenar iclasında 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında parlament qərarının layihəsi müzakirə edilib.Azərtac xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov 2017-ci il payız sessiyasının qanunvericilik işləri planının hazırlandığını və bu planın parlamentin 15 komitəsində keçirilən müzakirələr nəticəsində plenar sessiyaya təklif edilən məsələlər olduğunu bildirib.Oqtay Əsədov, həmçinin Milli Məclisin 2017-ci il yay və növbədənkənar sessiyalarının uğurla başa çatdığını vurğulayıb. Bildirib ki, Milli Məclisin nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmlə yerinə yetirilib. Parlamentin 14 iclasında 268 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Azərbaycan parlamenti 10 beynəlxalq parlament assambleyasının üzvüdür. Bu təşkilatlarda Azərbaycan parlamentinin üzvləri çox fəal iştirak ediblər. Parlamentin yay və növbədənkənar sessiyaları dövründə 33 ölkəyə 90-dan çox nümayəndə heyəti göndərilib, 34 xarici dövlətin və 12 beynəlxalq təşkilatın 70 nümayəndə heyəti Milli Məclisdə qəbul edilib. Deputatlar Türkmənistanda prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda parlament seçkilərini, Türkiyədə referendumu müşahidə ediblər. Milli Məclisin xətti ilə Bakıda dörd beynəlxalq təşkilatın tədbiri keçirilib.Deputatlar Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında müzakirələr apararaq fikir və təkliflərini səsləndiriblər.Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.xeber100.com

Oktyabr 2, 2017 12:26